Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

Gəncə gil-torpaq zavodunun Zəylik alunit filizi yatağından gələn filizdən istifadə etməklə işə salınması və istehsal zamanı əmələ gələn sulfat turşusunun Sumqayıtda inşa edilən karbamid zavodunun aralıq məhsulu olacaq ammiyak maddəsindən istifadə imkanlarının, habelə Gəncə gil-torpaq zavodu ərazisində ammonium sulfat gübrəsinin istehsalının təşkil edilməsi məqsədilə kalium sulfat gübrəsinin və polivinilxloridin istehsalının texniki iqtisadi əsaslandırılması, Daşkəsən rayonu ərazisindəki yerli xammal olan Zəylik alunit filizi yatağının ehtiyatlarının qiymətləndirilməsi, anod çubuqlarının istehsalının texniki-iqtisadi əsaslandırılmasını aparmaq üçün məsləhətçi şirkətlərin cəlb edilməsi məqsədilə

 

TENDER   ELAN   EDİR

 

Tender keçirən: Azərbaycan Respublikası Maliyyə Nazirliyi

Ünvan: Bakı şəhəri, AZ 1022, S. Vurğun küçəsi, 135.

1. Açıq tenderdə xidmətlərin satınalınması məqsədilə aşağıdakı 3 lot üzrə həmin sahədə böyük təcrübəyə malik beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi təklif olunur:

Lot-1. Gəncə gil-torpaq zavodunda Zəylik alunit filizi yatağından gələn filizdən istifadə etməklə işə salınması və istehsal zamanı əmələ gələn sulfat turşusunun Sumqayıtda inşa edilən karbamid zavodunun aralıq məhsulu olacaq ammiyak maddəsində istifadə imkanlarının, habelə Gəncə gil-torpaq zavodu ərazisində ammonium sulfat gübrəsinin istehsalının təşkil edilməsi məqsədilə kalium sulfat gübrəsinin və polivinilxloridin istehsalının texniki iqtisadi əsaslandırılmasının hazırlanması;

Lot-2. Daşkəsən rayonu ərazisindəki Zəylik alunit filizi yatağının ehtiyatlarının qiymətləndirilməsinin hazırlanması;

Lot-3. Anod çubuqlarının Azərbaycan Respublikasının ərazisində (Gəncə şəhərində) istehsalının texniki-iqtisadi əsaslandırılmasının hazırlanması.

2. Tender proseduru 2017-ci il dekabrın 26-sı saat 10.00-da Azərbaycan Respublikası Maliyyə Nazirliyində (III mərtəbədə, otaq № 319) keçiriləcəkdir.

3. Tenderdə iştirak etmək üçün iddiaçılar hər bir lot üzrə aşağıdakı sənədləri təqdim etməlidirlər:

3.1. Tenderdə iştirak etmək üçün ərizə.

3.2. İştirak haqqının ödənilməsi barədə bank sənədi (ödəniş qəbzi).

4. Hər bir lot üzrə tender təklifləri 2017-ci il dekabrın 25-i saat 10.00-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vergi siyasəti və gəlirlər şöbəsinə təqdim olunmalıdır.

5.  Hər bir lotun predmeti üzrə beş ildən çox iş təcrübəsi, peşəkarlığı, idarəetmə səriştəsi, texniki və maliyyə imkanları olan, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş şərtlərə əməl edən iddiaçılar tenderdə iştirak edə bilərlər.

6. Tender təkliflərində iddiaçı tender predmetini səciyyələndirən bütün parametrləri, o cümlədən işin icrasının texniki cəhətlərini, icra müddətini, dəyərini, hesablaşma formasını, işin icra yerini göstərməlidir.

7. İddiaçının yazılı şəkildə hər lot üzrə hazırladığı tender təklifi iki zərfə qoyulmalı və hər iki zərf iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir.

8. İddiaçı təqdim etdiyi sənədlərdə özü haqqında aşağıdakı məlumatları bildirməlidir:

8.1. İddiaçının tam adı, ünvanı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə.

8.2. İddiaçının texniki-istehsalat (işinin əsas istiqamətləri) fəaliyyəti barədə məlumat.

8.3. İddiaçının son bir il ərzindəki maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.

8.4 Malik olduğu beynəlxalq sertifikatların əsli və surəti (sertifikatın əsli onun surəti ilə üzləşdirildikdən sonra iddiaçıya qaytarılacaqdır).

9.  İddiaçı təklifin dəyərinin 5 faizi həcmində bank təminatı təqdim etməlidir.

10. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən keçirilən tenderdə iştirak edən iddiaçılar Maliyyə Nazirliyinə müraciətdən və tenderdə iştirak üçün hər bir lot üçün 300 (üç yüz) manat ödədikdən sonra tenderin şərtlər toplusunu ala bilərlər.

11. Tenderdə iştirak haqqı bu hesaba köçürülməlidir:

Azərbaycan  Respublikası Maliyyə Nazirliyi

VÖEN:  1400108191

Ünvan: Bakı şəhəri, S.Vurğun küçəsi, 135.

Dövlət Xəzinədarlıq Agentliyi

kod: 210005     

M/h: AZ41NABZ 01360100000000003944

VÖEN:  1401555071

S.W.İ.F.T. BİK: CTREAZ22

Maliyyə Nazirliyi kitab 002527-2108571

Hesab №AZ83CTRE 00000000000002108571

12. Tender təklifinin qəbulu və əlavə məlumat almaq üçün 8 noyabr 2017-ci ildən 25 dekabr 2017-ci il saat 10.00-dan 17.00-dək (fasilə saat 13.00-dan 14.00-dək) əlaqələndirici şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin baş məsləhətçisi Zaman Hüseynova müraciət etmək olar.

Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ 1022, S.Vurğun  küçəsi, 135, III mərtəbə, 350-ci otaq.

Telefon: (99412) 404-46-99 (daxili 268); Faks (99412) 404-47-20/21.

E-mail: [email protected]

13. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuş və ingilis dilinə tərcümə edilmişdir.

14. Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçirilir.

Tender  komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında