A Ç I Q T E N D E R E L A N E D İ R
Tender 6 lot üzrə 12 yanvar 2018-ci il saat 15.00-da Maddi-Texniki Təminat Baş İdarəsinin inzibati binasında (Bakı, Azadlıq prospekti, 161) keçiriləcək.
1-ci lot – zabit, sıravi və kiçik rəis heyəti üçün gündəlik, parad və səhra furajkaları, gündəlik və səhra qış papaqları.
2-ci lot - böyük, orta, sıravi və kiçik rəis heyəti üçün gündəlik kostyum, isti qış gödəkçəsi, gündəlik palto, plaş-palto, yay şalvarları, plaş-örtük, yay örtüyü, qış səhra gödəkçəsi, səhra kostyumu, uzunqol və qısaqol köynəklər.
3-cü lot - qalstuk, idman kostyumu, səhra maykası, mayka, tuman, pambıq corab, əlcək, şərf, isti alt tuman köynək və puloverlər.
4-cü lot –qış və səhra çəkmələri, uzunboğaz çəkmə, kişi və qadın üçün gцндялик айаггабыlar, idman ayaqqabısı, şalvar qayışı və xüsusi kəmərlər.
5-ci lot - fərqlənmə nişanları.
6-cı lot – yataq ləvazimatları.
İddiaçılar bütün lotlarda iştirak etmək üçün 31660,00 manat, 1-ci lot üçün 2903,00 manat, 2-ci lot üçün 16048,00 manat, 3-cü lot üçün 2488,00 manat, 4-cü lot üçün 7019,00 manat, 5-ci lot üçün 2772,00 manat, 6-cı lot üçün 430,00 manat iştirak haqqı ödəməli və aşağıdakı hesaba köçürməlidirlər.
Dövlət Xəzinədarlıq Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
Mh: AZ41NABZ01360100000000003944
SWİFT BİK CTREAZ22
DİN-in Maddi-Texniki Təminat Baş İdarəsi
Hh: AZ32CTRE00000000000002077770
VÖEN :1500281641
təsnifat kodu 142340, fond 7.
İddiaçılar iştirak haqqını həmin hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu tender komissiyasından ala bilərlər.
İştirak haqqı geri qaytarılmır.
Maddi-Texniki Təminat Baş İdarəsinin tender komissiyasına iddiaçılar tərəfindən aşağıdakı sənədlər təqdim edilməlidir:
- tenderdə iştirak etmək üçün ərizə;
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- tender təklifi (30 bank günü qüvvədədir);
- tender teklifinin ümumi dəyərinin 2 faizi həcmində bank təminatı. Təminatın qüvvədə olma müddəti 60 bank günü təşkil edir;
- malgöndərənin tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- vergi orqanlarından müvafiq arayış;
- malgöndərənin son bir ildəki (əgər daha az fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- keyfiyyət sertifikatı;
Tender təklifi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydalara uyğun hazırlanaraq bank təminatı ilə birlikdə iddiaçı tərəfindən imzalanır və möhürlənərək ikiqat zərfə qoyulur. Hər iki zərfin bağlı tərəfləri imzalanıb möhürlənir və tender prosedurunun başlanmasına ən azı bir bank günü qalmış, yəni 2018-ci il yanvarın 11-i saat 17 .00-dək tender keçirənə təqdim edilir. Bu müddətdən gec təqdim olunmuş tender təklifi baxılmadan malgöndərənə qaytarılır və onun tenderdə iştirakına yol verilmir.
Digər sənədlər tender prosedurunun başlanmasına azı 7 bank günü qalmış 2018-ci il dekabrın 25-i saat 17 .00-dək satınalana çatdırılmalıdır.
Təkliflər qiymətləndirildikdə və müqayisə edildikdə aşağıdakı meyarlar nəzərə alınmaqla malgöndərənlərə üstünlük veriləcəkdir:
- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşakarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması;
- satınalma müqaviləsinin vaxtında yerinə yetirilməsi imkanları;
- ən aşağı qiymət və yüksək keyfiyyət.
Tenderdə iştirak etmək qərarına gələnlərin nəzərinə çatdırılır ki, satınalınacaq əmlaklar 1-ci lot üzrə 2018-ci ilin iyun, 2-ci və 4-cü lotlar dekabr, 3-cü lot iyul, 5-ci lot oktyabr, 6-cı lot üzrə üzrə isə avqust ayınadək DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Mərkəzi Bazaya göndərilməlidir.
Tender proseduru “Dövlət satın-almaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçiriləcəkdir.
Əlaqələndirici şəxslər – Zahid Sarıyev və Rövşən İbrahimov.
Telefonlar: 590-67-24.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.