Tarix : 15 noyabr 2017-ci il
Kreditin nömrəsi və adı : Loan 3079 -AZE, Su Təchizati və Kanalizasiya İnvestisiya Proqramı – Layihə 3.
Müqavilənin nömrəsi və adı : MFF-032-T3-ICB-1.02, Ağdaş şəhərində kanalizasiya kollektorlarının tikintisi.
Sənədlərin son qəbul tarixi : 18 dekabr 2017-ci il saat 16.00 (Bakı yerli vaxt).
1. Azərbaycan Respublikası hökuməti Asiya İnkişaf Bankından (AİB) Kredit 3079 – AZE, Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı – Layihə 3 çərçivəsində xərclərin maliyyələşdirilməsi məqsədilə kredit vəsaiti almışdır. Bu kredit vəsaitinin bir hissəsi yuxarıda qeyd olunan müqavilə üzrə ödənişlər üçün istifadə olunacaqdır. Tender AİB-ə üzv ölkələrdən olan bütün iddiaçılar üçün açıqdır.
2. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (sifarişçi), Ağdaş şəhərinin kanalizasiya kollektorunun tikintisi (işlər) üçün uyğun iddiaçıları bağlı möhürlü təkliflərini təqdim etməyə dəvət edir. İşlər aşağıdakılardan ibarətdir, lakin bunlarla məhdudlaşmaya bilər:
• Əsas kanalizasiya kollektorların tikintisi – 9,953 m
• İnşası artıq aparılmış şəbəkələrə birləşdirici xətlərin tikintisi – 5,912 m
• Drenaj borusu, kanal və magistral yol keçidlərinin tikintisi
• Yerində qalxan nasos stansiyasının tikintisi
• Ev bağlantıları (lazım gələrsə)
Layihənin təxmini icra müddəti 120 gündür.
Yuxarıda qeyd olunmuş bütün işlər tender sənədlərində olan cizgilərə və xüsusiyyətlərə uyğun icra edilməlidir.
3. Tenderdə yalnız aşağıdakı əsas ixtisaslaşmalara malik uyğun iddiaçılar iştirak etməlidirlər:
• Hazırda icra olunan və ya son üç ildə başa çatmış müqavilə üçün təsdiq edilmiş ödənişlərin cəmi kimi hesablanmış yeddi milyon ABŞ dolları (US$ 7,000,000.00) dəyərində minimum orta illik tikinti dövriyyəsi.
• İddiaçının maliyyə mənbəyi haqqında tələblərə cavab vermək üçün iddiaçı müqavilə üzrə iki milyon beş yüz min ABŞ dolları (US$ 2,500,000.00) məbləğində hər hansı avans ödənişindən savayı, likvid aktivlər, girov qoyulmamış daşınmaz əmlak, kredit xətləri və digər maliyyə vəsaitləri kimi maliyyə mənbələrinə çıxış imkanlarını və ya onların əldə edilmə mümkünlüyünü göstərməlidir.
• İddiaçının podratçı, idarə edən podratçı və ya subpodratçı qismində son beş il ərzində hər biri ən azı yeddi milyon (US$ 700,000,000.00) ABŞ dolları dəyərində olan müvəffəqiyyətlə və ya əhəmiyyətli dərəcədə tamamlanmış, eləcə də təklif olunan işlərə bənzər ən azı iki (2) müqavilədə iştirakı.
• Bütün məhkəmə çəkişmələri (mövcud olarsa) iddiaçının əleyhinə həll olunmuş hesab edilərək, ümumilikdə, iddiaçının xalis kapital dəyərinin əlli faizindən (50%) artıq olmamalıdır.
4. Beynəlxalq rəqabətli tender AİB-in Vahid-Mərhələ (iki-zərf) proseduruna uyğun olaraq aparılacaqdır və tender sənədlərində qeyd edilən AİB-ə üzv ölkələrdən olan bütün iddiaçılar üçün açıq elan edilmişdir.
5. Daha ətraflı məlumat əldə etmək və tender sənədlərini nəzərdən keçirmək üçün iddiaçılar aşağıdakı ünvana müraciət etməlidirlər: cənab İlqar Tağıyev, Satınalmaların Təşkili və İdarə Olunması Departamenti rəisinin müavini.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti
Moskva Prospekti, 67.
AZ1012 Bakı, Azərbaycan
Tel: +994 12 431 47 92
Faks: +994 12 598 38 14
E-mail: [email protected]; [email protected]; [email protected]
6. Tender sənədlərini ingilis dilində əldə etmək üçün iddiaçılar yuxarıda qeyd olunmuş ünvana yazılı şəkildə müraciət etməli və aşağıdakı hesab nömrəsinə beş yüz (500) AZN və yaxud üç yüz on (310) ABŞ dolları məbləğində geri qaytarılmayan məbləği ödəməlidirlər:
• Benefisiarın Adı: “AZƏRSU” ASC
• VÖEN: 9900001751
• Benefisiarın Bankı: Azərbaycan Kapital Bankı, Nəsimi filialı, 1
• VÖEN: 9900003611
• Yerli valyuta ilə hesab No: AZ65AIIB33070019441100216111
• Xarici valyuta ilə hesab No: AZ55AIIB33170018401100216111
• Kod: 200112
• SWIFT Kodu: AIIBAZ2X
Tender sənədlərini elektron köçürmə və nağd ödəniş təsdiqi qarşılığında “Azərsu” ASC-nin ofisindən əldə etmək olar. Bundan əlavə, yazılı müraciət və ödəniş etdikdən sonra "Azərsu" tender sənədlərini kuryer vasitəsilə beynəlxalq müraciətlər üçün 320 AZN və ya 200 ABŞ dolları və ya yerli müraciətlər üçün 160 AZN və ya 100 ABŞ dolları məbləğində maraqlanan tərəflərə göndərəcəkdir. İtirilmə və gec çatdırılmaya görə heç bir məsuliyyət qəbul edilməyəcəkdir Tender sənədləri yalnız elektron formatda (DVD) təqdim olunacaqdır.
7. Təkliflərin təqdim olunması:
• Təkliflərinizi tender sənədlərində (1 və 2-ci bölmələr, paraqraf: ITB 19.1) göstərildiyi kimi tender zəmanəti ilə birlikdə “Azərsu” ASC, Moskva prospekti, 67, 2-ci mərtəbə, Satınalmaların Təşkili və İdarə Olunması Departamenti, AZ1012 Bakı, Azərbaycan ünvanına (Satınalmaların Təşkili və İdarə Olunması Departamenti rəisinin müavini cənab İlqar Tağıyevin diqqətinə).
• 18 dekabr 2017-ci ildən və ya bu tarixdən əvvəl saat 16.00-dan gec olmamaq şərti ilə təqdim etmək xahiş olunur.
• Tender sənədlərində təsvir olunduğu kimi, tender zəmanəti ilə birlikdə.
8. Tender təklifləri son təqdimetmə tarixindən dərhal sonra iddiaçıların nümayəndələrinin iştirakı ilə açılacaqdır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.