Şəki və Oğuz rayonları ərazisində yaradılacaq aqroparkın suvarma suyu ilə təmin edilməsi məqsədilə layihə-smeta sənədlərinin hazırlanması və müvafiq qaydada ekspertizadan keçirilməsi üçün təkliflər sorğusu elan edir
İşçi layihədə aşağıdakı işlər üzrə layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur:
1. Şəki ərazisi üzrə:
- Türyançay üzərində suqəbuledici qurğu kompleksinin, nasos stansiyanın, xarici elektrik təchizatının və təzyiqli boru kəmərinin qurğularla birlikdə layihələndirilməsi.
- Məcradankənar sututarın və 10000 ha suvarma sistemi üçün tələb olunan qurğuların layihələndirilməsi.
2.Oğuz ərazisi üzrə:
- Nəzərçay hövzəsində suqəbuledici qurğu kompleksinin, nəqledici boru kəmərinin layihələndirilməsi.
- Boru kəmərinin sonunda su hovuzunun və suvarma sistemi üçün tələb olunan qurğuların layihələndirilməsi.
İşçi layihənin 6 nüsxədə Azərbaycan dilində tərtib olunmaqla, çap və elektron formada sifarişçiyə təqdim edilməklə müvafiq qaydada ekspertizadan keçirilməsi təmin olunmalıdır. Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yuxarıda göstərilən tender predmeti üzrə təklifləri texniki və maliyyə təkliflərindən ayrı-ayrılıqda hazırlamaqla, möhürlənmiş və imzalanmış bağlamada təqdim etsinlər.
Tenderin qalibinə təkliflərin qiymətləndirilməsindən sonra yazılı bildiriş göndəriləcəkdir. Təkliflərin qiymətləndirilməsi zamanı aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- analoji işlərdə təcrübəsi;
- texniki təklifdə göstərilən işin üsulları;
- maliyyə vəziyyəti;
- işin yerinə yetirilmə müddəti;
- aşağı qiymət.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar aşağıdakı ünvana müraciət edə bilərlər:
Ünvan: Bakı şəhəri, Moskva prospekti, 69a, tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdriyyəti.
Telefon: 431-08-64; Faks : 430-79-57.
Potensial imkanları olan iddiaçılar tenderin əsas şərtlər toplusunu yuxarıda göstərilən ünvandan ala bilərlər.
İştirak haqqı 100 manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
VÖEN: 1300300711
H/h: AZ10IBAZ3807 0019449716100216
Azərbaycan Beynəlxalq Bankının Yasamal filialı
Kod: 805562
VÖEN :9900001881
M/h: AZ03NABZ01350100000000002944
SWIFT: IBAZAZ2X
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının son beş ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- analoji layihələndirmə üzrə təcrübəsi və mütəxəssisləri barədə məlumat;
- işləri yerinə yetirmək üçün tələb olunan potensial imkanları;
- tender təklifinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra 30 bank günüdür;
- tender təklifinin təminatı ümumi təklifin 1 faizi həcmində olmalıdr və zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış.
İddiaçılar tələb olunan sənədləri hazırlayıb texniki və maliyyə təkliflərini ayrı-ayrılıqda 2 nüsxədə (əsli və surəti) imzalanmış, möhürlənmiş, ikiqat zərfdə 20 noyabr 2017-ci il saat 15.00-dək yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 21 noyabr 2017-ci il saat 11.00-da Bakı şəhəri, hökumət evi, V mərtəbədə 514 nömrəli otaqda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.