“Billur” ASC səhmdarlarının nəzərinə!

“Billur” ASC (cəmiyyət) cəmiyyətin səhmdarlarını 29 dekabr 2017-ci il saat 11.00-da Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti (keçmiş Telnov küçəsi) 29 nömrəli ünvanda (poliklinikanın arxasındakı 1 mərtəbəli binada) keçiriləcək “Billur” ASC səhmdarlarınının növbədənkənar ümumi yığıncağının iclasına dəvət edir.

Ümumi yığıncağın iclasına gələn hər bir səhmdar özünün şəxsiyyət vəsiqəsini və ya şəxsiyyətini təsdiq edən digər sənədi və cəmiyyətin səhmlərinə sahib olmasını təsdiq edən sənədi, səhmdarların nümayəndələri isə, həmçinin notarial qaydada təsdiq olunmuş müvafiq etibarnaməni ümumi yığıncağın iclasının başlanmasından 1 saat əvvəl cəmiyyətin müdiriyyətinə təqdim etməli və qeydiyyatdan keçməlidir.

İclasa gələn səhmdarların qeydiyyatı saat 10.00-dan başlayacaqdır.

Ümumi yığıncağın gündəliyi:

1. Cəmiyyətin ləğv olunması.

2. Cəmiyyətin qiymətli kağızlarının (səhmlərinin) dövriyyədən çıxarılması.

3. Cəmiyyətin ləğvetmə komissiyasının (təsviyəçisinin) təyin olunması.

Ümumi yığıncaqda səhmdarların iştirakı vacibdir. Ümumi yığıncağın iclasında iştirak etmək iqtidarında olmayan səhmdarlar ümumi yığıncağın iclasına çıxarılmış məsələlərlə əlaqədar öz təklif və münasibətlərini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-3.2-ci maddəsinin və cəmiyyətin nizamnaməsinin 16.4-cü bəndinin müddəalarına uyğun olaraq “qiyabi səsvermə” və ya “öz təklif və münasibətini yazılı şəkildə bildirmək” yolu ilə də bildirə bilərlər.

Səhmdarlar ümumi yığıncağın keçirilməsi və gündəliyi ilə bağlı əlavə məlumatları aşağıdakı ünvanda cəmiyyətin idarə heyətindən ala bilərlər.

Ünvan: Bakı səhəri, Xətai rayonu, Xocalı prospekti (kecmis Telnov küçəsi) 29.

Telefon: (055)-386-10-73.

“Billur” ASC-nin idarə heyəti

   Bakı şəhəri, 10 noyabr, 2017-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında