Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) aşağıdakı lotlar üzrə

A Ç I Q  T E N D E R  E L A N  E D İ R

 

- Lot 1 İnzibati binanın təmizlik xidmətlərinin satınalınması.

- Lot 2 Xidməti məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulan D və E seqmentli, Yaponiya istehsalı olan 2 ədəd minik avtomobilinin satınalınması.

- Lot 3 Çap və nüsxələmə avadanlıqlarının kartric, toner və digər ehtiyat hissələrinin (HP və Xerox markaları üzrə) satınalınması.

- Lot 4 İnformasiya texnologiyaları sistemlərinin üzərində çalışan virtual platforma üçün vendor texniki xidmətinin 1 il müddətinə uzadılması.

- Lot 5 Loqlar jurnalı üçün saxlancın (storage) satınalınması.

- Lot 6 “CISCO PHYSICAL SECURITY SYSTEMS” lisenziyalarının müddətinin bitmə vaxtının 1 il uzadılması.

- Lot 7 “CISCO network and securıty management systems” lisenziyalarının müddətinin bitmə vaxtının 1 il uzadılması və əlavə lisenziyaların alınması.

- Lot 8 Radware lisenziyasının müddətinin bitmə vaxtının 1 il uzadılması.

- Lot 9 Dəyişikliklərin idarə olunması və təhlükəsizlik hadisələrin monitorinqi xidmətinin (RSA sistemi ilə) satınalınması.

- Lot 10 Dəyişikliklərin idarə olunması və təhlükəsizlik hadisələrin monitorinqi sisteminin lisenziyasının bitmə vaxtının 1 il uzadılması (RSA sistemi).

ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999- cu il tarixli, 240 №- li Fərmanı ilə yaradılmış dövlət təsisatıdır. ARDNF barədə məlumatlarla http://www.oilfund.az ünvanında yerləşən internet səhifəsində tanış olmaq mümkündür.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən açıq tender ARDNF üçün malların, işlərin və xidmətlərin satınalınmasını əhatə edir.

Təklif zərfləri 20 dekabr 2017- ci il yerli vaxtla saat 11.00- da, ARDNF- in yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165 nömrəli ünvanda açılacaqdır.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

- tenderdə iştirak etmək üçün ərizə;

- podratçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

- podratçının ixtisas göstəricilərinə dair məlumat.

- tender təklifi (tender təklifinin qiymətinin 1 faizi həcmində tender təklifinin təminatı (bank zəmanəti) ilə birlikdə);

- podratçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı.

Podratçılardan tələb olunan sənədlər
7 dekabr 2017- ci il, yerli vaxtla saat 18.00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə hər lot üzrə ayrı-ayrı zərflərdə olmaqla 19 dekabr 2017-ci il, yerli vaxtla saat 18.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165 nömrəli ünvanda yerləşən ARDNF-ə təqdim edilməlidir.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.

Hər bir lot üçün iştirak haqqı 100 (yüz) manat məbləğdə müəyyən edilmişdir. Tenderin əsas şərtlər toplusu tenderdə iştirak edən podratçılara müvafiq lot üzrə iştirak haqqı göstərilən hesaba ödənildikdən sonra təqdim ediləcəkdir.

Azərbaycan Respublikası Dövlət Neft Fondu

Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165.

VÖEN: 9900041961

H/h:AZ84NABZ01360400000000001944

Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı

Kod: 501004

VÖEN: 9900071001

M/h: AZ74NABZ01451700000000001944

S.W.I.F.T bik: NABZAZ 2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılışında iştirak edə bilərlər.

Tenderlə əlaqədar suallar və sorğular [email protected] ünvanlı elektron poçta və ya (+994 12) 565 87 55 nömrəli faksa göndərilə bilər. Əlaqə telefonu: (+994 12) 498 77 53 (əlaqələndirici şəxslər: Lot-1-2 üzrə Elşad Bağırov (dax.: 1010), Lot-3-4 üzrə Orxan Şahverdiyev (dax.: 1202), Lot-5-10 üzrə isə Nailə Məmmədli (dax.: 9005), hüquqi məsələlər üzrə Fatimə Səlimli
(dax.: 8025).

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında