Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edir

Məhkəmə ekspertizası mərkəzinin müsabiqə komissiyası bildirir ki, həmin mərkəzə qulluğa qəbulla bağlı son müsabiqədə müvəffəqiyyət qazanmış namizədlər hazırda peşə fəaliyyətinə buraxılmaq məqsədilə Ədliyyə Akademiyasında icbari təlim keçirlər.

Bununla belə məhkəmə ekspertizası mərkəzində vakant ştat vahidlərinin komplektləşdirilməsi üçün peşəkar kadrlara olan ehtiyac nəzərə alınaraq növbəti açıq müsabiqə elan edilir.

Vakant ştat vahidləri məhkəmə ekspertizası mərkəzində əsasən filologiya (Azərbaycan dili və ədəbiyyatı), fizika, kimya, inşaat mühəndisliyi, mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi, yol hərəkətinin təşkili, yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi, eləcə də mərkəzin Şirvan regional bölməsində kimya ixtisası üzrədir.

Ədliyyə orqanlarında qulluq keçmə ilə bağlı qanunvericiliyin tələblərinə cavab verən həmin ixtisaslar üzrə ali təhsilə malik Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə dəvət olunurlar.

Arzu edənlər 2017-ci ilin oktyabr ayından etibarən müəyyən olunmuş ərizə formasını və digər zəruri sənədləri aşağıda göstərilən ünvanlarda:

- Məhkəmə ekspertizası mərkəzinin inzibati binasında (Bakı şəhəri, Xaqani küçəsi, 24, tel: (012) 498-09-71);

- Mərkəzin Gəncə regional bölməsində  (Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi 11, tel: (0222) 65-18-96);

- Mərkəzin Şəki regional bölməsində  (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1, tel: (+99470) 229-30-29);

- Mərkəzin Şirvan regional bölməsində  (Şirvan şəhəri, 20 yanvar küçəsi 16, tel: (02121) 5-55-91) təqdim edə bilərlər.

Müsahibədə iştirak etmək üçün qanunvericiliyə əsasən tələb olunan sənədlərin siyahısı və imtahana hazırlıqla bağlı “Yaddaş kitabçası” Mərkəzin internet səhifəsində (www.expert.gov.az) “İşə qəbul” bölməsində yerləşdirilmiş, habelə mərkəzə və onun regional bölmələrinə müraciət edənlərə veriləcəkdir.

Mərkəzin internet səhifəsindən, eləcə də yuxarıda göstərilən telefon nömrələrinə zəng etməklə bütün suallarla bağlı operativ informasiya almaq olar.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında