“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC” Yuxarı Şirvan kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasının və layihə-smeta sənədlərinin (işçi layihə və tender sənədləri) hazırlanması üçün təkliflər sorğusu elan edir

İşçi layihədə Yuxarı Şirvan kanalının yenidən qurulmasının yerinə yetirilməsi aşağıdakı göstəricilərlə nəzərdə tutulur:

-       Kanalın suvarma sahəsi                                      -                                                           231505 ha

-       Mövcud suvarılan sahə                                       -                                                           125555 ha

-       Yeni suvarılan sahə                                                           -                                                           105950 ha

-       Yuxarı Şirvan kanalının ümumi uzunluğu          -                                                           190 km

-       Yuxarı Şirvan kanalının  su sərfı                        -                                                           180÷5.4 m3/san

-       Su mənbəyi                                                         -                                                           Mingəçevir su anbarı

-              Suvermə üsulu                                                    -                                                           Öz axımı ilə

İşçi layihə 6 nüsxədə, tender sənədləri isə 10 nüsxədə Azərbaycan dilində tərtib olunmaqla, çap və elektron formada sifarişçiyə təqdim edilməlidir. 

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yuxarıda göstərilən tender predmeti üzrə təklifləri texniki və maliyyə təkliflərindən ayrı-ayrılıqda hazırlamaqla, möhürlənmiş və imzalanmış bağlamada təqdim etsinlər.

Tenderin qalibinə təkliflərin qiymətləndirilməsindən sonra yazılı bildiriş göndəriləcəkdir. Təkliflərin qiymətləndirilməsi zamanı aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-analoji işlərdə təcrübəsi;

-texniki təklifdə göstərilən işin üsulu;

-maliyyə vəziyyəti;

-işin yerinə yetirilmə müddəti;

-aşağı qiymət.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar aşağıdakı ünvana müraciət edə bilərlər:

Ünvan: Bakı şəhəri, Moskva prospekti, 69a, tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti

Telefon:  431-08-64; Faks : 430-79-57.

Potensial imkanları olan iddiaçılar tenderin əsas şərtlər toplusunu  yuxarıda göstərilən ünvandan ala bilərlər.

İştirak haqqı 500 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

VÖEN: 1300300711

H/h:  AZ10IBAZ3807 0019449716100216

“Azərbaycan Beynəlxalq Bankı”nın Yasamal filialı

Kod: 805562

VÖEN :9900001881

M/h: AZ03NABZ01350100000000002944

SWIFT: IBAZAZ2X

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-  tenderdə iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının son beş ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı ,hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- analoji layihələndirmə üzrə təcrübəsi və  mütəxəssisləri barədə məlumat;

- işləri yerinə yetirmək üçün tələb olunan potensial imkanlar;

- tender təklifinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra 30 bank günüdür;

- tender təklifinin təminatı ümumi təklifin 1 faizi həcmində olmalıdr və  zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədədir;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- tender təklifinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra 45 bank günüdür.

İddiaçılar tələb olunan sənədləri hazırlayıb texniki və maliyyə təkliflərini ayrı-ayrılıqda 2 nüsxədə (əsli və surəti) imzalanmış, möhürlənmiş, ikiqat zərflərdə 30 oktyabr   2017-ci il saat 15.00- dək yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 31 oktyabr  2017-ci il saat 11.00-da Bakı şəhəri, Hökumət evi, V mərtəbə, 514-cü otaqda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında