Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi laboratoriya avadanlıqlarının satınalınması ilə əlaqədar

A Ç I Q   T E N D E R   E L A N   E D İ R

 

Lot– 1. Respublika Baytarlıq Laboratoriyası üçün avadanlıqların  satınalınması.

Lot– 2. Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutları üçün laboratoriya avadanlıqlarının satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər  aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 80, 7-ci mərtəbə, 719-cu otaqdan (əlaqələndirici şəxs: Tariyel Bağırov, telefon: (+012) 498-08-44, daxili nömrə 188) ala bilərlər.

İştirak haqqı lot– 1:200 manat,
lot– 2  isə  250 manatdır.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi                     

H/h: AZ94CTRE00000000000002188301

VÖEN: 1700069791    

Bank:Dövlət Xəzinədarlıq Agentliyi

Kod: 210005 

VÖEN: 1401555071    

M/H: AZ41NABZ01360100000000003944            

S.W.İ.F.T: CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır).

Tender proseduru  “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 13 noyabr 2017-ci il saat  17.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 27 noyabr 2017-ci il saat 17.00-dək Üzeyir Hacıbəyli küçəsi, 80, 7-ci mərtəbə, 755-ci otağa təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 28 noyabr 2017-ci il saat  17.00-da  Kənd Təsərrüfatı Nazirliyində, Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 80, 7-ci mərtəbə, 722-ci otaqda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında