Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi 2017-ci ildə tibbi avadanlıqların satınalınması məqsədilə

AÇIQ  TENDER  ELAN  EDİR

 

Tender iştirakçılarına təklif edilir ki, Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununa uyğun öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı şəkildə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində malların keyfiyyətinə, ən aşağı qiymətə, əsas şərtlər toplusunda göstərilən meyarlara uyğun ən sərfəli tender təklifinə üstünlük veriləcəkdir. Tender iştirakçıları müqaviləni yerinə yetirmək üçün lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 300 manat iştirak haqqını Daxili Qoşunların Baş İdarəsinin hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər:

 B1. Benefisiar (alan) bank

Adı: Dövlət Xəzinədarlığı Agentliyi

Kod: 210005

VÖEN: 1401555071

M/h: AZ41NABZ01360100000000003944

SWIFT BIK CTREAZ22.

B2. Vəsaiti alan müştəri (benefisiar)

Adı: DİN-in Daxili Qoşunlarının Baş İdarəsi

H/h № AZ44CTRE 00000000000002458570

VÖEN: 1500426471

D3. Büdcə təsnifatının kodu- 142340

D4. Büdcə səviyyəsinin kodu 7

İştirak haqqı heç bir halda geri
qaytarılmır.

 İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrələri, rəhbərinin adı, soyadı göstərilməklə, möhürlənmiş və imzalanmış olmalıdır);

- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);

- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 3 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim olunmalıdır. Bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında (müvafiq orqanlardan arayış);

- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyət müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti ;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, şəhadətnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (2017-ci ildə
notariusdan təsdiq edilmiş surəti);

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı barədə məlumat;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Tender iştirakçılarından tələb olunan sənədlər 1 noyabr 2017-ci il saat 12.00-a qədər bir nüsxədə, tender təklifi isə 14 noyabr 2017-ci il saat 12.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) Daxili Qoşunların Baş İdarəsinin beşinci mərtəbəsində tender komissiyasının otağında əlaqələndirici şəxslərə təqdim edilməlidir.

Göstərilən müddətdən gec təqdim olunmuş tender təklifləri və sənədlər qəbul olunmayacaqdır.

Sənədlərin qəbulu saatları - hər gün saat 16.00-dan 18.00-a qədərdir.

Tender zərflərinin açılışı proseduru 15 noyabr 2017-ci il saat 16.00-da Daxili Qoşunların Baş İdarəsində (Bakı şəhəri, Q. Musabəyov küçəsi, 4) keçiriləcəkdir.

İclasda iddiaçıların səlahiyyətli nümayəndələri də iştirak edə bilərlər.

İddiaçılar əlavə məlumatı aşağıdakı ünvandan ala bilərlər:

Ünvan: Bakı şəhəri, Q. Musabəyov küçəsi, 4.

Telefon: 569-95-10.

Əlaqələndirici: E.Əliyev.

Daxili Qoşunların tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında