“Bakı Taksi Xidməti” MMC avtonəqliyyat vasitələri üçün akkumulyatorların və avtomobil şinlərinin satınalınması məqsədilə 2 lot üzrə açıq tender elan edir və ehtiyat hissələrinin tədarükü ilə məşğul оlan şirkətləri tenderdə iştirak etməyə dəvət edir

Lot–1. Akkumulyatorların satınalınması.

Lot–2. Avtomobil şinlərinin satınalınması.

Tenderdə iştirak etmək üçün müraciət edən şirkətlərə dair tələblər:

• satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmalı;

• maliyyə durumu qənaətbəxş olmalı;

• satınalma müqaviləsinin icrasını təmin etmək üçün qeyd edilmiş müvafiq sahədə peşəkar və təcrübəli olmalı;

• texniki, maliyyə və işçi qüvvəsinə, idarəetmə səriştəsinə malik olmalı;

• vergilər və digər icbari analoji hökumət ödənişləri üzrə icra vaxtı keçmiş öhdəlikləri olmamalıdır.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər tоplusunu (Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllədə, tender komissiyasından) ala bilərlər.

İddiaçı tenderdə iştirak haqqı kimi “Bakı Taksi Xidməti” MMC-nin aşağıda göstərilən hesabına hər lot üçün 300 (üç yüz) manat məbləğdə vəsait köçürməlidir.

H/h: AZ85AZPO91015461200420100043 (AZN)

VÖEN 1502874221

Bankın adı: “Azərpoçt” MMC PF1

Kod: 691011

VÖEN: 9900037711

M/h: AZ76NABZ 01350100000000094944

S.W.I.F.T. AZPOAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iddiaçı kimi iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

- tenderdə iştirak haqqında müraciət;

- iddiaçının tam  adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi;

- tender təklifinin təminatı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının sоn 1 il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) ən geci 14 noyabr 2017-ci il  saat 17.00-a qədər təqdim etməlidirlər.

Tender təklifi və tender təklifinin təminatını isə müvafiq qaydada möhürlənmiş ikiqat zərflərdə 23 noyabr 2017-ci il saat 17.00-a qədər (Bakı şəhəri, Nəsimi  rayonu,  3007-ci məhəllə yerləşən “Bakı Taksi Xidməti” MMC-yə (ümumi şöbəyə) təqdim etməlidirlər. Göstərilən müddətdən sоnra daхil оlan təkliflər baxılmadan geri qaytarılacaqdır.

Tender təklifinin güvvədə olma müddəti – təkliflər zərflərinin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü təşkil etməlidir.

Tender təklifinin bank təminatı – təkliflər zərflərinin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü (tender təklifinin güvvədə olma müddətindən ən azı 30 bank günü) çox olmalıdır və təklifin ümumi dəyərinin 1 (bir) %-ni təşkil etməlidir.

Malların təchiz olunma müddəti: müqavilə imzalandığı tarixdən il ərzində (12 ay).

- Tender təkliflərinin seçilməsi zamanı  üstünlük verilən meyarlar- maliyyə meyarı və ixtisas meyarı.

Tender prоsedurunun (təkliflər zərflərinin açılışı) tarixi- tender proseduru            24 noyabr 2017-ci il saat 11.00-da “Bakı Taksi Xidməti” MMC-nin iclas zalında (ünvan: Bakı şəhəri, Nəsimi  rayonu, 3007-ci məhəllə) başlayacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri müvafiq vəkaləti təqdim etməklə tender prosedurunda iştirak edə bilərlər.

Tender barədə əlavə məlumatlar almaq üçün maraqlı оlanlar “Bakı Taksi Xidməti” MMC-yə müraciət edə bilərlər:

Telefon: +994 (12) 511 14 54

E-mail:   [email protected]


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında