Şriftin ölçüsü:
28.01.2011 12:41 | Oxunma sayı: 390
AZƏRBAYCAN RESPUBLİKASI DİN DAXİLİ QOŞUNLAR BAŞ İDARƏSİ 2011-ci İLDƏ KAZARMA VƏ QƏRARGAH MEBELLƏRİNİN SATINALINMASI ÜÇÜN
A Ç I Q T E N D E R E L A N E D İ R
Tender 2 lot üzrə keçirilir:
LOT-1: Kazarma mebel və inventarları.
LOT-2: Qərargah mebelləri.
İddiaçılar öz tender təkliflərini bütün zəruri vergi və rüsumlar nəzərə alınmaqla hesablamalıdırlar.
Tender təklifləri "bal" sistemi ilə qiymətləndiriləcəkdir. Üstünlük veriləcək meyarlar:
ən sərfəli qiymət, yüksək keyfiyyət və malların qrafikə uyğun təhvil alınması.
Müqavilənin vaxtında yerinə yetirilməsi üçün tender iştirakçıları bu sahədə peşəkarlığa, lazımi texniki və maliyyə imkanlarına malik olmalı, məhkəməyə cəlb olunmamalı, əvvəllər yerinə yetirdiyi müqavilələrə görə onlara qarşı irad tutulmamalı, cərimə tətbiq olunmamalıdır.
Potensial imkanları olan iddiaçılar tenderin əsas şərtlər toplusunu Daxili Qoşunların Baş İdarəsinin hesablaşma hesabına aşağıdakı məbləğdə iştirak haqqını ödədikdən sonra 2 mart 2011-ci il tarixədək, Bakı, Q.Musabəyov küçəsi, 4 nömrəli ünvanda əlaqələndirici şəxs A.Quliyevadan ala bilərlər:
Azərbaycan Respublikası Beynəlxalq Bankı Mərkəzi filialı,
kod: 805722,
M/h-0137010002944,
VÖEN-9900001881,
S.W.I.F.T İBAZAZ 2X,
Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı xəzinədarlıq idarəsi,
Hesab №-si 33205019449328518204,
VÖEN 1700986181,
DİN DQBİ-nin
VÖEN-i 1500426471.
Daxili Qoşunların Baş İdarəsinin tenderində iştirak haqqı:
LOT-1 üzrə - 370 manat;
LOT-2 üzrə - 60 manat;.
İştirak haqqları heç bir halda geri qaytarılmır. Tenderdə iştirak etmək istəyən bütün iddiaçılar aşağıdakı sənədləri hazırlayıb tender komissiyasına təqdim etməlidirlər:
tenderdə iştirak etmək üçün yazılı müraciət (müraciətdə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrəsi, rəhbərinin adı və soyadı göstərilməklə imzalanmış və möhürlənmiş olmalıdır);
iştirak haqqının ödənilməsi barədə sənəd;
tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
tender təklifi qiymətinin 2 % həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim olunur);
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyət müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;
iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları haqqında rəsmi məlumat;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti).
Tenderdə iştirak etmək istəyən iddiaçılar yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 2 mart 2011-ci il tarixədən gec olmayaraq DQBİ-nin tender komissiyasına təqdim etməlidirlər.
Satınalmada iştirak etmək istəyənlərə bildirilir ki, mebel və inventarlar təsdiq olunmuş qrafikə əsasən Mərkəzi Anbara qəbul olunacaqdır. Təklif edilən əmlakların nümunələri 2 mart 2011-ci il tarixədək Daxili Qoşunların Baş İdarəsinə təqdim olunmalıdır. İddiaçılar tender təkliflərini bir ədəd əsli, bir ədəd surəti ikiqat zərfə qoyularaq imzalanmış, möhürlənmiş şəkildə 14 mart 2011-ci il saat 17-00-a qədər tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan iddiaçılara qaytarılacaqdır. Zərfin üzərinə 15 mart 2011-ci il tarixə kimi açılmamalıdır sözləri yazılmalıdır.
Təklif zərfləri 15 mart 2011-ci ildə saat 16-00-da DQBİ-də açılacaqdır.
Əlavə məlumatları əlaqələndirici şəxs A.Quliyevadan əldə etmək olar.
Tender proseduru "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq keçiriləcəkdir.
Telefonlar: 569-95-10.
{nl}
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.