Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

 A Ç I Q    T E N D E R    E L A N    E D İ R

 

Tender 6 lot üzrə keçirilir.

Lot-1. 221200. "Mətbəə xərcləri" xərc maddəsi üzrə malların satınalınması.

Lot-2. 225411."Bərk inventarların satınalınması" xərc maddəsi üzrə malların satınalınması.

Lot-3. 225412 "Avadanlığın alınması" xərc maddəsi üzrə malların satınalınması.

Lot-4. 225413 "Digər alışlar və xidmətlər" xərc maddəsi üzrə malların satınalınması.

Lot-5. 282100. "Sair xərclər" xərc maddəsi üzrə malların satınalınması.

Lot-6. 311220 “Digər maşın və avadanlıqlar” xərc maddəsi üzrə malların satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tender təkliflərinin qiymətləndirilməsində aşagıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi.

Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 160 (bir yüz altmış) manat məbləğdə, heç bir halda geri qaytarılmayan iştirak haqqını aşağıdakı hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Y.Bakuvi küçəsi, 18 nömrəli ünvandan (əlaqələndirici şəxs- Anar Qasımov, tel: (+99412) 465 73 48 (daxili 135)) ala bilərlər:

Təşkilat: Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

VÖEN: 1500016711

Hh: AZ88IBAZ38030029441856517211

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sənaye filialı

Kod: 805603

VÖEN: 9900001881

M h: AZ03NABZ01350100000000002944

S.W.I.F.T. IBAZAZ 2X

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- sənədlər təqdim olunan tarixə DSMF-yə verilmiş hesabatın surəti və DSMF-yə borcunun olub-olmaması barədə arayış;

- məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat;

- son iki ildə yerinə yetirilmiş analoji işlər barədə ətraflı məlumat.

İddiaçılar 1-ci, 2-ci və 5-ci bəndlərdə qeyd olunan sənədləri 13 oktyabr 2017-ci il saat 17.00-a qədər, tender təklifini və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 24 oktyabr 2017-ci il saat 17.00-а qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 25 oktyabr 2017-ci il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında