Bakı Şəhər Baş Səhiyyə İdarəsi tabeliyindəki xəstəxanalarda 2017-ci ilə tələb olunan malların (iş və xidmətlərin) satınalınması məqsədilə

AÇIQ  TENDER  ELAN  EDİR

 

Tender 4 (dörd) lot üzrə keçirilir.

Lot - 1. Dəftərxana və təsərrüfat mallarının satınalınması.

Lot – 2. Mətbəə xərclərinin satınalınması.

Lot – 3. Sair xərclərin satınalınması.

Lot – 4. Kommunikasiya və elektrik işlərinin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Malların təchizatı cədvəli hər ay müəyyən edilmişdir və 2017-ci il dekabrın 30-dək nəzərdə tutulmuşdur.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.

Tenderlə əlaqədar məlumat almaq istəyənlər əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs: Xanlar Hüseynov, telefon: 012 495-38-28.

Ünvan:Bakı, M. Mirqasımov küçəsi,1A, Bakı Şəhər Baş Səhiyyə İdarəsi.

Maraqlananlar lotlar üçün əsas şərtlər toplusunu aşağıdakı məbləğdə işitrak haqqı ödədikdən sonra yuxarıdakı ünvandan ala bilərlər.

İştirak haqqı lot – 1, lot – 2, lot – 3, hər biri 100 manat,

lot – 4 isə 50 manatdır.

İştirakçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.

ADI: MNDXA – nın 8 saylı Xəzinədarlıq İdarəsi

KOD: 210005

VÖEN: 1401555071

M/h: AZ41NABZ01360100000000003944

S.W.İ.F.T BİK: CTREAZ22

H/h: AZ54CTRE00000000000002128202

Kitab: 002736, Fond 7

VÖEN: 1400125591

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirakçılar tenderdə iştirak etmək üçün 12 oktyabr 2017-ci il saat 18.00 –a qədər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifinin təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- iddiaçının son bir illik maliyyə vəziyyəti barədə bank arayışı;

- iddiaçının hüquqi statusunu təsdiq edən sənədlər: rekvizitləri, qeydiyyat şəhadətnaməsinin, nizamnamənin və lisenziyanın surəti;

- iddiaçının potensial imkanlarının olması haqqında texniki məlumat;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin olub – olmaması haqqında arayış.

İddiaçıların tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır.

Tender təklifləri 2 nüsxədə (əsli və surəti) tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı ilə birlikdə 20 oktyabr 2017-ci il saat 18.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə Bakı, M.Mirqasımov küçəsi 1A nömrəli ünvanda yerləşən Bakı Şəhər Baş Səhiyyə İdarəsinə təqdim olunmalıdır.

Tender təklifi tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim edilir. Bank təminatını tender təklifi zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirilməyə buraxılmır.

İddiaçıların təklif zərfləri Bakı şəhəri, M.Mirqasımov küçəsi 1A nömrəli ünvanda yerləşən Bakı Şəhər Baş Səhiyyə İdarəsinin mərkəzi mühasibatlığında 23 oktyabr 2017-ci il saat 10.00-da açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştiak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında