Şriftin ölçüsü:
26.01.2011 07:52 | Oxunma sayı: 418
A Ç I Q T E N D E R E L A N E D İ R
Tender 4 (dörd) Lot üzrə keçirilir:
Lot - 1 Ərzaq məhsullarının satınalınması (Əzizbəyov rayonu üzrə).
Lot - 2 Ərzaq məhsullarının satınalınması (Suraxanı və Qaradağ rayonları üzrə).
Lot - 3 Ərzaq məhsullarının satınalınması (Nizami və Binəqədi rayonları üzrə).
Lot - 4 Ərzaq məhsullarının satınalınması (Nəsimi və Nərimanov rayonları üzrə).
Tender iştirakçılarına təklif edilir ki, Dövlət Satınalmaları haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.Malların təchizatı qrafiki hər ay müəyyən edilmişdir və 30 dekabr 2011-ci il tarixə kimi nəzərdə tutulmuşdur.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
Tenderlə əlaqədar məlumat almaq istəyənlər əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs: Xanlar Hüseynov
Telefon:495-38-28
Ünvan: Bakı Şəhər Baş Səhiyyə İdarəsi, C.Məmmədquluzadə küçəsi, 71.
Maraqlananlar lotlar üzrə əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqı ödədikdən sonra yuxarıdakı ünvandan ala bilərlər.
Lot - 1 - 100 manat
Lot - 2 -150 manat
Lot - 3 - 100 manat
Lot - 4 -50 manat
İştirakçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.
ADI: MNDXA - nın 8 saylı Xəzinədarlıq İdarəsi
Hesab: NAS 702001 AZN 320101
BANK: ARBB Nəsimi filialı
KODU: 805614
VÖEN: 9900001881
Müxbir hesab: 0137010002944
S.W.I.F.T BIK: İBAZAZ2X
HESAB N 33205019449702001207
KİTAB: N1/160
VÖEN: 1401555911
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İştirakçılar tenderdə iştirak etmək üçün 28 fevral 2011-ci il saat 18.00 -a qədər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifinin təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifləri dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- iddiaçının son bir illik maliyyə vəziyyəti barədə bank arayışı;
- iddiaçının hüquqi statusunu təsdiq edən sənədlər: rekvizitlər, qeydiyyat şəhadətnaməsinin, nizamnaməsinin və lisenziyasının surəti;
- iddiaçının potensial imkanlarının olması haqqında texniki məlumat;
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair təmin edilməmiş öhdəliklərin olub - olmaması haqqında arayış.
İddiaçıların tender təklifləri Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır.
Tender təklifi 2 nüsxədə (əsli və surəti) tender təklifi dəyərinin 1,0% -i həcmində bank təminatı ilə birlikdə 9 mart 2011-ci il saat 18.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə C.Məmmədquluzadə küçəsi, 71 nömrəli ünvanda yerləşən Bakı Şəhər Baş Səhiyyə İdarəsinə təqdim olunmalıdır.
Tender təklifi tender proseduru keçirildiyi tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır.
Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim olunur. Bank təminatını tender təklifi zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirilməyə buraxılmır.
İddiaçıların tender zərfləri Bakı şəhəri C.Məmmədquluzadə küçəsi, 71 nömrəli ünvanda yerləşən Bakı Şəhər Baş Səhiyyə İdarəsinin mərkəzi mühasibatlığında 10 mart 2011-ci il saat 10.00-da açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
{nl}
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.