Azərbaycan Respublikası Mərkəzi Bankı üçün “Ev təsərrüfatlarının istehlakçı davranışları və niyyətləri” sorğusunun keçirilməsi xidmətinin satınalınması ilə bağlı

TENDER ELANI

1. Azərbaycan Respublikası Mərkəzi Bankı “Ev təsərrüfatlarının istehlakçı davranışları və niyyətləri” sorğusunun keçirilməsi xidmətinin satınalınması məqsədilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq açıq tender keçirir.

Tender proseduru 16 oktyabr 2017-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi 90) keçiriləcəkdir.

2. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

- tenderdə iştirak üçün yazılı müraciət (ərizə);

- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış) notariat qaydasında təsdiq edilmiş surətləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;

- Azərbaycan dilində iki nüsxə tender təklifi (tender təklifi 28 noyabr 2017-ci ilədək qüvvədə olmalıdır);

- tender təklifinin qiymətinin 1 (bir) %-i məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən formada);

- son bir ildəki maliyyə vəziyyəti barədə
bank arayışı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi üzrə vaxtı keçmiş öhdəliklərin olmaması barədə müvafiq dövlət orqanlarından arayış;

- iddiaçıların oxşar işlərdə son 3 (üç) il ərzində təcrübəsinin olması, o cümlədən maddi-texniki bazası (peşəkar işçi heyəti və zəruri proqram təminatının mövcudluğu) barədə məlumat;

- əlaqəli şəxs olmayan və ya iddiaçı üzərində əhəmiyyətli nəzarəti həyata keçirməyən ən azı 2 (iki) korporativ müştəri tərəfindən verilən tövsiyə məktubu;

- tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat.

3. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 13 oktyabr 2017-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 4 oktyabr 2017-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 nömrəli ünvanında yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaqdır.

4. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının
aşağıdakı hesabına 150 (bir yüz əlli) manat məbləğdə vəsait köçürməlidirlər:

Azərbaycan Respublikasının Mərkəzi Bankı,

Kod: 501004

VÖEN: 9900071001

Hesab: AZ25NABZ01701190000000001944

Müxbir hesab: AZ74NABZ01451700000000001944

S.W.I.F.T. BİK NABZAZ2C

Mərkəzi Bankın ödəniş sistemləri və hesablaşmalar departamenti.

5. Xidmətin başlanma vaxtı 1 dekabr 2017-ci il.

6. Xidmətin göstərilmə müddəti: 1 (bir) il.

7. Təkliflər aşağıdakı amillər əsasında qiymətləndiriləcəkdir: qiymət, texniki amillər (iş təcrübəsi (oxşar işlər üzrə korporativ müştərilərə xidmət) və maddi-texniki baza (peşəkar işçi heyəti və zəruri proqram təminatının mövcudluğu)).

8. Tenderdə iştirak etmək istəyən iddiaçı şirkətlər iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 nömrəli ünvanında yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər.

Tender üzrə əlaqələndirici şəxslər:

Elvin Şirdanov (hüquq departamentinin əməkdaşı), telefon: 493-11-22 (428)

Məlik Mövsümzadə (statistika departamentinin əməkdaşı), telefon: 493-11-22 (293).

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında