Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

AÇIQ  TENDER  ELAN  EDİR

 

Tender 2 lot üzrə keçirilir.

Lot-1. Tədris prosesinin I mərhələsinin avtomatlaşdırılması işlərinin satınalınması.

Lot-2. Tədris prosesinin II mərhələsinin avtomatlaşdırılması işlərinin satınalınması, I mərhələ ilə inteqrasiya.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə, ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, F.X.Xoyski prospekti 98, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının əsas binası, 214-cü otaqdan (əlaqələndirici şəxs: T.Abbasov, tel.:(012) 564-09-00) ala bilərlər.

İştirak haqqı: Lot-1 və Lot-2 hər biri 250 (İki yüz əlli) manatdır.

BANKIN ADI: “KAPİTAL BANK” ASC-NİN GƏNCLİK FİLİALI

KOD: 200189

VÖEN: 9900003611

M/H:AZ37NABZ01350100000000001944

SWİFT BİK: AIIBAZ2X  

TƏŞKİLAT: AZƏRBAYCAN DÖVLƏT BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN AKADEMİYASI,

H/H: AZ20AIIB38090019440138430118

VÖEN: 1500374911

 İştirak haqqı heç bir halda geri qaytarılmır.

 İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- oxşar funksional-texniki xüsusiyyətlərə malik olan informasiya sistemlərinin tərtib edilməsi, quraşdırılması və texniki xidmətin göstərilməsi sahəsində son üç il ərzində iş təcrübəsi olmalıdır.

- son 1 il ərzində ən azı bir dəfə analoji xarakterli və həcmli xidmətlərin yerinə yetirilməsində baş podratçı təcrübəsinin olması (tələbatı ödəmək üçün xidmətlər ən azı 70% yerinə yetirilməlidir).

- İKT sahəsi üzrə (vmware, Microsoft Windows, MSSQL, RedHat, HP avadanlığı, UML və s.) sertifikatlaşdırılmış mütəxəssis heyətinə malik olmalıdır;

- digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 6 sentyabr 2017-ci il saat 17.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 14 sentyabr 2017-ci il saat 17.00-dək Bakı şəhəri, F.X.Xoyski prospekti, 98 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 15 sentyabr 2017-ci il, saat 11.00-da Bakı şəhəri, F.X.Xoyski prospekti 98 nömrəli ünvanda, 214-cü otaqda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında