“XƏTAİ TƏMİR-TİKİNTİ-1” Açıq Səhmdar Cəmiyyətinin 2016-cı il üçün illik hesabatı (emitentin idarəetmə hesabatı)

1. Emitentin tam və qısaldılmış adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) dövlət qeydiyyatının tarixi və nömrəsi: “Xətai Təmir-Tikinti-1” Açıq Səhmdar Cəmiyyəti; 05.05.2003-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. VÖEN: 2000221651. Cəmiyyətin qısaldılmış adı yoxdur.

2. Emitentin hüquqi ünvanı və olduğu yer: Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsi bina, 22.

3. Hesabat ili ərzində emitentin adında, hər-hansı hüquqi əsaslarla (digər hüquqi şəxsin bölünməsi və ya tərkibindən ayrılması şəklində yenidən təşkili, yenidən təşkil və sair) təşkilati-hüquqi formasında dəyişikliklər baş verməmişdir.

4. Emitentin hesabat dövrü ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəlikləri yoxdur.

5. Emitentin hesabat ili ərzində yaranmış və ləğv edilmiş hər hansı bir törəmə cəmiyyəti yoxdur.

6. Emitent hər hansı şirkətlər qrupunda iştirak etmir, hər hansı şirkətlər qrupunun hissəsi deyil.

7. Emitentin fəaliyyəti dayandırıldığından fəaliyyət istiqaməti yoxdur (hər hansı fəaliyyətlə məşğul olmur).

8. Emitent hər hansı lisenziyaya və ya icazəyə malik deyil.

9. Emitentin təklif etdiyi məhsullar və xidmətlər yoxdur.

10. Emitentin işçiləri yoxdur.

11. Emitentin idarəetmə orqanları haqqında məlumat:

• Emitentin Müşahidə Şurası:

-Eyvazov Azad Fərman oğlu (sədr),

-Salayeva Aynurə Şahin qızı (üzv),

-Əliyeva Gülnarə Rasim qızı (üzv).

•  Emitentin icra orqanı:

- Zeynalov Əflatun Məmməd oğlu (idarə heyətinin sədri),

-Sadıqova Ülviyyə Adil qızı (idarə heyətinin üzvü),

-Məhərrəmov Çingiz Tofiq oğlu (idarə heyətinin üzvü).

Emitentin audit komitəsi yoxdur.

12. Emitentin səhmdarlarının (payçılarının) ayrı-ayrılıqda sayı: emitentin 80 fiziki şəxsdən ibarət səhmdarı (payçıları) var. Səhmdarlar sırasında hüquqi şəxs yoxdur.

13. Emitentin nizamnamə kapitalının beş faizi və daha artıq həcmdə səsli səhmlərinə (paylara) malik olan şəxsi- fiziki şəxs Salayev Kənan Hacı oğlu – 232.591 ədəd adi, adlı səhmlər, nizamnamə kapitalının 89,3275%-i. Emitentin nizamnamə kapitalında hüquqi şəxs (şəxslər) yoxdur.

14. Nizamnamə kapitalında hüquqi şəxsə (şəxslərə) məxsus səhmlər (paylar) yoxdur.

15. Emitentin səhmdarlarının (payçılarının) hesabat dövrü ərzində 30 iyun 2016-cı ildə səhmdarların növbəti ümumi yığıncağı keçirilmişdir. Ümumi yığıncaq cəmiyyətin hüquqi ünvanı Bakı şəhəri,Yavər Əliyev küçəsi, 22 nömrəli ünvanda yerləşən inzibati binasında keçirilmişdir. Ümumi yığıncaqda aşağıdakı qərarlar qəbul edilmişdir. Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir

1. Cəmiyyətin 2015-ci il üçün illik hesabatları barədə.

2. Cəmiyyətin Müşahidə Şurası barədə.

3. Cəmiyyətin Təftiş Komissiyası barədə.

4. Cəmiyyətin 2016-2017-cü illər üçün inkişaf perspektivləri və planları barədə.

BİRİNCİ MƏSƏLƏ ÜZRƏ QƏRARA ALINDI:

“Xətai Təmir-Tikinti-1” Açıq Səhmdar Cəmiyyətinin 2015-ci il üçün illik hesabatı təsdiq edilsin. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətlərdə hesabatların aidiyyatı qurumlara təqdim edilməsi və kütləvi informasiya vasitələrində açıqlanması (dərc edilməsi) təmin edilsin, belə işlərin yerinə yetirilməsi cəmiyyətin idarə heyətinin sədrinə və ya Zərbəliyev Balağa Nadir oğluna həvalə edilsin.

İKİNCİ MƏSƏLƏ ÜZRƏ QƏRARA ALINDI:

1) Üç nəfər tərkibdə aşağıdakı şəxslər üç il müddətinə cəmiyyətin müşahidə şurasına seçilsinlər:

Eyvazov Azad Fərman oğlu.

Salayeva Aynurə Şahin qızı.

Əliyeva Gülnarə Rasim qızı.

2) Eyvazov Azad Fərman oğlu müşahidə şurasının sədri seçilsin.

3) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada və müddətlərdə “Xətai Təmir-Tikinti-1” Açıq Səhmdar Cəmiyyətinin yeni tərkibdəki müşahidə şurasının kommersiya hüquqi şəxslərin dövlət reyestrində dövlət qeydiyyatına alınması, bundan irəli gələn bütün zəruri işlərin yerinə yetirilməsi, habelə müvafiq çıxarışların alınması cəmiyyətin idarə heyətinin sədrinə və ya Zərbəliyev Balağa Nadir oğluna havələ edilsin.

ÜÇÜNCÜ MƏSƏLƏ ÜZRƏ QƏRARA ALINDI:

1) Üç nəfərdən ibarət olmaqla aşağıdakı tərkibdə üç il müddətinə cəmiyyətin təftiş komissiyası seçilsin:

Qurbanzadə Əli Böyükağa oğlu.

Əsgərzadə Günay Elman qızı.

Rüstəmova Nərgiz Camal qızı.

2) Rüstəmova Nərgiz Camal qızı cəmiyyətin təftiş komissiyasının sədri seçilsin.

3) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada və müddətlərdə “Xətai Təmir-Tikinti-1” Açıq Səhmdar Cəmiyyətinin yeni tərkibdəki təftiş komissiyasının kommersiya hüquqi şəxslərin dövlət reyestrində dövlət qeydiyyatına alınması, bundan irəli gələn bütün zəruri işlərin yerinə yetirilməsi, habelə müvafiq çıxarışların alınması cəmiyyətin idarə heyətinin sədrinə və ya Zərbəliyev Balağa Nadir oğluna havələ edilsin.

DÖRDÜNCÜ MƏSƏLƏ ÜZRƏ QƏRARA ALINDI:

Gündəliyə daxil edilmiş dördüncü məsələ üzrə bütün müzakirələr nəzərə alınsın. Cəmiyyətin mövcud maliyyə durumu nəzərə alınmaqla inkişaf məqsədləri üçün hazırda və gələcəkdə cəmiyyətin əmlakının, torpaq sahəsinin, tikililərin, binaların (və ya otaqların) icarəyə verilməsi (və ya digər qaydada səmərəli istifadəsi) müsbət qiymətləndirilsin, hesabat ili ərzində bu istiqamətdə görülmüş işlər, habelə cəmiyyətin inkişaf planları nəzərə alınsın (təsdiq edilsin). Cəmiyyətin əmlakı, torpaq sahəsi, tikililəri, binaları (və ya otaqları) ilə əlaqədar yeni icarə müqavilələrinin bağlanılması, mövcud icarə müqavilələrinin növbəti müddətə uzadılması, şərtlərinin dəyişdirilməsi, onlara xitam verilməsi, qeyd olunan əməliyyatların hüquqi nəticəsindən irəli gələn bütün qərarların qəbul edilməsi və hayata keçirilməsi cəmiyyətin idarə heyətinə həvalə edilsin.

16. Emitentin dövriyyədə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat:

16.1 İnvestisiya qiymətli kağızın növü və forması: adi, adlı səhm.

16.2 İnvestisiya qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi: AZ1001002828; 28.12.2001-ci ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınmışdır.

16.3 İnvestisiya qiymətli kağızların miqdarı: 260380; nominal dəyəri: 0,10 manat.

16.4 İnvestisiya qiymətli kağızlar buraxılışınıın məcmu nominal dəyəri: 26.038 manat.

16.5 Cəmiyyətin fəaliyyəti dayandırıldığından hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə dividendlər mövcud olmamış və dividendlər ödənilməmişdir.

16.6 Faizli istiqrazlar buraxılışı həyata keçirilməmişdir.

17. Hesabat tarixinə emitent tərəfindən xüsusi əhəmiyyətli əqdlər bağlanılmayıb.

18. Hesabat tarixinə emitent tərəfindən aidiyyatı şəxslərlə əqdlər bağlanılmayıb.

19. İllik hesabat 27 iyun 2017-ci ildə keçirilmiş səhmdarların ümumi yığıncağında təsdiq edilmişdir.

20. Hesabatın açıqlanma mənbəyi: illik hesabatın “Xalq qəzeti”ndə açıqlanması nəzərdə tutulur.

Qeyd: Əvvəlki illərdə olduğu kimi cəmiyyətin fəaliyyəti dayandırıldığından hesabat ili üzrə maliyyə hesabataları və kənar auditorun rəyi tərtib olunmur. Emitentin kreditor borcları-cəmiyyətin fəaliyyəti dayandırıldığından yoxdur. Emitentin debitor borcları-cəmiyyətin fəaliyyəti dayandırıldığından yoxdur. Cəmiyyətin fəaliyyətinin hələ ötən illərdən başlayaraq dayandırıldığı ilə əlaqədar 2016-cı ildə (hesabat ili ərzində) cəmiyyətin hər hansı fəaliyyəti mövcud olmamışdır. Cəmiyyətdə hər hansı investisiya qoyuluşları həyata keçirilməmiş, hesabat ili ərzində fəaliyyətin olmaması ilə əlaqədar hər hansı gəlir və zərər mövcud olmamışdır. Vergi ödəyicisinin fəaliyyətinin və digər vergi tutulan əməliyyatların dayandırıldığı haqqında 26.11.2014-cü il tarixli vergi orqanının arayışı illik hesabata əlavə olunur.

“Xətai Təmir-Tikinti-1”
 Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında