Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi öz əməkdaşlarının könüllü tibbi sığortası üçün

Açıq  Tender  Elan  Edir

 

Tender 1 (bir) lot üzrə keçirilir.

Lot-1. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi əməkdaşlarının könüllü tibbi sığortasının satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və zəruri texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını aşağıdakı hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M nömrəli ünvandan ala bilərlər.

İştirak haqqı: Lot–1 500 manat.

Təşkilat: Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (VÖEN: 1304673921)

Bank: “Azər-Türk bank” ASC-nin Müştəri Xidmətləri Mərkəzi

Ünvan: Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 85; 192/193

Kod: 507699

VÖEN (bank): 9900006111

SWIFT: AZRTA22

M/h: AZ02NABZ 01350100000000022944

H/h: AZ98AZRT38060019440028835001

İştirak haqqı heç bir halda qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 2 faizi həcmində (təklifin təminatı) bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatı;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariat qaydada təsdiq edilmiş surətləri);

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- iddiaçının tibbi sığorta fəaliyyəti sahəsində ən azı üç il təcrübəsinin olmasını və bu sahədə korporativ müştərilərə göstərilən xidmətlər haqqında məlumatları əks etdirən sənəd (tenderin əsas şərtlər toplusuna əlavə olunan formada);

- sığorta qanunvericiliyinə uyğun olaraq onunla əlaqəli şəxs olmayan və ya iddiaçı üzərində əhəmiyyətli nəzarəti həyata keçirməyən ən azı iki korporativ müştəri tərəfindən verilən tövsiyə məktubu;

- iddiaçıya Azərbaycan Respublikasında
sığorta fəaliyyətini həyata keçirmək hüququ verən xüsusi razılığın (lisenziyanın) və tibbi
sığorta fəaliyyətinin həyata keçirilməsinə icazənin surəti;

- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) və iş cədvəlini 21 avqust 2017-ci il saat 16.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 6 sentyabr 2017-ci il saat 17.00-dək Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə (ünvan: AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küşəsi, 1M) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri, iddiaçıların özlərinə qaytarılacaqdır və onlar tenderdə iştiraka buraxılmayacaqdır.

Təklif zərfləri 7 sentyabr 2017-ci il saat 11.00-da yuxarıda qeyd olunan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində (ünvan: AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küşəsi, 1M) açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər (iştirakı ilə bağlı müvafiq sənədi təqdim etdikdə).

Əlaqələndirici şəxs: Akif Bayramov

Telefon: 502-47-53/56/58, daxili 139.

Faks: 465-87-96, 502-47-22

E-mail: [email protected]

Ünvan: AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında