2.1.1 Emitentin tam və qısaldılmış adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), dövlət qeydiyyatının tarixi və nömrəsi;
|
Teymur Əhmədov adına “AzNar” Qapalı Səhmdar Cəmiyyəti
“AzNar” QSC
09.10.2006-cı il tarixdə
VÖEN: 600083631
|
2.1.2 Emitentin hüquqi ünvanı və olduğu yer;
|
Göyçay rayonu, Göyçay şəhəri, Natəvan küçəsi, 120.
|
2.1.3. Emitentin adında dəyişikliklər olduqda, emitentin bütün əvvəlki adları, habelə onların qeydiyyata alındığı tarixlər, emitent digər hüquqi şəxsin bölünməsi və ya tərkibindən ayrılması şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxsin adı, emitent hüquqi şəxslərin birləşməsi və ya çevrilmə şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları;
|
Hesabat ili ərzində emitentin adında dəyişikliklər baş verməmiş və yenidən təşkil olunmamışdır.
|
2.1.4. Emitentin hesabat dövrü ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəliklərinin adı, olduqları yer və qeydiyyatları haqqında məlumatlar;
|
Emitentin hesabat dövrü ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəlikləri mövcud deyil.
|
2.1.5. Emitentin hesabat dövrü ərzində yaranmış və ya ləğv edilmiş hər bir törəmə cəmiyyətinin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, qeydiyyatı haqqında məlumatlar, nizamnamə kapitalında emitentin payı, hüquqi şəxsin emitentin törəmə cəmiyyəti hesab olunması üçün əsas olan müqavilənin bağlanma tarixi və qüvvədə olma müddəti;
|
Emitentin hesabat dövrü ərzində yaranmış və ya ləğv edilmiş hər hansı bir törəmə cəmiyyəti mövcud deyil.
|
2.1.6. Emitent şirkətlər qrupunun bir hissəsi olduğu təqdirdə qrupun (emitent daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir və ya daha artıq törəmə təşkilatı olan qrupdur) adı;
|
Emitent şirkətlər qrupunun bir hissəsi deyil.
|
2.1.7. Emitentin məşğul olduğu fəaliyyət istiqamətləri;
|
Emitentin məşğul olduğu fəaliyyət istiqamətləri kommersiya, topdansatış, vasitəçilik, idxal-ixrac, xarici iqtisadi fəaliyyətdən ibarətdir.
|
2.1.8. Emitent lisenziya və ya icazəyə malik olduqda, onlar üzrə fəaliyyət növləri;
|
Emitent lisenziya və ya icazə tələb edilən fəaliyyət növü ilə məşğul deyil.
|
2.1.9. Emitentin təklif etdiyi məhsullar və xidmətlər;
|
Emitentin təklif etdiyi məhsullar və xidmətlər aşağıdakılardır:
|
|
-meyvə, giləmeyvə, tərəvəz və digər mədəni və yabanı bitki məhsulları şirələrinin istehsalı, tədarükü, emalı, saxlanılması və satışı;
|
|
-kənd təsərrüfatı, istehsal-texniki, mədəni-məişət və digər təyinatlı məhsulların, malların və əmtəələrin istehsalı, tədarükü, emalı və satışı;
|
|
-soyuducu kameraların təşkili;
|
|
-mehmanxana-turizm fəaliyyətinin təşkili;
|
|
-təzə meyvələrin saxlanılması və ixrac edilməsi;
|
|
-istehsalat prosesində əmələ gələn tullantıların emalı və onlardan başqa istehsal sahələrində xammal kimi istifadə olunan yeni məhsulların istehsalı, tədarükü və satışı.
|
2.1.10. Emitentin işçilərinin sayı və onun rüblük dinamikası;
|
Emitentin işçilərin ümumi sayı: 175 nəfər
|
|
1-ci rüb ərzində: qəbul olunub – 3 nəfər, işdən azad olunub - 1 nəfər
|
|
2-ci rüb ərzində: qəbul olunub - 18 nəfər, işdən azad olunub - 0 nəfər
|
|
3-cü rüb ərzində: qəbul olunub - 4 nəfər, işdən azad olunub - 2 nəfər
|
|
4-cü rüb ərzində: qəbul olunub - 64 nəfər , işdən azad olunub - 76 nəfər
|
2.1.11. Emitentin idarəetmə orqanları haqqında məlumat;
|
Emitentin icra orqanı–baş direktor Əhmədov Teymur Fərəc oğlu.
|
2.1.12. Emitentin fiziki və hüquqi şəxs olan səhmdarlarının (payçılarının) ayrı-ayrılıqda sayı;
|
25 fiziki şəxs, 1 hüquqi şəxs.
|
2.1.13. Emitentin nizamnamə kapitalının beş faizi və daha artıq həcmdə səsli səhmlərə (paylara) malik olan şəxslər (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı (səhmlərin hər növü üzrə ayrı-ayrılıqda göstərilir) və emitentin nizamnamə kapitalında payı;
|
Fiziki şəxs Əhmədov Fərhad Teymur oğlu - 14995292 ədəd sənədsiz, adlı, adi səhmlər (nizamnamə kapitalının 99,95323%)
Digər fiziki və hüquqi şəxslərin səhmləri (payları) beş faizdən azdır.
|
2.1.14. Emitentin nizamnamə kapitalında payı beş faizdən az olmayan hüquqi şəxslər (hüquqi şəxsin adı, olduğu yer, VÖEN-i, nizamnamə kapitalında emitentin payı);
|
Emitentin nizamnamə kapitalında hüquqi şəxsin səhmləri (payları) beş faizdən azdır.
|
2.1.15. Emitentin səhmdarlarının (payçılarının) hesabat ili ərzində keçirilmiş yığıncaqları barədə məlumat:
|
---
|
2.1.15.1. Yığıncağın keçirilmə tarixi və yeri (ünvan);
|
30.06.2017-ci il tarixdə, Göyçay şəhəri, Natəvan küçəsi, 120 nömrəli ünvanda yerləşən “AzNar” QSC-nin inzibati binasında.
|
2.1.15.2. Ümumi yığıncaqda qəbul edilmiş qərarlar;
|
Gündəlikdəki 1-ci məsələ ilə bağlı qəbul edilmiş qərar:
|
|
Teymur Əhmədov adına “AzNar” Qapalı Səhmdar Cəmiyyətinin 2016-cı il üçün illik maliyyə hesabatı təsdiq edilsin. İcra orqanına qanunla müəyyən edilmiş qaydada kütləvi informasiya vasitəsi ilə “AzNar” QSC-nin illik hesabatını və mühasibat balansını hamının tanış olması üçün dərc etdirməyi, o cümlədən müvafiq dövlət orqanlarına illik hesabatın və məlumatın verilməsi həvalə edilsin.
|
|
Gündəlikdəki 2-ci məsələ ilə bağlı qəbul edilmiş qərar:
|
|
Əhmədov Teymur Fərəc oğlu Teymur Əhmədov adına “AzNar” Qapalı Səhmdar Cəmiyyətinin icra orqanının rəhbəri (baş direktoru) vəzifəsində saxlanılsın.
|
2.1.16. Emitentin dövriyyədə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat (investisiya qiymətli kağızların hər buraxılışı ayrı-ayrılıqda göstərilir):
|
Teymur Əhmədov adına “AzNar” QSC-nin dövriyyədə olan qiymətli kağızların (səhm) buraxılışı QKDQ tərəfindən qeydiyyata alınmışdır. Dövlət qeydiyyat nömrəsi: AZ1001007280. Hesabat ili ərzində əlavə buraxılışlar aparılmamışdır.
|
2.1.16.1. İnvestisiya qiymətli kağızın növü və forması;
|
Adi, adlı, sənədsiz səhm
|
2.1.16.2. İnvestisiya qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi;
|
AZ1001007280, 10.04.2017-ci il tarixdə
|
2.1.16.3. İnvestisiya qiymətli kağızların miqdarı və nominal dəyəri;
|
Ümumi miqdarı: 15002308
|
|
Nominal dəyəri: 2.00 AZN
|
2.1.16.4. İnvestisiya qiymətli kağızlar buraxılışının məcmu nominal dəyəri;
|
Məcmu nominal dəyəri: 30004616 AZN
|
2.1.16.5. Hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat (hesabat ilində səhmlərin hər növü üzrə ödənilmiş dividendlərin məbləği göstərilir);
|
Hesabat ili ərzində dividend ödənilməmişdir.
|
2.1.16.6. Faizli istiqrazlar buraxılışı haqqında məlumatda-istiqrazlar üzrə gəlirliyin illik faiz dərəcəsi;
|
Faizli istiqrazlar buraxılışı həyata keçirilməmişdir.
|
2.1.16.7. İnvestisiya qiymətli kağızların yerləşdirildiyi və ya tədavüldə olduğu fond birjasının adı və olduğu yer (olduqda).
|
Bakı Fond Birjası; Bakı şəhəri, Bülbül prospekti, 19.
|
2.1.17. Emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdlər barədə məlumatlar:
|
|
2.1.17.1. Əqdin məbləği;
|
|
2.1.17.2. Hesabat tarixinə əqdin ödənilməmiş hissəsi.
|
2016-cı ildə emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdlər mövcud deyil.
|
2.1.18. Emitent tərəfindən aidiyyəti şəxslərlə bağlanmış xüsusi əhəmiyyətli əqdlər barədə məlumatlar:
|
|
2.1.18.1. Bağlanılmış əqdin mahiyyəti, tarixi və məbləği;
|
|
2.1.18.2. Aidiyyəti şəxs barədə məlumat və emitentlə aidiyyət əlaqəsi.
|
2016-cı ildə emitent tərəfindən aidiyyəti şəxslərlə bağlanmış xüsusi əhəmiyyətli əqdlər mövcud deyil.
|
2.1.19. İllik hesabatın təsdiq edildiyi ümumi yığıncağın tarixi;
|
İllik hesabat səhmdarların 30.06.2017-ci il tarixdə keçirilmiş ümumi yığıncağında təsdiq edilmişdir.
|
2.1.20. Hesabatın açıqlanma mənbəyi haqqında məlumat.
|
“Xalq qəzeti”
|