Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

“Sumqayıt Kimya Sənaye Parkı” MMC Sumqayıt Kimya Sənaye Parkının 167.66 hektar ərazisinin teplovoz hərəkətli dalan dəmir yolunun (daxili və xarici) tikintisi işlərinin satınalınması üçün

 

AÇIQ  TENDER  ELAN  EDİR

 

Tender 1 lot üzrə keçirilir.

“Sumqayıt Kimya Sənaye Parkı”nın 167.66 hektar ərazisinin teplovoz hərəkətli dalan dəmir yolunun (daxili və xarici) tikintisi.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Bakı şəhəri, Xocalı prospekti, 37, “Demirchi Tower” ünvanında yerləşən ofisindən yazılı müraciət etməklə əldə edə bilərlər. Əlaqələndirici şəxs – Abbas Mamedov (telefon: 012-488-80-65)

İştirak haqqı: 500 manatdır.

H/h: AZ65PAHA38090AZNHC0190006581

VÖEN: 2902478331

Bank: “PAŞA Bank” ASC

Bankın VÖEN-i: 1700767721

Bankın kodu: 505141

SWİFT: PAHAAZ22

M/h: AZ82NABZ01350100000000071944

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

• tenderdə iştirak etmək üçün yazılı müraciət;

• tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

• tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

• tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddəti bitdikdən sonra 30 bank günü);

• Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi, vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanlarından arayış; 

• iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

• iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

• tələb olunan digər zəruri sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 29 avqust 2017-ci il tarixədək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 11 sentyabr 2017-ci il saat 18.00-dək “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Bakı şəhəri, Xocalı prospekti, 37, “Demirchi Tower” ünvanında yerləşən ofisinə yazılı formada təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 12 sentyabr 2017-ci il saat 17.00-da Bakı şəhəri, Xocalı prospekti, 37, “Demirchi Tower” ünvanında yerləşən ofisində, iclas zalında açılacaqdır.

Zərflərin açılışında iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında