H E S A B A T
Məzmun
|
Məbləğ
|
Bölmə
(maddələrin adı)
|
Məbləğ
|
Aktivlər
|
|
Kapital və Öhdəliklər
|
|
Torpaq, tikili və avadanlıqlar
|
2981473
|
Ödənilmiş nominal (nizamnamə) kapital
|
1188318
|
Uzunmüddətli debitor borclar
|
1132958
|
Uzunmüddətli kreditor borclar;
|
3646864
|
Ehtiyatlar
|
1370915
|
Sair uzunmüddətli öhdəliklər
|
1221076
|
Pul vəsaitləri
|
570912
|
|
|
Cəmi aktivlər:
|
6056258
|
Cəmi kapital və öhdəlik
|
6056258
|
Əsas əməliyyat gəlirləri
|
3129872
|
|
|
Satışın maya dəyəri üzrə xərcləri
|
3110118
|
|
|
Ümumi mənfəət (zərər)
|
+19754
|
|
|
Mənfəət vergisi 20%
|
3951
|
|
|
Hesabat dövründə xalis mənfəət (zərər)
|
+19754
|
|
|
Qeyri -nəzarət payları üzrə xalis mənfəət (zərər)
|
+15803
|
|
|
Cəmiyyətin əsas sahiblərinin mənfəəti (zərəri)
|
+15543
|
|
|
Digər məcmu gəlir
|
+260
|
|
|
“Salyan Plastik Kütlə Emalı” ASC-yə
1. Mən, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilən, 28 dekabr 2016-cı il tarixli 074 saylı İCAZƏ əsasında fəaliyyət göstərən sərbəst auditor Şərif Miri oğlu Bəşirov “Salyan PKE” ASC ilə baglanmış 14 mart 2017-ci il tarixli 074/16 saylı müqaviləyə əsasən, cəmiyyətin 31 dekabr 2016-cı il tarixə təqdim edilən balans hesabatı və həmin tarixdə tamamlanan il üzrə mənfəət və zərər hesabatı, kapitalda dəyişikliklər hesabatı və pul vəsaitlərinin hərəkəti hesabatından, eləcə də əsas uçot prinsiplərinin xülasəsindən və digər izahedici qeydlərdən ibarət olan maliyyə hesabatlarının audit yoxlamasını apardım.
Auditə 14.03.2017-ci il tarixdə başlanıldı və audit 16.03.2017-ci il tarixdə başa çatdı.
Maliyyə hesabatlarının hazırlanması üzrə rəhbərliyin məsuliyyəti
2. Hazırkı Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə görə rəhbərlik məsuliyyət daşıyır. Bu məsuliyyətə aşağıdakılar daxildir: fırıldaqçılıq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarət sisteminin yaradılması, tətbiq edilməsi, davam etdirilməsi, müvafiq uçot siyasətinin seçilməsi, tətbiq edilməsi və şəraitdən asılı olaraq məqbul uçot təxminlərinin irəli sürülməsi.
Auditorun məsuliyyəti
3. Mənim məsuliyyətim apardığım audit yoxlamasına əsasən, maliyyə hesabatlarına dair rəy hazırlamaqdır. Mən auditi Beynəlxalq Audit Standartlarına uyğun aparmışam. Bu standartların tələblərinə görə, mən etik normalara əməl etməli və auditi elə şəkildə planlaşdırmalı və aparmalıyam ki, maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin mövcud olmamasına kifayət qədər inanaq.
4. Audit yoxlamasına maliyyə hesabatlarındakı məbləğlər və açıqlamalara dair auditor sübutu əldə etmək üçün prosedurların yerinə yetirilməsi daxildir. Seçilmiş prosedurlar auditorun mülahizələrindən, eləcə də fırıldaqçılıq və ya səhvlər nəticəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor cəmiyyətin daxili nəzarət sisteminin səmərəliliyinə dair rəy bildirmək üçün deyil, şəraitə görə müvafiq audit prosedurlarının işlənib hazırlanması məqsədilə ASC tərəfindən maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarət sistemini nəzərdən keçirir. Bundan əlavə, audit yoxlamasına mövcud uçot siyasətinin uyğunluğunun və rəhbərliyin uçot təxminlərinin əsaslandırılmasının qiymətləndirilməsi, eləcə də maliyyə hesabatlarının ümumi təqdimatının dəyərləndirilməsi daxildir.
Məncə əldə etdiyim auditor sübutları “Salyan Plastik Kütlə Emalı” ASC-nin 2016-cı ilin maliyyə hesabatlarına rəyimi bildirmək üçün kifayət qədər əsas verir.
R ə y
Mənim fikrimcə, təqdim edilən maliyyə hesabatı bütün əhəmiyyətli aspektlər baxımından 31.12.2016-cı il tarixə cəmiyyətin maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələri və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə düzgün əks etdirir.
Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü,
Sərbəst auditor : Ş.M.Bəşirov
Salyan şəhəri,
16 mart 2017-ci il.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.