Açıq Tender Elan Edir
1. Azərbaycan Respublikasının Mərkəzi Bankı əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortasından ibarət birləşdirilmiş sığorta xidmətləri üzrə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq açıq tender keçirir.
Tender proseduru 21 avqust 2017-ci il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcəkdir.
2. İddiaçı qismində Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada sığorta fəaliyyətinə lisenziyası olan (və həmin lisenziyasının 1 noyabr 2017-ci il tarixdən ən azı 12 (on iki) ay ərzində qüvvədə olması şərti ilə), yuxarıda göstərilən müvafiq sığorta növlərinin aparılması üçün rəsmi razılıq almış, müvafiq icbari sığorta növləri üzrə icbari sığorta bürosunun iştirakçısı sığortaçılarının reyestrinə daxil edilmiş sığorta şirkəti çıxış edə bilər.
İddiaçının kapitalı Azərbaycan Respublikası Maliyyə Nazirliyi kollegiyasının 24 yanvar 2014-cü il tarixli Q-5 nömrəli Qərarına uyğun sığortaçılar üçün tələb olunan 5 000 000 (beş milyon) manatdan az olmamalıdır.
3. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
– tenderdə iştirak üçün ərizə;
– iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış) notariat qaydasında təsdiq edilmiş surətləri;
– iddiaçıya Azərbaycan Respublikasında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş xüsusi razılığın (lisenziyanın) və əmlakın, o cümlədən nağd pulun yanğından və digər risklərdən sığortalanmasına, habelə avtonəqliyyat vasitələrinin (CASCO) könüllü və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair verilmiş razılığın surəti;
– təkrarsığorta xarici təkrarsığorta şirkəti tərəfindən həyata keçirildikdə xarici təkrarsığorta şirkətinin Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq reyestrinə daxil edilməsi barədə məlumat (təkrarsığorta xarici sığorta brokeri vasitəsilə həyata keçirildikdə də təqdim edilməlidir);
– əsas şərtlər toplusunda müəyyən edilmiş reytinqə malik olan təkrarsığortaçılar tərəfindən riskin qəbul edilməsini təsdiq edən məlumat;
– tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
– tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;
– Azərbaycan dilində iki nüsxə (əsli və surəti) tender təklifi (tender təklifi 4 oktyabr 2017-ci il tarixədək qüvvədə olmalıdır);
– tender təklifinin qiymətinin 1 (bir) faiz məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən bank təminatı formasında);
– son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
– vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi üzrə vaxtı keçmiş öhdəliklərinin olmaması barədə dövlət orqanından arayış;
– tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat.
4. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 18 avqust 2017-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərflərdə, digər tələb olunan sənədləri isə ən geci 9 avqust 2017-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərflərdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 nömrəli ünvanda yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaqdır.
5. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 300 (üç yüz) manat məbləğdə vəsait köçürməlidirlər:
Azərbaycan Respublikasının Mərkəzi Bankı
Kod: 501004, VÖEN: 9900071001
H/h: AZ25NABZ01701190000000001944
M/h: AZ74NABZ01451700000000001944
S.W.I.F.T. BİK NABZAZ2C
Mərkəzi Bankın ödəniş sistemləri və hesablaşmalar departamenti.
6. Xidmətin göstərilməsinə 1 noyabr 2017-ci ildən başlanılır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmət göstərilməsinə 25 yanvar 2018-ci ildən başlanılır.
7. Xidmətin göstərilməsi müddəti: 12 (on iki) ay.
8. Təkliflər aşağıdakı amillər əsasında qiymətləndiriləcəkdir: qiymət, təklif olunan xidmətlər toplusu üzrə sığorta şərtləri, franşiza (azadolma) məbləği, təkrarsığortaçıların reytinqi.
9. Tenderdə iştirak etmək istəyən sığorta şirkətləri iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər. Tender üzrə əlaqələndirici şəxslər:
Elvin Şirdanov (hüquq departamentinin əməkdaşı), telefon: 493-11-22 (dax.tel: 428), elektron poçt ünvanı: elvin [email protected]
Ceyhun Səməndov (inzibati departamentin əməkdaşı), telefon: 493-11-22 (dax.tel: 599), elektron poçt ünvanı: ceyhun [email protected].
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.