AÇIQ TENDER ELAN EDİR
Tender 4 (dörd) lot üzrə keçirilir.
Lot - 1. Dəftərxana mallarının satınalınması.
Lot - 2. Təsərrüfat mallarının satınalınması.
Lot – 3. Mətbəə xərclərinin satınalınması.
Lot – 4. İstehsalatda istifadə olunmayan qeyri - maddi aktivlər.
Lot – 5. Əmək haqqı proqramının təminatı.
Lot – 6. Yuyucu vasitələrinin satınalınması.
Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Malların təchizatı cədvəli hər ay müəyyən edilmiş və 30 dekabr 2017-ci il tarixə kimi nəzərdə tutulmuşdur.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
Tenderlə əlaqədar məlumat almaq istəyənlər əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs: Xanlar Hüseynov, telefon: 012 495-38-28.
Ünvan: Bakı, M. Mirqasımov küçəsi,1A, Bakı Şəhər Baş Səhiyyə İdarəsi.
Maraqlananlar lotlar üzrə əsas şərtlər toplusunu aşağıdakı məbləğdə işitrak haqqı ödədikdən sonra yuxarıda göstərilmiş ünvandan ala bilərlər.
İştirak haqqı lot – 1, lot – 2, lot – 3, hər biri 150 manat,
lot – 4, 70 manat, lot – 5, 30 manat və lot – 6, 50 manatdır.
İştirakçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.
ADI: MNDXA-nın 8 saylı Xəzinədarlıq İdarəsi
KOD: 210005
VÖEN: 1401555071
M/h: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T BİK: CTREAZ22
Hesab: AZ54CTRE00000000000002128202
Kitab: 002736 Fond 7
VÖEN: 1400125591
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İştirakçılar tenderdə iştirak etmək üçün 4 avqust 2017-ci il saat 18.00-a qədər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifinin təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifləri dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- iddiaçının son bir illik maliyyə vəziyyəti barədə bank arayışı;
- iddiaçının hüquqi statusunu təsdiq edən sənədlər: rekvizitləri, qeydiyyat şəhadətnaməsinin, nizamnamənin və lisenziyanın surəti;
- iddiaçının potensial imkanlarının olması haqqında texniki məlumat;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin olub – olmaması haqqında arayış.
İddiaçıların tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır.
Tender təklifləri 2 nüsxədə (əsli və surəti) tender təklifi dəyərinin 1,0 faizi həcmində bank təminatı ilə birlikdə 15 avqust 2017-ci il saat 18.00-a qədər ikiqat zərflərdə bağlanmış və möhürlənmiş şəkildə M.Mirqasımov küçəsi 1A nömrəli ünvanda yerləşən Bakı Şəhər Baş Səhiyyə İdarəsinə təqdim olunmalıdır.
Tender təklifi tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim olunur. Bank təminatını tender təklifi zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirilməyə buraxılmır.
İddiaçıların təklif zərfləri Bakı şəhəri, M.Mirqasımov küçəsi, 1A nömrəli ünvanda yerləşən Bakı Şəhər Baş Səhiyyə İdarəsinin mərkəzi mühasibatlığında 16 avqust 2017-ci il saat 10.00-da açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.