Xətai Rayon İcra Hakimiyyəti Mənzil fondunun əsaslı təmiri məqsədilə

AÇIQ  TENDER  ELAN  EDİR

 

Tender 1 (bir) Lot üzrə keçirilir.

Lot - 1. Mənzil Fondunun əsaslı təmirinin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı şəkildə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti, illik dövriyyəsi ən azı (on beş milyon) o cümlədən maddi-texniki bazası olan müəssisələrin meyarları yüksək qiymətləndiriləcək.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıda göstərilən məbləğdə iştirak haqqını Xətai Rayon İcra Hakimiyyətinin hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər:

İştirak haqqı 100 manatdır.

Dövlət Xəzinədarlıq Agentliyi

Kod: 210005

VÖEN: 1401555071

M/h: AZ41NABZ01360100000000003944

S.W.I.F.T.   CTREAZ22

Təşkilat: Xətai Rayon İcra Hakimiyyəti

H/h: AZ28CTRE00000000000002517931

VÖEN: 2000267961

Ünvan: Bakı şəhəri, Xətai rayonu, Xocalı
prospekti, 41.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı taixdən sonra 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra 60 bank günü qüvvədə olmaqla);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayışlar (arayışların əslləri və tarixləri tender elanından sonra olmalıdır);

- iddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti;

- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- görülmüş işlər üzrə mənşə və uyğunluq sertifikatları;

- iş qrafiki.

Tender iştirakçılarından tələb olunan sənədlər 15 avqust 2017-ci il saat 17.00-a qədər bir nüsxədə, tender təklifi və bank zəmanətini isə 22 avqust 2017-ci il saat 17.00-a qədər ikiqat zərflərdə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) Xətai Rayon İcra Hakimiyyətində yerləşən tender komissiyasının otağında əlaqələndirici şəxsə təqdim edilməlidir.

Göstərilən müddətdən gec təqdim olunmuş tender təklifləri və sənədlər qəbul olunmayacaqdır.

Tender zərflərinin açılışı proseduru 23 avqust 2017-ci il saat 11.00-da Xətai Rayon İcra Hakimiyyətində (Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 41) keçiriləcəkdir.

İclasda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

İddiaçılar əlavə məlumatı aşağıdakı ünvandan ala bilərlər:

Əlaqələndirici: Emin Məmmədzadə
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 41.

Telefon: 490-05-94.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında