“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti 100000 (yüz min) ton “TS-1” markalı reaktiv aviayanacağın (DÜİST 10227-2013) satınalınması üçün 1 lotdan ibarət

Açıq Tender Elan Edir

 

Lot-1. 100000 (yüz min) ton “TS-1” markalı reaktiv aviayanacağın (DÜİST 10227-2013)  satınalınması (dəmir yolu nəqliyyatı ilə).

Malgöndərənlərə təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yuxarıda göstərilən lot üzrə tender təkliflərini yazılı surətdə, möhürlənmiş, imzalanmış ikiqat zərflərdə Azərbaycan və ya rus dilində təqdim etsinlər.

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- sərfəli qiymət;

- yüksək keyfiyyət;

- müqavilənin vaxtında yerinə yetirilməsi;

- analoji işlərdə təcrübə.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Lot üzrə satınalınan malların mərhələlərlə sifarişə əsasən Heydər Əliyev Beynəlxalq Aeroportuna çatdırılması tələb olunur və ödəniş 2017-ci ilin sonuna qədər faktiki çatdırılmış reaktiv aviayanacağın həcminə əsasən həyata keçiriləcək.

Tenderlə əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxsə müraciət edə bilərlər:

Əlaqələndirici şəxs: Viktor Kozırev

Telefon: (+99412) 497-26-00, əlavə: 29-46; 497-28-27; 437-49-36

Ünvan: Bakı şəhəri, AZ 1044, Binə qəsəbəsi, Heydər Əliyev Beynəlxalq Aeroportu

Potensial imkanı olan iddiaçılar lot üzrə əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını köçürdükdən sonra yuxarıda göstərilmiş ünvandan ala bilərlər:

İştirak haqqı – 5000 (beş min) manatdır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

“Azərbaycan Hava Yolları” QSC

Bakı şəhəri, AZ 1044, Binə qəsəbəsi, Heydər Əliyev Beynəlxalq Aeroportu

VÖEN: 9900000831

“Bank Silk Vey” ASC

M/h: AZ70NABZ 01350100000000020944

Bankın kodu: 507473, VÖEN: 9900006241

SWIFT BIK: AZAL AZ 22

H/H:  AZ15AZAL38050001000000000000;

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- iddiaçının oxşar işlərinin aparılması üzrə təcrübəsi haqqında arayış (son 3 ildə azı 2-3 ədəd müvəffəqiyyətlə icra olunmuş işlər olmalıdır), təşkilatların siyahısı, ünvanları və icra olunmuş işlərin məbləğini göstərməklə;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı və hüququ statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN və s.) notarial qaydada təsdiq edilmiş surətləri, həmçinin rekvizitləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd; 

- tender təklifinin qüvvədə olma müddəti (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifinin təminatı  - ümumilikdə təklifin 2%-i (iki faizi) həcmində bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifinin qiymətləri, bütöv sifariş üzrə.

İddiaçılar tender təklifini və tender təklifinin bank təminatını tələb olunan sənədlərlə birlikdə 18 avqust 2017-ci il saat 18:00-a qədər yazılı surətdə, möhürlənmiş, imzalanmış ikiqat zərflərdə Azərbaycan Respublikası, Bakı şəhəri, AZ 1044, Binə qəsəbəsi, Heydər Əliyev Beynəlxalq Aeroportuna təqdim etməlidirlər.

Zərflərin açılması tarixi və yeri: 21 avqust 2017-ci il, saat 11:00, Azərbaycan Respublikası, Bakı şəhəri, AZ 1044, Binə qəsəbəsi, Heydər Əliyev Beynəlxalq Aeroportu.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçının səlahiyyətli nümayəndəsi zərflərin açılması prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında