manatla
AKTİVLƏR
|
31 dekabr 2016-cı il
|
31 dekabr 2015-ci il
|
Uzunmüddətli aktivlər
|
|
|
Torpaq, tikili və avadanlıqlar
|
170 264
|
204 440
|
- Əsas vəsaitlər
|
170 264
|
204 440
|
|
170 264
|
204 440
|
Qısamüddətli aktivlər
|
|
|
Ehtiyatlar
|
315 145
|
251 688
|
- Material ehtiyatları
|
174 003
|
110 383
|
- Bitməmiş istehsalat məsrəfləri
|
40 571
|
40 734
|
- Hazır məhsul
|
3 296
|
3 296
|
- Digər ehtiyatlar
|
97 275
|
97 275
|
Qısamüddətli debitor borcları
|
183 166
|
3 434 467
|
- Alıcılar və sifarişçilərin qısamüddətli borcları
|
160 152
|
2 909 678
|
- Digər qisamüddətli borclar
|
23 014
|
524 789
|
Pul vəsaitləri və onların ekvivalentləri
|
2 299
|
1 308
|
- Kassa
|
-
|
-
|
- Bank hesablaşma hesabları
|
2 259
|
1 268
|
- Digər tələbli bank hesabları
|
40
|
40
|
Sair qısamüddətli aktivlər:
|
776 062
|
776 377
|
Əvəzləşdiriləcək ƏDV
|
738
|
1 053
|
Gələcək dövrün xərcləri
|
775 324
|
775 324
|
|
1 276 672
|
4 463 840
|
CƏMİ AKTİVLƏR
|
1 446 936
|
4 668 280
|
KAPİTAL
|
|
|
Ödənilmiş nominal (nizamnamə) kapital
|
291 880
|
291 880
|
Kapital ehtiyatları
|
723 125
|
723 125
|
Bölüşdürülməmiş mənfəət (zərər)
|
(1 557 457)
|
(946 974)
|
CƏMİ KAPİTAL
|
(542 452)
|
68 031
|
ÖHDƏLİKLƏR
|
|
|
Uzunmüddətli öhdəliklər
|
|
|
Faiz xərcləri yaradan uzunmüddətli öhdəliklər
|
|
|
Qısamüddətli öhdəliklər
|
|
|
Qısamüddətli kreditor borcları
|
1 989 388
|
4 600 249
|
- Malsatan və podratçılara qısamüddətli borclar
|
23 339
|
23 719
|
- İşçi heyətinə qısamüddətli borclar
|
3 845
|
14 353
|
- Təsisçilərə qısamüddətli borclar
|
1 948 985
|
4 560 697
|
- Digər qısamüddətli borclar
|
13 219
|
1 480
|
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər
|
-
|
-
|
- Vergi öhdəlikləri
|
-
|
-
|
- Sosial sığorta və təminat üzrə öhdəliklər
|
-
|
-
|
|
1 989 388
|
4 600 249
|
CƏMİ ÖHDƏLİKLƏR
|
1 989 388
|
4 600 249
|
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR
|
1 446 936
|
4 668 280
|
MƏCMU GƏLİRLƏR HAQQINDA HESABAT
|
Əsas əməliyyat gəliri
|
570 943
|
9 104 652
|
Satışın maya dəyəri
|
(520 923)
|
(9 089 909)
|
Ümumi mənfəət (zərər)
|
50 020
|
14 743
|
Sair əməliyyat gəlirləri
|
16 000
|
-
|
İnzibati xərclər
|
(7 325)
|
(7 449)
|
Əməliyyat mənfəəti (zərəri)
|
58 695
|
7 294
|
Fövqəladə gəlirlər
|
-
|
-
|
Fövqəladə xərclər
|
(657 439)
|
(189 182)
|
Vergitutmadan əvvəl mənfəət (zərər)
|
(598 744)
|
(181 888)
|
Mənfəət vergisi
|
(11 739)
|
(1 459)
|
Hesabat dövründə xalis mənfəət (zərər)
|
(610 483)
|
(183 347)
|
Mənfəətdə iştirak payı:
|
|
|
Səhmdarların payı
|
-
|
-
|
Səhmdarların payına düşən bir səhmin mənfəəti:
|
|
|
Bir səhmin əsas mənfəəti
|
-
|
-
|
MÜSTƏQİL AUDİTORUN HESABATI
“Neftmaştəmir” ASC-nin səhmdarlarına
Rəy
Biz “Neftmaştəmir” ASC-nin (bundan sonra şirkət) 31 dekabr 2016-cı il tarixə maliyyə vəziyyətinə dair hesabatından, məcmu gəlirlərə dair hesabatından, kapitalda dəyişikliklər hesabatından və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti hesabatından ibarət maliyyə hesabatlarının auditini aparmışıq.
Bizcə, əlavə edilmiş maliyyə hesabatları şirkətin 31 dekabr 2016-cı il tarixə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.
Rəy üçün əsaslar
Biz auditi Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Biz Azərbaycan Respublikasındakı maliyyə hesabatlarının auditinə aid etik normaların tələblərinə uyğun olaraq şirkətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.
Maliyyə hesabatlarına görə rəhbərliyin və şirkətin idarə edilməsinə məsul şəxslərin məsuliyyəti
Rəhbərlik maliyyə hesabatlarının Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq hazırlanmasına, düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.
Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik şirkəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik şirkətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunda fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.
İdarəetməyə məsul şəxslər şirkətin maliyyə hesabatlarının təqdimatı prosesinə nəzarətə görə məsuliyyət daşıyır.
Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti
Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimizin də daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o BAS-lara uyğun aparılmış auditin əhəmiyyətli təhrifləri hər bir halda aşkar edəcəyinə zəmanət vermir. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda, yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmək ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.
“ANR Audit” MMC-nin direktor-auditoru
Namiq Abbaslı
Bakı şəhəri, Azərbaycan Respublikası
8 may 2017-ci il
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.