İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti

AÇIQ  TENDER  ELAN  EDİR

 

Tender 1 lot üzrə keçiriləcəkdir.

Lot-1: Mətbəə məhsullarının hazırlanması və çapı işlərinin satınalınması.

Tender iştirakçıları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yuxarıda göstərilən lot üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış və ikiqat bağlamada yazılı surətdə təqdim etməlidirlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-          aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, iddiaçının bu sahədə səriştəsi, maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Görüləcək işlər satınalma müqaviləsinin qüvvəyə mindiyi gündən 12 iş günü ərzində icra edilməli və hazır məhsul satınalan təşkilata Bakı şəhəri, H.Zərdabi prospekti 88A nömrəli ünvanda təhvil verilməlidir.

Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs: Xəlilli Elçin Hüseyn oğlu, tel/faks: 4977966.

Ünvan: AZ 1011, Bakı şəhəri, H.Zərdabi prospekti 88A.

Maraqlananlar Azərbaycan dilində tərtib edilmiş əsas şərtlər toplusunu lot-1 üçün 250 manat məbləğdə iştirak haqqını ödədikdən sonra yuxarıda göstərilən ünvandan ala bilərlər.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba ödəməlidirlər:

Təşkilatın adı: İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti

VÖEN: 1302126941

Bank rekvizitləri: Dövlət Xəzinədarlıq Agentliyi

H/h: AZ80CTRE00000000000002788401

VÖEN: 1401555071

Kod: 210005

M/h: AZ41NABZ01360100000000003944

S.W.İ.F.T. CTREAZ22

Büdcə səviyyəsinin kodu: 7

Büdcə təsnifatının kodu: 142340

Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır. Tenderdə iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının tam adını, hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra azı 40 bank günü güvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra azı 70 bank günü güvvədə olmalıdır);

- iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış.

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 25 iyul 2017-ci il saat 18.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş və ikiqat zərflərdə 2 avqust 2017-ci il saat 18.00-dək İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təkliflər 3 avqust 2017-ci il saat 16.00-da Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində (ünvan: AZ 1011, Bakı şəhəri, H.Zərdabi prospekti 88A.) açılacaqdır.

Təklif zərflərinin açılışında iddiaçıların səlahiyyətli nümayəndələri də iştirak edə bilərlər.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında