Bərdə Subartezian Quyularının İstismarı İdarəsi 2017- ci ildə cari təmir işlərinin yerinə yetirilməsi məqsədilə mal- materialların satınalınması üçün

AÇIQ  TENDER  ELAN  EDİR

 

Tender 1 lot üzrə keçirilir.

Lot- 1. Cari təmir işlərində lazım olan mal- materialların satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üçün 50 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bərdə rayonu, Mirzalıbəyli  kəndində yerləşən Bərdə Subartezian Quyularının İstismarı İdarəsindən (əlaqələndirici şəxs: S.Qasımovdan, telefon: 02020- 5- 23- 63)  ala bilərlər.

Təşkilat: Bərdə YXO, Bərdə SQİİ

Hesab: AZ 53 CTRE 00000000000002355103

VÖEN: 4000183681 (Bərdə SQİİ  4000189521)

Bank:”Kapital Bank”ın  Bərdə filialı

Kod: 200372

VÖEN: 9900003611

Müxbir hesab: AZ 37 NABZ 01350100000000001944

S.W.İ.F.T.BİK- AIIBAZ2x

 İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri  təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbarı ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

- iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 13 iyul 2017- ci il saat 18.00- a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərflərdə 21 iyul 2017- ci il saat 18.00- a qədər Bərdə  Subartezian Quyularının İstismarı İdarəsinə təqdim etməlidirlər.    

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 24 iyul  2017- ci il saat 11.00- da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında