“Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti Masallı rayonunda Masallı Sənaye Zonasının yaradılması ilə bağlı tikinti işlərinin satınalınması məqsədilə

Açıq  Tender  Elan  Edir

 

 Tender 1 lot üzrə keçirilir.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, satınalma müqaviləsinin yerinə yetirilməsi müddəti, kadr imkanları və təminat müddəti. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” 20-ci mərtəbəsində yerləşən ofisindən ala bilərlər (əlaqələndirici şəxs: Kamran Musayev, əlaqə telefonu: 488-80-10, faks: 488-80-12, elektron poçt ünvanı: [email protected]).

İştirak haqqı: 500 (beş yüz) manatdır.

H/H: AZ54PAHA38090AZNHC0190002317

Bankın adı: “Paşa Bank”ASC

Bankın VÖEN-i: 1700767721

Bankın kodu: 505141

M/H: AZ82NABZ01350100000000071944

SWIFT: PAHAAZ22

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçı statusu almaq və tenderdə iştirak etmək istəyənlər aşağıdakı sənədləri (rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;

- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

- iddiaçının tam adını, hüquqi statusunu əks etdirən hüquqi sənədlərin notarial qaydada təsdiq edilmiş surətləri (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanlarından arayışlar;

- iddiaçının son 1 (bir) il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- xarici şirkətlər iştirak etdikdə onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənəd;

- tikinti işlərinin görülməsi üçün lisenziyanın notarial qaydada təsdiq edilmiş surəti;

- tender təklifi qiymətinin 1 (bir) %-i həcmində bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).

- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə qalır);

-iddiaçının ixtisas göstəricilərinə dair məlumatlar (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb edilən sənədlərdə və formalarda təqdim olunmalıdır).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 29 iyun 2017-ci il saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərflərdə 10 iyul 2017-ci il saat 17.00-dək “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə (ünvan: Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” 20-ci mərtəbə) təqdim etməlidirlər.

Yuxarıda qeyd olunan sənədlərin göndərilməsi qaydası:

- tender təklifi bir zərfdə (iki nüsxədə: əsli və surəti), digər sənədlər isə digər (ikinci) zərfdə göndərilməlidir. Hər bir zərfdə hansı sənədin olduğu üzərində qeyd olunmalıdır (tender təklifi və ya digər sənədlər);

- tender təklifinin təminatı (bank zəmanəti) tender təklifi zərfində təqdim olunmalıdır.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklif zərfləri 11 iyul 2017-ci il saat 10.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.

  Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında