Azərbaycan Mühəndislik Akademiyası (AMA) həqiqi (4 yer) və müxbir üzvlərin (6 yer) seçilməsi üçün boş yerlərə müsabiqə elan edir

Müsabiqə aşağıdakı istiqamətlər üzrə aparılır:

Aviakosmos;

Su təsərrüfatı və hidrotexnika;

Hərbi – texniki problemlər;

Mühəndis mexanikası;

Mühəndisliyin regional siyasəti;

Mühəndis ekologiyası və ehtiyat toplama;

Faydalı qazıntıların geologiyası, çıxarılması və emalı;

Dəmir yolu nəqliyyatı;

İnformasiya sistemləri, hesablama və elektron texnikası, rabitə və telekommunikasiya;

Maşınqayırma, materialşünaslıq və texnologiya;

Neft – qaz avadanlıqları və texnologiya;

Mühəndis təhsilinin problemləri;

İdarəetmə problemləri, diaqnostika və cihazqayırma;

İnşaat mühəndisliyi;

Gəmiqayırma;

Yüngül sənayenin texnologiyası;

Yeyinti sənayesinin texnologiyası;

Kimya texnologiyası;

Energetika;

Yerüstü komplekslər, buraxılış avadanlıqları, uçan aparatların və onların sistemlərinin istismarı;

Naviqasiya və havada hərəkətin idarə edilməsi;

Mühəndislik fəaliyyətinin iqtisadiyyatı, hüququ və idarə olunması.

Azərbaycan Mühəndislik Akademiyasının həqiqi və müxbir üzvlüyünə namizədlərin irəli sürülməsi hüququ, Beynəlxalq və Azərbaycan Mühəndislik akademiyalarının həqiqi üzvlərinə (akademiklərə) və eləcə də ali təhsil müəssisələrinə, elmi – texniki mərkəzlərə, elmi – tədqiqat və layihə institutlarına verilir.

Namizədlər irəli sürülərkən aşağıdakı sənədlər təqdim olunmalıdır:

Ərizə - 1 nüsxə;

Namizəd irəli sürən təşkilatın və ya AMA – nın həqiqi üzvünün təqdimatı – 1 nüsxə;

Kadrların uçotu üzrə şəxsi vərəqə – 1 nüsxə;

Tərcümeyi hal – 1 nüsxə;

Ali təhsil, elmi ad və dərəcə haqqında diplom və attestatın surəti – 1 nüsxə;

Yaradıcılıq fəaliyyəti haqqında arayış – 1 nüsxə;

Elmi əsərlərin siyahısı – 1 nüsxə;

3×4 ölçüdə fotoşəkil – 2 nüsxə;

1 saylı forma ( elektron baza məlumatı) – 1 nüsxə.

Sənədlər AMA – nın müsabiqə komissiyasına elanın dərcindən bir ay müddətinə təqdim oluna bilər.

Ünvan: Azərbaycan Respublikası, AZ 1045, Mərdəkan şossesi 25 – ci km., MAA, Azərbaycan Mühəndislik
Akademiyası.

Tel/Faks: (+99412) 556–50–54 və ya (+99412) 598–24–52, Baş elmi katibə müraciət etmək olar.

Müsabiqəyə təqdim olunmuş sənədlər 3 ay saxlanılır.Bu müddətdən sonra müsabiqə komissiyası sənədlərin saxlanılmasına məsuliyyət daşımır.

Azərbaycan Mühəndislik Akademiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında