“Azərsu” ASC Respublikanın 11 rayonunun 103 kəndində su təchizatı sisteminin qurulması işlərinin satınalınması məqsədilə

AÇIQ  TENDER  ELAN  EDİR

 

Tender iştirakçıları öz təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər. Həmin təkliflərin qiymətləndirilməsində aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin yerinə yetirilməsi, podratçının aidiyyətı xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu meyarlarına üstünlük veriləcək. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə imkanlarına və texniki göstəricilərə malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 500 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Moskva prospekti 67 nömrəli ünvandakı “Azərsu” ASC-nin Satınalmaların Təşkili və İdarə Olunması Departamentdən (əlaqələndirici şəxs: Tağıyev İlqar Rauf oğlu, Telefon: + 99 412 -431-47-67/87(dax:1033):[email protected], [email protected]) ala bilərlər.

Təşkilat: “Azərsu” ASC

VÖEN: 9900001751

Bank:“Kapital Bank”ASC-nin 1 saylı Nəsimi filialı

Kod: 200112

VÖEN: 9900003611

Müxbir hesab: AZ 37 NABZ 0135010000000001944

S.W. İ. F. T. BIK: AİİBAZ2X

H/h: AZ 65 AİİB 33070019441100216111

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Ödəniş sənədində məqsədli maliyyələşdirmə olması göstərilməlidir.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra 60 bank günü ərzində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra 90 bank günü ərzində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanının arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti;

- iddiaçının son 3 ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, nizamnaməsi (hüquqi şəxslər üçün), qeydiyyatdan keçdiyi rekvizitləri;

-Azərbaycan Respublikası dövlət standartlarına uyğun olaraq, oxşar tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üzrə verilmiş xüsusi razılıq (lisenziya) və onun əsasında həyata keçirilməsinə icazə verilən işlərin siyahısı.  

Sənədlər Azərbaycan dilində, 3 nüsxədə (1 əsli və 2 surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 23 iyun 2017-ci il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 6 iyul 2017-ci il saat 18.00-a qədər Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda yerləşən “Azərsu” ASC-nin Satınalmaların Təşkili və İdarə Olunması Departamentinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İştirakçıların təklifləri Bakı şəhəri, Moskva prospekti 67 nömrəli  ünvandakı “Azərsu” ASC-də 7 iyul 2017-ci il saat 15.30-da açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında