Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” MMC 2017-ci ildə kompüter və digər avadanlıqların satınalınması ilə əlaqədar

AÇIQ  TENDER  ELAN   EDİR

 

Tender 1 (bir) lot üzrə keçirilir.

Lot-1.  Kompüter və digər avadanlıqların satınalınması.

Avadanlıqların alınma müddəti –2017-ci il ərzində.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 150 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, 31 nömrəli ünvanda yerləşən Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” MMC-dən (əlaqələndirici şəxs: Xəlilov Vüqar İlqar oğlundan, telefon: 596-05-20)  ala bilərlər.

TƏŞKİLAT:  “ANALİTİK EKSPERTİZA MƏRKƏZİ” MMC

H/H:   AZ95IBAZ38090019449693913207

VÖEN: 1300805451

BANK: AZƏRBAYCAN BEYNƏLXALQ BANKI NƏSİMİ FİLİALI

KOD: 805614

VÖEN: 9900001881

M/H: AZ03NABZ01350100000000002944

S.W.İ.F.T: BİK İBAZAZ 2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə  iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 19 iyun 2017-ci il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 4 iyul  2017-ci il saat 18.00-a qədər Bakı şəhəri, Yasamal rayonu,  Fuad İbrahimbəyov küçəsi, 31 nömrəli  ünvanda  yerləşən  Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” MMC-yə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri  5 iyul 2017-ci il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında