AÇIQ TENDER ELAN EDİR
Tarix: 25/04/2017
Borcun nömrəsi və adı: L3116-AZE – Yol Şəbəkəsinin İnkişaf Proqramı, Layihə 4.
Müqavilənin nömrəsi və adı: 01/2017/3116AZE “Tikinti materiallarının testdən keçirilməsi avadanlıqları və laboratoriya avadanlıqlarının təchizatı və çatdırılması”, Xırdalan, Bakı, Azərbaycan
Tender təkliflərinin təqdim olunması üçün son tarix: 9 iyun 2017-ci il saat 17.00.
“Azəravtoyol” ASC (AAY) Yol Şəbəkəsinin İnkişaf Proqramının icrası məqsədilə Asiya İnkişaf Bankından (AİB) borc almış və bu borcun bir hissəsi 01/2017/3116AZE saylı “Tikinti materiallarının testdən keçirilməsi avadanlıqları və laboratoriya avadanlıqlarının təchizatı və çatdırılması” müqaviləsi çərçivəsində ödənişlər üçün istifadə ediləcəkdir. Tender AİB-in iştirak hüququna malik ölkələrindən olan iddiaçılar üçün açıqdır.
“Azəravtoyol” ASC (AAY) (alıcı) iştirak hüququna malik iddiaçıları tender sənədlərində göstərildiyi kimi laboratoriya avadanlıqlarının növü, sayı və spesifik xüsusiyyətlərini əks etdirən müfəssəl siyahıya uyğun olaraq, Azərbaycanın Xırdalan şəhərində yerləşən AAY laboratoriyasına “Tikinti materiallarının testdən keçirilməsi avadanlıqları və laboratoriya avadanlıqlarının təchizatı və çatdırılması” üçün tender təkliflərini möhürlənmiş zərflərdə təqdim etməyə dəvət edir. Malların və onun əlaqədar xidmətlərinin siyahısı qısa olaraq aşağıda kimi göstərilmişdir:
Hissə A -ələklər, paylayıcılar və digər aksessuarlar
Hissə B –qrunt üzərində sınaqlar
Hissə C – beton üzərində sınaqlar
Hissə D – sement üzərində sınaqlar
Hissə E – doldurucular üzərində sınaqlar
Hissə F – asfalt və asfalt qarışıqları üzərində sınaqlar
Hissə G - ümumi laboratoriya və sahə sınaqları üzrə avadanlıqlar/əlavələr/ehtiyat hissələr
Hissə H - qeyri-destruktiv sınaq avadanlıqları
Hissə I - yolların layihələndirilməsi və yol geyiminin sınaqdan keçirilməsi üçün avadanlıqlar
Hissə J – lazer profil ölçən cihaz
Hissə K – düşən çəki deflektometri (FWD)
İddiaçılar tenderdə iştirak etmək üçün tender sənədinin III hissəsində müəyyən edilmiş keyfiyyətlərə malik olmalıdırlar.
Beynəlxalq rəqabətli tender bir zərf proseduru şəklində tək mərhələli olmaqla tender sənədində təsvir edildiyi kimi tenderdə iştirak etmək hüququna malik bütün ölkələrdən olan iddiaçılar üçün açıqdır.
Tender sənədlərinə dair əlavə məlumat əldə etmək istəyən iddiaçılar aşağıda qeyd olunan ünvanla əlaqə saxlaya bilərlər:
Cənab Ceyhun Yusifov,
LİQ-4-ün direktoru,
“Azəravtoyol” ASC,
207-ci otaq
R. İsmayilov küçəsi, Biləcəri, Binəqədi
Bakı, Azərbaycan Respublikası, AZ1117.
Tel: +994 12 499 79 82.
Fax: +994 12 499 79 06.
e-mail: [email protected] surəti [email protected]
Tender qabağı toplantı 12 may 2017-ci il yerli vaxtla saat 14.00-da təşkil ediləcəkdir.
Tender sənədlərini ingilis dilində əldə etmək üçün iddiaçılar:
• Azərbaycanın Xırdalan şəhərində yerləşən “Tikinti materiallarının testdən keçirilməsi avadanlıqları və laboratoriya avadanlıqlarının təchizatı və çatdırılması” (müqavilə no: 1/2017/3116AZE) üzrə tender sənədlərini əldə etmək üçün yuxarıda qeyd edilən ünvana yazılı şəkildə müraciət edərək 500 (beş yüz) manat vəsaiti və geri qaytarılmayan iştirak haqqı kimi “Azəravtoyol” ASC-nin mühasibat şöbəsinə nağd ödəməli və ya bank hesabına köçürməlidirlər:
Benefisiar: “Azəravtoyol” ASC,
ID No.: 9900013141
Bank: Azərbaycan Beynəlxalq Bankı, “Nəqliyyat” filialı
SWIFT: IBAZAZ2X
Hesab nömrəsi: AZ21IBAZ 38050019449345490205 AZN
AZ11IBAZ38150018409345490205 USD
Bankın ID Nomrəsi: 9900001881
• Yazılı sorğu təqdim edildikdən və ödəniş həyata keçirildikdən sonra AAY kuryer vasitəsilə tender sənədlərinin göndərilməsini təmin edəcəkdir. “Azəravtoyol” ASC sənədlərin ünvana gec çatdırılmasına və ya itirilməsinə görə heç bir məsuliyyət daşımır.
Tender təklifi:
• yuxarıda qeyd edilən ünvana.
• son təqdimetmə tarixi 9 iyun 2017-ci il saat 17.00.
• Tender sənədində göstərilmiş tender zəmanəti ilə birlikdə təqdim edilməlidir.
Tender təklifləri son təqdimetmə tarixindən dərhal sonra iddiaçıların iştirakı ilə açılacaqdır.
AAY tender təkliflərinin hazırlanması və ya çatdırılması ilə əlaqədar iddiaçılar tərəfindən çəkilmiş hər hansı xərclər və ya xərclər üçün məsuliyyət daşımır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.