“RANSAN”ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılması haqqında elan

2017-ci il iyunun 9-u  saat 12.00-da “RANSAN” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Ünvan: Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 2.

Yığıncağın gündəliyi:

1. “RANSAN” ASC-nin yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində yeni hüquqi şəxsin  MMC-nin yaradılması.

2. “RANSAN” ASC-nin səhmdarı A.A.Novruzovun  61022,00  manat məbləğində özünə məxsus səhmlərini “RANSAN” ASC-nin nizamanmə kapitalından ayırmaqla, cəmi 61022,00 manat məbləğində olan payın bölünmə balansına uyğun yeni yaradılan MMC-nin nizamnamə kapitalına keçirilməsi.

3. “RANSAN” ASC-nin əmlakının, hüquq və vəzifələrinin bölünmə balansına uyğun olaraq yeni yaradılan MMC-yə keçirilməsi.

4. “RANSAN” ASC-nin nizamnamə kapitalından 61022,00  manat məbləğində payın və “RANSAN” ASC-nin əmlakının, hüquq və vəziflərinin müvafiq olaraq yeni yaradılan MMC-yə keçirilməsi ilə əlaqədar tərtib edilmiş bölünmə balansının təsdiq olunması və bölünmə balansının imzalamaq səlahiyyətlərinin “RANSAN” ASC-nin idarə heyətinin sədrinə həvalə edilməsi.

5. “RANSAN” ASC-nin nizamnamə kapitalının həcminin  və “RANSAN” ASC-nin səhmdarlarının nizamnamə kapitalında səhmlərinin miqdarının müəyyən edilməsi.

6. “RANSAN” ASC-nin yenidən təşkili ilə əlaqədar təsdiq edilmiş bölünmə balansı üzrə müstəqil auditor yoxlamasının aparılması və auditor rəyinin təqdim edilməsi üçün sərbəst auditor A.M.Musayevlə müvafiq müqavilənin  bağlanması.

7. “RANSAN” ASC-nin nizamnamə kapitalının bir hissəsini təşkil edən AZ1001016539 nömrə ilə dövlət qeydiyyatına alınmış,   hər birinin nominal dəyəri 2,00 (iki) manat, məcmu nominal dəyəri  61022,00   manat olan 30511 ədəd adi, adlı və sənədsiz  səhmlərin dövriyyədən çıxarılaraq ləğv edilməsi və bunun üçün müvafiq olaraq Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına və “Milli Depozit Mərkəzi” QSC-yə müraciət edilməsi.

8. “RANSAN” ASC-nin yenidən təşkil olunması ilə əlaqədar “RANSAN” ASC-nin nizamnaməsinə  əlavə və dəyişikliklərin edilməsi.

9. “RANSAN” ASC-nin yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində yeni hüquqi şəxsin MMC-nin yaradılması ilə əlaqədar bölünmə balansına uyğun olaraq “RANSAN” ASC-dən yeni yaradılan MMC-yə keçən əmlakın tərkibinin təsdiqi.

10. “RANSAN” ASC-nin yenidən təşkili ilə əlaqədar onun təsis sənədlərində edilən dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün müvafiq dövlət orqanına müraciət edilməsi və bununla əlaqədar zəruri səlahiyyətlərin həyata keçirilməsinin “RANSAN” ASC-nin idarə heyətinin sədrinə həvalə edilməsi.

11. Cəmiyyətin idarə heyətinin sədrinin, idarə heyətinin və maliyyə-təftiş komissiyasının üzvlərinin seçilməsi.

12. Digər məsələlər.

Yığıncağın gündəliyinə dair sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür.

Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiqləyən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiqlənmiş sənədlə) iştirakı vacibdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında