Emitent – Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikası Prezidentinin 03.02.2016-cı il tarixli, 760 nömrəli “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında” Fərmanına müvafiq olaraq aşağıdakıları bildirir.
1. Emitentin adı: “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti.
2. Təşkilati-hüquqi forması: Qapalı Səhmdar Cəmiyyəti.
3. VÖEN: 1600506211.
4. Dövlət qeydiyyatı: 17.04.2006-cı il, N1106-T18-4083.
5. Emitentin hüquqi ünvanı: AZ 1030, Bakı şəhəri, Nizami rayonu, OqtayVəliyev küçəsi, 1.
6. Emitentin faktiki ünvanı: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Babək pospekti, 10 “B”.
7. Emitentin adında və ya təşkilati-hüquqi formasında dəyişiklik və digər hüquqi şəxsin yenidən təşkili yolu ilə yaradılması barədə məlumat: dəyişiklik yoxdur, digər hüquqi şəxsin yenidən təşkili yolu ilə yaradılmayıb.
8. Emitentin hesabat ili ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəlikləri haqqında məlumat: filiallar və nümayəndəliklər yaratmayıb və ləğv etməyib.
9. Emitent şirkətlər qrupunun bir hissəsi olduğu təqdirdə məlumat: olmayıbdır.
10. Emitentin hesabat ili ərzində yaranmış və ləğv edilmiş törəmə cəmiyyəti haqqında məlumat: törəmə cəmiyyət yaratmayıb və ləğv etməyib.
11. Emitentin lisenziya və ya icazəyə malik olması barədə məlumat:
11.1. İN/L-1679/2016 N-li 28.07.16-cı il tarixli, “Toksiki istehsalat tullantılarının utilizasiyası və zərərsizləşdirilməsi” haqqında müddətsiz lisenziyası.
11.2. İN/L-1643/2016 N-li 21.07.2016-cı il tarixli, “Təhlükəli yüklərin nəqliyyat vasitəsi ilə daşınması (3-cü sinif təhlükəli yüklər)” haqqında müddətsiz lisenziyası.
12. Emitentin məşğul olduğu fəaliyyət istiqamətləri: xidmətlər göstərilməsi.
13. Emitentin təklif etdiyi xidmətlər: neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası, landşaftın bərpası, yaşıllıqların salınması və s. aqrotexniki xidmətlərin göstərilməsi, sənaye axıntı sularının təmizlənməsi, neftşlamın emalı (zərərsizləşdirilməsi), ərsin parafininin sudan və mexaniki qarışıqlardan təmizlənməsi, kompleks ekoloji monitorinqin aparılması və laborator xidmətlərin göstərilməsi, ekoloji normativ-texniki sənədlərin işlənib hazırlanması və s.
14. Emitentin işçilərinin sayı və onun rüblük dinamikası:
01.01.2017-ci il tarixə işçilərin ümumi sayı: 509 nəfər.
14.1. 1-ci rüb ərzində: qəbul olunub - 41 nəfər, işdən azad olunub – 5 nəfər
14.2. 2-ci rüb ərzində: qəbul olunub - 2 nəfər, işdən azad olunub - 6 nəfər
14.3. 3-cü rüb ərzində: qəbul olunub - 9 nəfər, işdən azad olunub - 12 nəfər
14.4. 4-cü rüb ərzində: qəbul olunub - 4 nəfər, işdən azad olunub - 7 nəfər
15. Emitentin idarəetmə orqanları haqqında məlumat: icra orqanı – baş direktor Ramil Cavanşir oğlu Əliyev.
16. Emitentin səhmdarlarının sayı: 2 səhmdar - hüquqi şəxslər: SOCAR və “Lancer Services S.A” Şirkəti.
17. Emitentin nizamnamə kapitalının 5 faizi və daha artıq həcmdə səsli səhmlərə malik olan səhmdarları:
17.1. SOCAR – 51,0019 faiz, VÖEN 9900003871, 2 076 899,37 manat dəyərində, 6923 adi, sənədsiz səhm. Olduğu yer: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1029, Heydər Əliyev prospekti, 121.
17.2. “Lancer Services S.A” Şirkəti – 48,9981%, 1 995 300,63 manat dəyərində 6651 adi sənədsiz səhm. Olduğu yer: Panama Respublikası.
18. Nizamnamə kapitalında emitentin payı 5 faizdən az olmayan hüquqi şəxslər: “AAS-Ekol” Məhdud Məsuliyyətli Cəmiyyəti. Olduğu yer: Bakı şəhəri, AZ1025, Xocalı prospekti, 55, Ağa Senter, 4-cü mərtəbə, VÖEN:1401740701, Nizamnamə kapitalının 50 faizin, yəni 238 937,00 avro payın sahibi.
19. Emitentin səhmdarlarının hesabat ili ərzində keçirilmiş yığıncaqları barədə məlumat:
19.1. Yığıncağın keçirilmə tarixi və yeri: 18.04.2016-cı il, Bakı şəhəri, Babək prospekti, 10”b”.
Ümumi yığıncaqda qəbul olunmuş qərar:
• “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru R.C.Əliyevin çıxışı və təklifi bəyənilsin. “Ekol Mühəndislik Xidmətləri” QSC-nin 2015-ci ilin nəticələrinə görə yekun balans hesabatı təsdiq edilsin.
19.2. Yığıncağın keçirilmə tarixi və yeri: 21.04.2016-cı il, Bakı şəhəri, Babək prospekti, 10”b”.
Ümumi yığıncaqda qəbul olunmuş qərarlar:
• Cəmiyyətin nizamnaməsinə sədr tərəfindən təklif olunan aşağıdakı redaksiyada 9.2.7 və 10.5.10 bəndləri əlavə edilsin.
9.2.7. “Audit rəyi əsasında dəyəri cəmiyyətin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən aidiyyəti şəxslərlə əqdlərin bağlanması barədə qərar qəbul edilməsi.”
10.5.10. “Nizamnamənin 10.5.3 maddəsi nəzərə alınmaqla audit rəyi əsasında cəmiyyətin aktivlərinin 5 faizədək hissəsini təşkil edən aidiyyəti şəxslərlə əqdlərin bağlanması barədə qərar qəbul edilməsi.”
• Cəmiyyətin nizamnaməsində baş vermiş dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün sənədlərin hazırlanması, imza hüququnun verilməsi, nizamnaməyə ediləcək dəyişiklik layihəsinin imzalanması, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə müraciət olunması, sənədlərin qeydiyyat orqanına təqdim edilməsi, dəyişiklikləri əks etdirən hazır sənədlərin və o cümlədən, bütün reyestr məlumatlarını özundə əks etdirən cəmiyyətin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının alınması və ya bununla bağlı digər şəxslərə etibarnamə verilməsi səlahiyyətləri cəmiyyətin baş direktoru Ramil Əliyevə həvalə edilsin.
19.3. Yığıncağın keçirilmə tarixi və yeri: 22.12.2016-cı il, Bakı şəhəri, Babək prospekti, 10”b”.
Ümumi yığıncaqda qəbul olunmuş qərarlar:
• SOCAR-ın Ekologiya İdarəsinin tullantı mərkəzinə servis xidmətlərinin göstərilməsi üçün SOCAR-ın Ekologiya İdarəsi ilə “Ekol Mühəndislik Xidmətləri”QSC arasında, sonuncu əvəzli olaraq öz gücü(işçi personalını cəlb etməklə) və vasitələrindən (ehtiyat hissələrdən, mal-materiallardan və s.) istifadə etməklə, uzunmüddətli servis müqaviləsinin bağlanması məqsədilə müvafiq tədbirlər görülməsi “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktoru R.C.Əliyevə tapşırılsın.
• Cəmiyyətin baş direktoru R.C.Əliyevə, SOCAR-ın Ekologiya İdarəsi ilə “Ekol Mühəndislik Xidmətləri” QSC arasında bağlanacaq servis müqaviləsinin öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar cəmiyyətin strukturunda və ştat cədvəlində müvafiq dəyişikliklər aparılması tapşırılsın.
20. Emitentin dövriyyədə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat:
20.1. İnvestisiya qiymətli kağızın növü və forması: adi, sənədsiz səhm
20.2. İnvestisiya qiymətli kağızları: 13 574 ədəd, qiymətli kağızın nominal dəyəri 300 manat.
21. Qiymətli kağızların miqdarı və nominal dəyəri:
21.1. 24.02.2016-cı il tarixə ümumi miqdarı 13 574 səhm.
22. Səhmlərin dövlət qeydiyyat nömrəsi və tarixi:
22.1. 24.02.2016-cı il AZ100100881.
23. Səhmlərin məcmu nominal dəyəri: 4 072 200 manat (300 x 13 574= 4 072 200).
24. Yerləşdirilmiş səhmlərin miqdarı: 13 574 ədəd.
25. Yerləşdirilmiş səhmlərin vəziyyəti: başa çatmışdır.
26. Emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdlər barədə məlumat: xüsusi əhəmiyyətli əqdlər bağlanmamışdır.
27. Emitent tərəfindən aidiyyəti şəxslərlə bağlanmış əqdlər barədə məlumat: aidiyyəti şəxslərlə əqdlər bağlanmamışdır.
28. Emitentin yığıncağının protokolu: 19.04.2017-ci il tarixli protokol.
29. Hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər: 2016-cı il üzrə cəmiyyətin balans mənfəəti olmadığından təsisçilərə dividend ödənilməmişdir.
30. Açıqlama mənbəyi: “Xalq qəzeti”.
Əlaqə tel.: (+99450)243-01-10.
Maliyyə vəziyyəti haqqında hesabat
manatla
AKTİVLƏR
|
31 dekabr 2016-cı il
|
31 dekabr 2015-ci il
|
Uzunmüddətli aktivlər
|
|
|
Əsas vəsaitlər
|
4205
|
4984
|
Birgə müəssisəyə investisiyalar
|
2393
|
2253
|
Qeyri-maddi aktivlər
|
8
|
9
|
Cəmi uzunmüddətli aktivlər
|
6606
|
7246
|
Cari aktivlər
|
|
|
Mal-material ehtiyatları
|
579
|
572
|
Mənfəət vergisi üzrə qabaqcadan ödənişlər
|
|
51
|
Debitor borcları
|
6229
|
4544
|
Pul vəsaitləri və onların ekvivalentləri
|
459
|
285
|
Cəmi cari aktivlər
|
7267
|
5452
|
CƏMİ AKTİVLƏR
|
13873
|
12698
|
KAPİTAL
|
|
|
Nizamnamə kapitalı
|
4 072
|
4 072
|
Bölüşdürülməmiş mənfəət
|
8110
|
7568
|
CƏMİ KAPİTAL
|
12182
|
11640
|
ÖHDƏLİKLƏR
|
|
|
Uzunmüddətli öhdəliklər
|
|
|
Təxirə salınmış vergi öhdəliyi
|
|
|
Cəmi uzunmüddətli öhdəliklər
|
|
|
Cari öhdəliklər
|
|
|
Kreditor borcları
|
1691
|
1058
|
Cəmi cari öhdəliklər
|
1691
|
1058
|
CƏMİ ÖHDƏLİKLƏR
|
1691
|
1058
|
CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL
|
13873
|
12698
|
Mənfəət, zərər və sair məcmu gəlir haqqında hesabat
Gəlirlər
|
10153
|
9446
|
Xərc və məsrəflər
|
|
|
Subpodratçılar tərəfindən göstərilmiş xidmətin dəyəri
|
-191
|
-169
|
Əmək haqları və ödənişlər
|
-6412
|
-5756
|
İstifadə edilən xammal və xərc materialları
|
-715
|
-1998
|
Köhnəlmə və amortizasiya
|
-884
|
-1056
|
İcarə xərcləri
|
-1 218
|
-1 212
|
Kommunal xərclər
|
-348
|
-380
|
Debitor borclarının dəyərsizləşməsi
|
|
-195
|
Əsas vəsaitlərin satışı üzrə gəlir/(zərər)
|
|
|
Sair xərclər
|
-1587
|
-1 619
|
Cəmi məsrəflər və xərclər
|
-11355
|
-12385
|
Əməliyyat mənfəəti/(zərəri)
|
-1202
|
2939
|
Birgə müəssisənin maliyyə nəticələrində pay
|
1671
|
1528
|
Mənfəət vergisindən əvvəlki mənfəət/(zərər)
|
542
|
-1439
|
Mənfəət vergisi (xərci)/krediti
|
|
47
|
İl üzrə cəmi məcmu gəlir/(zərər)
|
542
|
-1392
|
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
Əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti
|
|
|
Mənfəət vergisindən əvvəlki mənfəət/(zərər)
|
542
|
-1439
|
Düzəlişlər:
|
|
|
Əsas vəsaitlərin amortizasiyası
|
884
|
1057
|
Birgə müəssisənin maliyyə nəticələrində pay
|
-1 671
|
-1528
|
Debitor borclarının dəyərsizləşməsi
|
|
195
|
Əsas vəsaitlərin satışı üzrə (gəlir)/zərər
|
|
|
Sair qeyri-nağd əməliyyatlar
|
156
|
186
|
Dövriyyə kapitalında dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyəti
|
-139
|
-1521
|
üzrə pul vəsaitlərinin hərəkəti
|
|
|
Debitor borclarında azalma/(artım)
|
-1630
|
376
|
Mal-material ehtiyatlarında artım
|
-7
|
143
|
Kreditor borclarında (azalma)/artım
|
627
|
-337
|
Dövriyyə kapitalında dəyişikliklər
|
-1149
|
1339
|
Ödənilmiş mənfəət vergisi
|
50
|
-38
|
Əməliyyat fəaliyyəti üzrə xalis pul vəsaitləri
|
-1099
|
-1377
|
İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti
|
|
|
Əsas vəsaitlərin alınması
|
-106
|
-24
|
Əsas vəsaitlərin satışından daxilolmalar
|
|
|
Alınmış dividendlər
|
1379
|
1477
|
İnvestisiya fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri
|
1 273
|
1453
|
İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri
|
285
|
209
|
İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri
|
459
|
285
|
Kapitalda dəyişikliklər haqqında hesabat
|
Nizamnamə kapitalı
|
Bölüşdürülməmiş mənfəət
|
Cəmi kapital
|
31 dekabr 2014-cü ilə qalıq
|
4 072
|
8960
|
13 032
|
İl üzrə cəmi məcmu zərər
|
-
|
-1392
|
-1392
|
Elan edilmiş dividendlər
|
-
|
|
|
31 dekabr 2015-ci ilə qalıq
|
4 072
|
7568
|
11640
|
İl üzrə cəmi məcmu zərər
|
-
|
542
|
542
|
Elan edilmiş dividendlər
|
-
|
|
|
31 dekabr 2014-cü ilə qalıq
|
4 072
|
8 110
|
12182
|
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.