Tender iki Lot üzrə keçirilir:
Lot 1. - 22 iyul Milli Mətbuat Günü münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması və bayram tədbirinin təşkili xidmətlərinin satınalması.
Lot 2. - Xaçmaz şəhərində "İslam həmrəyliyinin təbliği və təşviqində medianın rolu" mövzusunda regional konfransın təşkili xidmətlərinin satınalması.
Maraqlananlar tenderin əsas şərtlər toplusunu Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ofisindən ala bilərlər:
Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Beynəlxalq Mətbuat Evi.
Tenderdə iştirak haqqı:
Lot 1. - 85 manat
Lot 2. - 20 manat
İştrak haqqı aşağıdakı hesaba köçürülməlidir:
Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu.
Hesab: AZ08CTRE00000000000005547601
VÖEN 1001667391
Bank: Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlər (podratçılar) iddiaçı statusu qazanmaq üçün aşağıdakı sənədləri rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada təqdim etməlidirlər:
1. Tenderdə iştirak üçün yazılı müraciət;
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3. İddiaçının tam rəsmi adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
4. Tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
5. Tender təklifi qiymətinin 1 faizi həcmində bank zəmanəti (təklifin təminatı) (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
6. Vergilərə və digər icbarı ödənişlərə dair yerinə yetiriləsi və vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq orqandan arayış;
7. İddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
8. İddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
9. İddiaçıların son bir ildə analoji işlər üzrə təcrübəsi və potensial imkanı haqqında məlumat;
10. Digər sənədlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti;
- müqaviləni yerinə yetirmək üçün tender içtirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Malgöndərən (podratçılar) tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 12 iyun 2017-ci il tarixədək Tender Komissiyasına təqdim etməlidir.
İddiaçılar tender təklifini və təklifin bank zəmanətini Azərbaycan dilində 2 nüsxədə, imzanlanmış, möhürlənmiş, ikiqat bağlanmış zərfdə
22 iyun 2017-ci il saat 17.00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ofisinə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Beynəlxalq Mətbuat Evi) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 23 iyun 2017-ci il saat 11.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda açılacaqdır.
Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçiriləcəkdir.
Tenderlə əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxs Elşad Həmdulla oğlu Tağıyevə (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, telefonlar: 012 538 40 48, 012 537 19 41) müraciət edə bilərlər.
Tender Komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.