Xocavənd Rayon Kommunal Müəssisələri Kombinatı 2011-ci il üçün Xocavənd qəsəbəsində daxili yolların və Qaradağlı kəndinin yollarının təmiri işlərinin aparılması məqsədilə açıq tender elan edir

Tender 1 lotda keçirilir.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Müqavilə üç ay ərzində yerinə yetirilməlidir.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Xocavənd rayonu, Yeni Xocavənd qəsəbəsində Kommunal Müəssisələri Kombinatından (əlaqələndirici şəxs G.Əliyev, Tel: (050) 529-89-56) ala bilərlər.
İştirak haqqı:
1 lot üçün - 80 manatdır.
İştirakçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Təşkilat: Xocavənd rayon Yerli Xəzinədarlıq Orqanı
Hesab: 32051019444000202140
VÖEN: 7900013321
Bank: "Kapital Bank"ın Beyləqan filialı
Kodu: 200402
VÖEN: 9900003611
Müxbir hesab: 4028010000
S.W.I.F.T.BIK: ALLBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İştirakçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri 27 yanvar 2011-ci il saat 17.00-dək təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olunmalıdır);
- tender təklifi dəyərinin 1%-i həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanları tərəfindən arayış;
- iddiaçının son 1 il ərzində maliyyə vəsaiti haqqında bank tərəfindən verilmiş arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları barədə rəsmi məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədlərdən əlavə iş qrafiki, tender təklifi və bank zəmanətini möhürlənmiş, ikiqat zərfdə 7 fevral 2011-ci il saat 17.00-dək təqdim etməlidirlər.
Yuxarıda göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 8 fevral 2011-ci il saat 10.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.{nl}

Tender komissiyası

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında