manatla
|
31 dekabr
2016-cı il
|
31 dekabr
2015-ci il (yenidən hesablanmış)
|
AKTİVLƏR
|
|
|
Uzunmüddətli aktivlər:
|
|
|
Əmlak, qurğu və avadanlıq
|
101,469,168
|
83,582,998 325,101
|
Qeyri-maddi aktivlər
|
391,967
|
325,101
|
Əmlak, qurğu və avadanlıqların alınması üzrə təchizatçılara ödənilmiş avanslar
|
6,428,478
|
2,665,361
|
Cəmi uzunmüddətli aktivlər
|
108,289,613
|
86,573,460
|
Cari aktivlər:
|
|
|
Əvvəlcədən ödənilmiş vergilər
|
2,221
|
2,221
|
Mal-material ehtiyatları
|
21,975
|
44,241
|
Avans ödənişləri
|
5,423
|
5,811
|
Debitor borcları
|
297,212
|
-
|
Pul vəsaitləri və onların ekvivalentləri
|
491,055
|
570,264
|
Cəmi cari aktivlər
|
817,886
|
622,537
|
CƏMİ AKTİVLƏR
|
109,107,499
|
87,195,997
|
ÖHDƏLİKLƏR VƏ KAPİTAL
|
|
|
ÖHDƏLİKLƏR:
|
|
|
Uzunmüddətli öhdəliklər:
|
|
|
Faizli kreditlər və borc alınmış vəsaitlər
|
-
|
18,352,665
|
Cəmi uzunmüddətli öhdəliklər
|
-
|
18,352,665
|
Cari öhdəliklər:
|
|
|
Kreditor borcları və digər ödəniləcək vəsaitlər
|
2,094,359
|
945,253
|
Faizli kreditlər və borc alınmış vəsaitlər
|
17,309
|
2,515,571
|
Cəmi cari öhdəliklər
|
2,111,668
|
3,460,824
|
CƏMİ ÖHDƏLİKLƏR
|
2,111,668
|
21,813,489
|
KAPİTAL:
|
|
|
Nizamnamə kapitalı
|
500,000
|
500,000
|
Dövlət investisiyaları
|
155,309,023
|
93,952,070
|
Yığılmış kəsir
|
(48,813,192)
|
(29,069,562)
|
CƏMİ KAPİTAL
|
106,995,831
|
65,382,508
|
CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL
|
109,107,499
|
87,195,997
|
MƏCMU GƏLİR HAQQINDA HESABAT
|
31 dekabr 2016-cı il tarixdə başa çatmış il üzrə
|
31 dekabr 2015-ci il tarixdə başa çatmış il üzrə (yenidən hesablanmış)
|
Gəlir
|
391,612
|
-
|
Əməliyyat xərcləri:
|
|
|
Əmlak, tikili və avadanlıqların dəyərsizləşməsi
|
(15,075,527)
|
-
|
Amortizasiya və köhnəlmə xərcləri
|
(3,472,915)
|
(359,224)
|
Əmək haqqı xərcləri
|
(751,120)
|
(726,175)
|
İcarə xərcləri
|
(214,818)
|
(229,410)
|
Təhlükəsizlik xərcləri
|
(198,215)
|
(220,381)
|
Sosial sığorta xərcləri
|
(165,247)
|
(159,799)
|
Ofis ləvazimatları
|
(109,474)
|
(156,716)
|
Bank komissiyaları
|
(19,847)
|
(15,397)
|
Rabitə xərcləri
|
(17,602)
|
(24,233)
|
Digər xərclər
|
(131,997)
|
(143,177)
|
Cəmi əməliyyat xərcləri
|
(20,156,762)
|
(2,034,512)
|
Digər gəlirlər
|
21,520
|
6,008
|
İl üzrə zərər
|
(19,743,630)
|
(2,028,504)
|
İL ÜZRƏ CƏMİ MƏCMU ZƏRƏR
|
(19,743,630)
|
(2,028,504)
|
MÜSTƏQİL AUDİTORLARIN RƏYİ
“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin təsisçisi və rəhbərliyinə:
Rəy
Biz “Sumqayıt Kimya Sənaye Parkı” (bundan sonra cəmiyyət) MMC-nin (cəmiyyət) 31 dekabr 2016-cı il tarixinə təqdim edilən maliyyə vəziyyəti haqqında hesabat, həmin tarixdə başa çatmış il üzrə məcmu gəlir haqqında hesabat, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də əsas mühasibat prinsiplərinin və digər izahedici qeydlərin xülasəsindən ibarət olan maliyyə hesabatlarının audit yoxlamasını aparmışıq.
Bizcə, əlavə edilən maliyyə hesabatları cəmiyyətin 31 dekabr 2016-cı il tarixinə maliyyə vəziyyətini, habelə göstərilən tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlər baxımından ədalətli əks etdirir (və ya düzgün və ədalətli təsəvvür yaradır).
Rəy üçün əsaslar
Biz auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə Hesabatlarının Auditi üçün Auditorun Məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalarla Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məcəlləsinin” (MBESŞ məcəlləsi) tələblərinə uyğun olaraq cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə, eləcə də MBESŞ məcəlləsinin tələblərinə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.
İzahedici paraqraf – fasiləsizlik prinsipi
Şərti rəy bildirmədən diqqətinizi maliyyə hesabatlarının 4 saylı qeydinə cəlb edirik. Həmin qeyddə Cəmiyyətin 31 dekabr 2016-cı il tarixdə başa çatmış il və daha əvvəlki illər ərzində təkrarlanan əməliyyat zərərlərinə məruz qaldığına baxmayaraq maliyyə hesabatlarını fasiləsizlik prinsipinə dair ehtimallar tətbiq etməklə hazırladığı açıqlanır. Azərbaycan Respublikasının hökuməti (hökumət) müntəzəm olaraq infrastrukturun tikintisi və təmiri, eləcə də cəmiyyətin əməliyyat xərcləri üçün dövlət büdcəsindən köçürmələr edir. Cəmiyyət infrastruktur layihələrinin maliyyələşdirilməsi və əməliyyatların davam etdirilməsi üçün dövlət büdcəsindən vəsait almaqda davam edir. Rəhbərlik hesab edir ki, hökumət cari investisiya layihələrinin maliyyələşdirilməsi ilə yanaşı cəmiyyətin əməliyyatlarının davam etdirilməsi üçün investisiya ayırmağa davam edəcək.
Maliyyə hesabatları üzrə rəhbərliyin və idarəetmə səlahiyyətləri verilmiş şəxslərin məsuliyyəti
Rəhbərlik maliyyə hesabatlarının MHBS (Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına) uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, saxtakarlıq və ya xətalar nəticəsində əhəmiyyətli təhriflərin mövcud olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.
Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativin olmadığı halda, rəhbərli cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.
İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər cəmiyyətin maliyyə hesabatlarının hazırlanma prosesinə nəzarətə görə məsuliyyət daşıyırlar.
Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti
Bizim məqsədimiz tərtib edilmiş maliyyə hesabatlarında bir tam kimi, saxtakarlıq və ya xətalar nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin bu səviyyədə olan əminlikdə əhəmiyyətli təhriflər mövcud olduğu hallarda, BAS-lara uyğun aparılmış auditin belə təhrifləri həmişə aşkarlayacağına zəmanət vermir. Təhriflər saxtakarlıq və ya xətalar nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmək ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.
BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:
Maliyyə hesabatlarında saxtakarlıq və ya xətalar nəticəsində əhəmiyyətli təhriflərin olması risklərini müəyyən edib qiymətləndiririk, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Saxtakarlıq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamamaq riski xətalar nəticəsindəkindən daha yüksəkdir, çünki saxtakarlıq sözləşmə, dələduzluq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər.
Cəmiyyətin daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərtilə, bu şərtlər çərçivəsində uyğun audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürük.
İstifadə olunmuş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən edilmiş uçot təxminlərinin və əlaqəli məlumatların açıqlanmasının məqsədəuyğunluğunu qiymətləndiririk.
Mühasibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə ediməsinin uyğunluğuna və əldə edilən audit sübutlarının əsasında cəmiyyətin fəaliyyətini fasiləsiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair qənaətə gəlirik. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub olmadığı haqqında qənaətə gəldiyimiz halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqəti cəlb etməliyik və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın təqdim edilməsi tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər cəmiyyətin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.
Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndiririk.
Biz idarəetmə səlahiyyətləri verilmiş şəxslərə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.
“Baker Tilly Audit Azərbaycan” MMC-nin direktoru
Ziya İbrahimov
Bakı, Azərbaycan Respublikası
20 aprel 2017-ci il
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.