“Ana Vətən” Partiyasının 2016-cı il dekabrın 31-nə maliyyə hesabatı

                                                                                        (manatla)

Maddələrin adları

Hesabat dövrü üzrə

Əvvəlki dövr üzrə

Gəlirlər

 

 

 

 

o cümlədən:

 

113095.24

 

115934.73 

dövlət büdcəsindən ayrılan vəsait

113095.24

 

115934.73 

 

Xərclər,

 

 

 

 

o cümlədən:

 

114641.61

 

110968.42

cari işlərə sərf olunan vəsait

100065.4

 

89090.24 

 

siyasi partiyanın ­saxlanmasına və informasiya təminatına çəkilən xərclər

12027.21 

 

11850.18 

 

aşağı təşkilatlara ödənclər

2549.0

 

10028.0

 

ümumi mənfəət (zərər)

 

-1546.37

 

4966.31 

 

Müstəqil Auditorun Hesabatı

“Ana Vətən” Partiyasının rəhbərliyinə

Biz, “Ana Vətən” Partiyasının 31 dekabr 2016-cı il tarixə balans, mənfəət və zərər, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında maliyyə hesabatlarının auditini apardıq.

 

Maliyyə hesabatları üzrə rəhbərliyin məsuliyyəti      

Rəhbərlik göstərilən maliyyə hesabatlarının “Beynəlxalq Maliyyə Hesabatı Standartları”na uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi üçün məsuliyyət daşıyır. Bu məsuliyyətə yaranmasından asılı olmayaraq, əhəmiyyətli səhvlər olmayan maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarətin təşkili, tətbiqi, saxlanması, müvafiq uçot siyasətinin seçilməsi, tətbiqi və müəyyən şəraitə münasib olan uçot ehtimallarının müəyyən edilməsi daxildir.

 

Auditorun məsuliyyəti

Bizim vəzifəmiz apardığımız audit əsasında həmin maliyyə hesabatları üzrə rəy ifadə etməkdir. Biz auditi Beynəlxalq Audit Standartlarına uyğun aparmışıq. Həmin standartlar bizdən etik normalara riayət etməyi, auditin planlaşdırılması və aparılmasını maliyyə hesabatlarında əhəmiyyətli səhvlərə yol verilmədiyinə kifayət qədər əmin olacaq tərzdə həyata keçirməyi tələb edir.

Auditə maliyyə hesabatlarında göstərilən məbləğlər və açıqlamalar barədə audit sübutunun əldə edilməsi üçün prosedurların həyata keçirilməsi daxildir. Seçilmiş prosedurlar, eləcə də yaranmasından asılı olmayaraq, maliyyə hesabatlarının əhəmiyyətli səhvlər riskinin qiymətləndirilməsi auditorun mühakiməsindən asılıdır. Risklər qiymətləndirilərkən audit prosedurlarının işlənib hazırlanması məqsədilə partiyanın maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsinə aid olan daxili nəzarət elementləri nəzərə alınmış, lakin bu zaman partiyanın daxili nəzarət sisteminin səmərəliliyi haqqında rəy bildirmək məqsədi güdülmür.

Auditə, həmçinin tətbiq edilmiş uçot prinsiplərinin və rəhbərlik tərəfindən edilmiş mühüm ehtimalların qiymətləndirilməsi, o cümlədən ümumilikdə maliyyə hesabatlarının təqdim edilməsi üzrə qiymətləndirmənin aparılması daxildir.

Bizcə, əldə etdiyimiz audit sübutu rəyimizin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.

 

RƏY          

Bizim fikrimizcə, təqdim edilən maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından “Ana Vətən” Partiyasının 31 dekabr 2016-cı il tarixə maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq düzgün əks etdirir.

Müstəqil auditorun hesabatı 2017-ci il fevralın 24-də  eyni qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir. Bunlardan biri sifarişçi təsərrüfat subyektində, ikincisi isə “Şəfəq Audit Konsaltinq” MMC-də saxlanılır.

 

“Şəfəq Audit Konsaltinq” MMC-nin auditoru:
A.A.Ağayev


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında