Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidməti

2017-ci ildə İçərişəhər ərazisində mənzil fondunun əsaslı təmiri işlərinin və  İçərişəhər ərazisində Qoşa Qala meydanı, Böyük Qala küçəsi 41, 45 və 55 nömrəli ünvanlarda kommunikasiya (kanalizasiya, su, elektrik xətləri üçün kanallar və rabitə) xətlərinin çəkilməsi, yol örtüyünün və pilləkənlərin təmiri işlərinin satınalınması məqsədilə

 

AÇIQ TENDER ELAN EDİR

 

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Lot-1. 2017-ci ildə İçərişəhər ərazisində mənzil fondunun əsaslı təmiri işlərinin satınalınması.

Lot-2. 2017-ci ildə  İçərişəhər ərazisində Qoşa Qala meydanı, Böyük Qala küçəsi 41, 45 və 55 nömrəli ünvanlarda kommunikasiya  (kanalizasiya, su, elektrik xətləri üçün kanallar və rabitə) xətlərinin çəkilməsi, yol örtüyünün və pilləkənlərin təmiri işlərinin satınalınması.

Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 150 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidmətinin Bakı şəhəri, İçərişəhər, 9-cu Maqomayev döngəsi 6 nömrəli (əlaqələndirici şəxs: Mahir Əhmədov, telefon: (012) 492-24-27)  ünvandan ala bilərlər.

VÖEN: 1700774621

Hesab: AZ03AİİB 33050019443600287106

Bank: “Kapital Bank”ASC-nin 2 saylı Səbail filialı

Kod: 200060

VÖEN (bank): 9900003611

M/h: AZ37NABZ 01350100000000001944

S.W.İ.F.T. AİİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi,  qeydiyyatdan keçdiyi
ölkə və rekvizitləri;

- digər sənədlər: analoji işlərin yerinə yetirilməsinə dair iddiaçının potensial imkanları haqqında məlumat və Dövlət Sosial Müdafiə Fonduna borcun olub-olmamasına dair arayış.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 23 may 2017-ci il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 1 iyun 2017-ci il saat 17.00-a qədər Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidmətinin Bakı şəhəri, İçərişəhər, 9-cu Maqomayev döngəsi 6 nömrəli ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri lot-1  üzrə 5 iyun 2017-ci il saat 11.00-da və lot-2 üzrə 5 iyun 2017-ci il saat 11.30-da Mənzil-Kommunal və Təmir Xidmətinin Bakı şəhəri, İçərişəhər, 9-cu Maqomayev döngəsi 6 nömrəli ünvanında açılacaqdır.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında