2017-ci ildə epizootiya əleyhinə tədbirlərin aparılması üçün bioloji preparatların, dezinseksiya, dezinfeksiya, müalicə-profilaktika dərmanlarının, diaqnostikumların, reaktivlərin və ləvazimatların satınalınması məqsədilə
AÇIQ TENDER ELAN EDİR
Tender 3 (üç) lot üzrə keçirilir.
Lot-1. İri və xırda buynuzlu heyvanların dabaq xəstəliyi əleyhinə peyvənd vasitəsinin satınalınması.
Lot-2. Bioloji preparatların, diaqnostikumların və reaktivlərin satınalınması.
Lot-3. Dezinseksiya, dezinfeksiya, müalicə-profilaktika dərmanlarının və ləvazimatların satınalınması.
Tender proseduru 15 may 2017-ci il saat 16.00 –da iddiaçıların və onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində keçiriləcəkdir (Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, 3123-cü məhəllə ).
Bioloji preparatların, dezinseksiya, dezinfeksiya, müalicə-profilaktika dərmanlarının, diaqnostikumların, reaktivlərin və ləvazimatların satınalınması büdcə vəsaitləri hesabına maliyyələşdirilir. Tələb olunan mallar tenderin qalibi olmuş iddiaçı tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Təchizat bazasına 2017-ci il dekabrın 1-nə kimi təhvil verilməlidir.
Tenderdə iştirak etmək istəyənlər tenderin əsas şərtlər toplusunu Dövlət Baytarlıq Nəzarəti Xidmətinin hesabına I lot üçün 2600 manat, II lot üçün 1500 manat və III lot üçün isə 600 manat və ya sərbəst dönərli valyuta ekvivalenti məbləğində iştirak haqqı ödədikdən sonra şərtlər toplusunu tender komissiyasının əlaqənləndirisi M. İ. Allahverənovdan ala bilərlər.
Telefon: (+99412) 562-97-72.
Faks: (+99412) 562-66-06.
Dövlət Xəzinədarlığı Agentliyi, 7-ci fond
Kod: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T BİK CTREAZ22
Vəsaiti alan: Dövlət Baytarlıq Nəzarəti Xidməti
İBAN: AZ 27CTRE 00000000000002577701
VÖEN: 1500504901
Büdcə səviyyəsi kodu – 7
Büdcə təminatı kodu: 142340
Tenderdə iştirak haqqı geri qaytarılmır.
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon 3123-cü məhəllə, Dövlət Baytarlıq Nəzarəti Xidməti.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanacaqdır
İştirakçılar aşağıda qeyd olunan sənədləri 2 may 2017-ci il saat 17.00 –a kimi tender komissiyasına təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə;
-iddiaçının rekvizitləri (tam adı, hüquqi statusu, qeydiyyat şəhadətnaməsi, nizamnaməsi);
-iddiaçının potensial imkanlarının olması, ixtisas göstəriciləri və son 2 ildə aidiyyəti iş üzrə fəaliyyətinə dair müvafiq təsdiqedici sənədlər; - iddiaçının son iki ildə maliyyə vəziyyəti barədə bank arayışı; -iddiaçının vergilərə və icbari ödənişlərə dair borcunun olub-olmaması haqqında müvafiq arayış.
Göstərilən sənədlər tələb olunan qaydada hazırlanıb müəyyən vaxtda tender komissiyasına təqdim edilərsə, həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaqlar.
İddiaçılar tender təklifinin 2 faizi həcmində ən azı 60 bank günü qüvvədə qalan (zərflərin açıldığı tarixdən) səlahiyyətli bank tərəfindən verilmiş təminat təqdim etməlidirlər. Tender təkliflərinin qiymətləndirilməsi zamanı ən sərfəli qiymətə, yüksək keyfiyyətə, müqavilənin vaxtında icra edilməsinə, iddiaçının potensial maliyyə və texniki imkanlarına, aidiyyatı işlər üzrə təcrübəsinin olmasına üstünlük veriləcəkdir.
Tender iştirakçıları öz tender təkliflərini tenderin əsas şərtlər toplusunun tələblərinə uyğun olaraq iki nüsxədən ibarət hazırlayaraq ikiqat bağlı zərfdə 12 may 2017-ci il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər.
Zərflərin üzərinə lotun nömrəsi, əsli, surəti və 15 may 2017-ci il saat 16.00-a kimi açılmamalıdır sözləri qeyd olunmalıdır.
Göstərilən vaxtdan sonra təqdim olunan tender təkliflərinə komissiyada baxılmayacaq, zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifi və zərflərin bağlanan hissəsi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
Telefonlar : (+99412) 562-97-72.
Faks: (+99412) 562-66-06.
www.tender.gov.az
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.