“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti Magistral avtomobil yollarının istismarı MMC-ləri üçün avadanlıqların satınalınması məqsədilə

AÇIQ  TENDER  ELAN  EDİR

 

 “Azərbaycan Magistral Avtomobil Yolu - 3” Layihəsi

BYİB Borc sazişləri 7889 AZ və 8602 AZ, BİA Krediti 4723 AZ

Azərbaycan Respublikası Hökuməti “Azərbaycan Magistral Avtomobil Yolu - 3” layihəsi üzrə Dünya Bankından kredit vəsaiti əldə etmişdir və həmin vəsaitin bir hissəsini “Magistral avtomobil yollarının istismarı MMC-ləri üçün avadanlıqların satınalınması ( Lot-1 - Yol istismarı üçün təmir avandanlığı; Lot-2 – Yolun qış istismarı üçün təmiri avadanlığı; Lot-3 - Yol təmizləyici avadanlıq; Lot-4 - Yol işıqlandırmasının təmiri üçün avadanlıq; Lot-5 – Yol istismarı texnikalarının daşınması üçün avadanlıq; Lot-6 – Yol təmiri traktoru; Lot-7 – Yol istismarında asfalt örtüyünün təmiri üçün avadanlıq;  Lot-8 – Yol istismarı təhlükəsizliyi avadanlığı;   Lot-9 – Yol istismarında asfalt örtüyünün bərpası üçün avadanlıq; Lot-10 - Yükləyici)” məqsədilə sərf etmək niyyətindədir. Bu müqavilələr Azərbaycan Respublikası Hökuməti ilə birgə maliyyələşdiriləcəkdir.

“Azəravtoyol” ASC (satınalan təşkilat) hazırda iştirak hüququ olan iddiaçıları “Magistral avtomobil yollarının istismarı MMC-ləri üçün avadanlıqların satınalınması” (yuxarıda qeyd olunan 10 Lot üzrə) məqsədilə möhürlənmiş təkliflərini təqdim etməyə dəvət edir.   

İddiaçılar bir və ya bir neçə lot (müqavilə) üzrə təklif verə bilərlər. Tender məktubunda qeyd olunması şərti ilə, birdən artıq lot üzrə qalib olmaq istəyən iddiaçı öz tender qiymətinə güzəşt təklifi edə bilər.

Hər bir lot üzrə təchiz olunacaq avadanlıqların sayı aşağıdakı kimidir:

Lot

Hər bir Lot üzrə bəndlər

Bəndlərin təsviri

Sayı

1

1-1

Yol təmiri üzrə çoxfunksiyalı səyyar avadanlıq: material istehsalı, kəsmə avadanlığı, mini vərdənə, generator, kompressor.

6

2

2-1

2-2

Duz, qumsəpən, qarkürəyən maşın

Duz, qumsəpən, qarkürəyən bunker

10

6

3

3-1

3-2

Əyrixətli tiryuyan (süpürgə ilə birgə)

Tozsoran qurğulu yolsüpürən maşın

9

10

4

4-1

Səbət tipli qaldırıcı kran (yol işıqlandırmasının təmiri üçün)

3

5

5-1

Texnikaların evakuasiyası və daşınması üçün yarımqoşqu (dartıcı ilə birlikdə)

1

6

6-1

Traktor bazasında otbiçən, su nasosu, çoxfunksiyalı (generator, aydınlatıcı, kompressor və qaynaq aparatı) dizel aqreqatı

6

7

7-1

Çatkəsən frez, çatdolduran

9

8

8-1

Sayrışan təhlükəsizlik işarələrinin quraşdırıldığı qoşqu, treylerlər

12

9

9-1

9-2

Asfaltdöşəyən (8-12m)

Frez maşını

1

1

10

10-1

Universal birçalovlu təkərli yükləyici

9

 

 

Təchiz oluncaq avadanlıqlarla əlaqədar göstəriləcək xidmətlər aşağıdakılardır.

S-1:    Avadanlıqların sahədə quraşdırılması, işə salınmasının icrası və ya

          icrasına nəzarət.

S-2:    Avadanlıqların quraşdırılması və istismarı üçün zəruri alətlərin

           təchizi.

S-3:    Hər bir magistral avtomobil yollarının istismarı MMC-nin

          avadanlıqların idarə olunması və istismarı üzrə müfəssəl təlimatla

          təmin edilməsi.

S-4:    Tenderin şərtlər toplusunun 7-ci bölməsinin tələblər cədvəlinin 7-ci

          bəndində müəyyən edildiyi kimi satınalan təşkilatın müvafiq işçi

          heyətinin avadanlıqların quraşdırılması, işə salınması, idarə

          olunması və istismarı ilə əlaqədar sahədə təlimi.

S-5:    Gömrük rəsmiləşdirilməsi.

Bütün mallar üçün istehsalçı tərəfindən birbaşa və ya təchizatçı vasitəsilə Azərbaycanda satışdan sonra xidmət təşkil olunmalıdır. Azərbaycanda satışdan sonra xidmətə mallar üçün istehsalçının zəmanəti üzrə səlahiyyət və cavabdehlik də daxildir.

Malların çatdırılma müddəti müqavilə imzalandığı tarixdən etibarən 180 gündür.   

Alternativ təkliflər tətbiq olunmur.   

İxtisas meyarlarının qiymətləndirilməsi:

(a)  Əgər iddiaçı istehsalçıdırsa:

(i) Maliyyə imkanları

İddiaçı aşağıdakı maliyyə tələblərini yerinə yetirmək iqtidarında olduğunu sübut edən sənədlər təqdim etməlidir:

Son üç il üzrə orta illik dövriyyə,

Lot-1 üçün 2,000,000 ABŞ dolları, Lot-2 üçün 4,000,000 ABŞ dolları, Lot-3 üçün 6,000,000 ABŞ dolları, Lot-4 üçün 500,000 ABŞ dolları, Lot-5 üçün 500,000 ABŞ dolları, Lot-6 üçün 1,000,000 ABŞ dolları, Lot-7 üçün 2,000,000 ABŞ dolları, Lot-8 üçün 200,000 ABŞ dolları, Lot-9 üçün 2,000,000 ABŞ dolları, Lot-10 üçün isə 1,500,000 ABŞ dollarından az olmamalı və ya onlara bərabər məbləğdə olmalıdır. 

Birdən artıq lot üzrə təklif vermək üçün iddiaçı həmin lotların hər birinə qoyulan maliyyə tələblərinə bütövlükdə cavab verməlidir.

Birgə müəssisə tərəfdaşları tələblərə cavab verməklə yanaşı müstəqil qaydada da tələblərin yarısına cavab verməlidirlər. 

İddiaçı maliyyə imkanlarını nümayiş etdirmək üçün son üç il üzrə audit tərəfindən yoxlanılmış maliyyə hesabatlarını təqdim etməlidir.

(ii) Təcrübə və texniki imkanlar   

İddiaçı aşağıda göstərilən təcrübə meyarlarına cavab verdiyini sübut edən sənədlər təqdim etməlidir:

• tenderin şərtlər toplusundakı tələblər cədvəlində qeyd olunan mallara oxşar malların son beş ildən birində həmin cədvəldə müəyyən olunan sayına bərabər sayda istehsalı və təchizatı. 

• tenderin açılış tarixindən əvvəlki üç il ərzində tələblər cədvəlində qeyd olunan mallara oxşar malların istehsalı ilə bağlı davamlı iş fəaliyyəti.

  (iii) Təsdiqedici sənədlər

İddiaçı təklif etdiyi malların aşağıda qeyd olunan istifadə tələblərinə cavab verdiyini təsdiqləyən sənədlər təqdim etməlidir:

• malların əsas texniki və fəaliyyət xarakteristikalarının müfəssəl təsviri;

• satınalan təşkilat tərəfindən avadanlıqların istifadəsinə başlanılmasından sonrakı beş il müddətində malların düzgün və davamlı istifadəsi üçün zəruri ehtiyat hissələrinin, xüsusi vasitələrin, alətlərin və s. mümkün mənbələri və qiymətləri daxil olmaqla ətraflı məlumatlar qeyd olunan cədvəl;

• malların və xidmətlərin satınalan təşkilatın texniki xüsusiyyətlərinə əsaslı şəkildə cavab verdiyini və ya həmin xüsusiyyətlərdən kənarlaşmanı və istisna halları əks etdirməklə bu xüsusiyyətlərin hər bir bəndi üzrə verilən şərhlər;

(b)  Əgər iddiaçı istehsalçı deyilsə:

Əgər iddiaçı istehsalçı deyilsə, lakin istehsalçının icazə forması (tenderin şərtlər toplusunun 4-cü bölməsi, tender təklifi formaları) əsasında istehsalçının adından malları təklif edirsə, onda istehsalçı yuxarıda qeyd olunan (i), (ii), (iii) bəndlərindəki meyarlara cavab verdiyini, iddiaçı isə son beş ildə oxşar malların təchizatı ilə bağlı ən azı bir müqaviləni uğurla başa çatdırdığını nümayiş etdirməlidir.

Tender Dünya Bankının “BYİB və BİA kreditləri və qrantları çərçivəsində malların, işlərin və qeyri-məsləhət xidmətlərinin satınalınması”na dair təlimatlarında (satınalma təlimatları, 2014-cü ilin iyul ayında dəyişikliklər edilən nəşri) müəyyən olunan benəlxalq rəqabətli tender əsasında keçiriləcəkdir və iştirak hüququ həmin satınalma qaydaları ilə müəyyən olunan bütün iddiaçılar üçün açıqdır. Əlavə olaraq satınalma təlimatlarında Dünya Bankının maraqların ziddiyyəti ilə bağlı siyasətini əks etdirən 1.6 və 1.7-ci bəndlərə  diqqət yetirmək lazımdır.

Tenderdə iştirak hüququ və marağı olan iddiaçılar əlavə məlumat əldə etmək və tenderin şərtlər toplusu ilə tanış olmaq üçün iş günləri saat 9.00-dan 17.30-dək aşağıdakı ünvana müraciət edə bilərlər (əlavə məlumat üçün elektron müraciətlər orada qeyd olunan hər iki elektron ünvana göndərilməlidir).

Tender şərtlərinin ingilis dilindəki toplusu iştirak hüququ və marağı olan iddiaçılar tərəfindən aşağıdakı ünvana rəsmi qaydada müraciət təqdim olunduqdan, 300 manat və ya 170 ABŞ dolları məbləğində geri qaytarılmayan məbləğ ödənildikdən sonra əldə edilə bilər. Ödəniş bank vasitəsi ilə aşağıdakı hesaba köçürülməlidir:

Benefisiar: “Azəravtoyol” ASC

VÖEN: 9900013141

Bank: Azərbaycan Beynəlxalq Bankı, “Nəqliyyat” Filialı

SWİFT: IBAZAZ2X

H/h: AZ21IBAZ38050019449345490205 AZN

 AZ11IBAZ38150018409345490205 USD

 Kod:  805711

Bankın VÖEN-i: 9900001881

Geri qaytarılmayan məbləğin ödənişini sübut edən müvafiq sənəd təqdim olunduqdan  sonra sənədlərin çap olunmuş variantı iddaçının səlahiyyətli nümayəndəsi tərəfindən və ya iddiaçı tərəfindən təşkil olunan kuryer xidməti vasitəsilə həmin ünvandan əldə edilə bilər.

Tender təklifləri 26 may 2017-ci il, yerli vaxtla saat 17.00-da və ya 17.00-dək aşağıdakı ünvana təqdim edilməlidir. Təkliflərin elektron qaydada təqdimatına icazə verilmir. Gecikən təkliflər qəbul olunmayacaqdır. Tender təklifləri 26 may 2017-ci il, yerli vaxtla saat 17.00-da açılacaqdır.

 Bütün tender təklifləri tender zəmanəti ilə birlikdə təqdim olunmalıdır. Hər bir lot üzrə tender zəmanətinin məbləği aşağıdakı kimidir:

Lot-1 - 20,000 ABŞ dolları;  Lot-2 - 40,000  ABŞ dolları;  Lot-3 - 60,000 ABŞ dolları;    Lot-4 -  5,000  ABŞ dolları; Lot-5: 5,000 ABŞ dolları; Lot-6 -10,000  ABŞ dolları; Lot-7 - 20,000 ABŞ dolları; Lot-8 - 2,000  ABŞ dolları; Lot-9 - 20,000 ABŞ dolları;  Lot-10 - 15,000 ABŞ dolları.

İddiaçılar təklif təqdim edəcəkləri bütün lotlar üzrə tələb olunan tender zəmanətinin cəmi məbləğində olmaq şərtilə bir tender zəmanəti təqdim edə bilərlər.

Ünvan:

Azərbaycan Respublikası, “Azəravtoyol” ASC,

Azərbaycan, Bakı AZ1117, Biləcəri qəsəbəsi, R. İsmayılov küçəsi, 2025-ci məhəllə.

Tender təkliflərinin təqdimatı üçün: 2-ci mərtəbə, 224-cü otaq.

Tender təkliflərinin açılışı üçün: 4-cü mərtəbə, “Azəravtoyol” ASC-nin iclas zalı.

Əlaqə nömrəsi:    (+994 12) 499 79 02.

Elektron ünvan:   [email protected];  

Surəti: [email protected]

İnternet ünvanı:          www.azeravtoyol.gov.az


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında