(Bakı şəhəri, Xətai prospekti, 49) 2017-2018-ci tədris ilinə ümumi təhsili həyata keçirən dövlət və bələdiyyə təhsil müəssisələrinin əsas tədris vəsaitləri ilə təminatı məqsədilə tələb olunan dərslik və müəllim üçün metodik vəsaitlərin çapının satın alınması məqsədilə
AÇIQ TENDER (MÜSABİQƏ) ELAN EDİR
Tender 8 lot üzrə keçirilir.
Lot -1. 3 adda 181818 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çapı
Lot- 2. 31 adda 530920 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çapı
Lot -3. 59 adda 1336720 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çapı
Lot -4 . 12 adda 188746 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çapı
Lot -5. 25 adda 283293 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çapı
Lot- 6. 28 adda 728880 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çapı
Lot -7. 58 adda 1080872 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çapı
Lot -8. 30 adda 403720 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çapı
I. Tender iştirakçıları yazılı ərizə ilə (lot (lar) göstərilməklə) müraciət etdikdən, seçdiyi hər bir lot üzrə 100 (yüz) manat məbləğində (heç bir halda geri qaytarılmayan) iştirak haqqını ödədikdən sonra tenderin əsas şərtlər toplusunu əldə edirlər.
İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:
Bakı şəhəri, Az 1008, Хətai prospekti, 49, Аzərbaycan Respublikası Təhsil Nazirliyi, VÖEN 1500046011, DXA, VÖEN: 1401555071, Коd 210005, Мüxbir hesabı AZ41NABZ01360100000000003944, S.W.I.F.T. – CTREAZ22, Hesab № AZ30CTRE00000000000002168501
II. Satınalan təşkilat tender təkliflərinin təqdim edilməsindən əvvəl malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun müəyyənləşdirilməsi prosedurlarını keçirəcəkdir. Malgöndərənin (podratçının) ixtisas uyğunluğu müraciət etdiyi lotların cəmi tələblərinə cavab verməlidir. Malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər üzrə göstəriciləri iştirak etdiyi lot (lar) üzrə cəmi ixtisas tələblərinə cavab vermədiyi halda, tender komissiyası tərəfindən kənarlaşdırıla və iddiaçı statusu almaya bilər.
Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2016-cı il tarixli sərəncamına əsasən icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən 2018-ci il 1 yanvarın tarixinədək idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınması dayandırılmışdır.
Malgöndərənin (podratçının) ixtisas uyğunluğunun müəyyənləşdirilməsi üçün aşağıda sadalanan sənədlər 18 aprel 2017-ci il tarixədək tender komissiyasına təqdim olunmalıdır:
- Dövlət qeydiyyatı haqqında şəhadətnamənin notariat qaydasında 2017-ci ildə təsdiq edilmiş surəti;
- Hüquqi şəxsin dövlət reyestrindən çıxarışının notariat qaydasında 2017-ci ildə təsdiq edilmiş surəti;
- Hüquqi şəxsin nizamnaməsinin notariat qaydasında 2017-ci ildə təsdiq edilmiş surəti;
- Vergi və sair icbari ödənişlərə dair borclarının olub-olmaması haqqında vergi orqanları tərəfindən verilmiş arayış, Dövlət Sosial Müdafiə Fonduna verilmiş hesabatın surəti və Dövlət Sosial Müdafiə Fondunun arayışı (sənədlərin təqdim edildiyi tarixə). Malgöndərənin (podratçının) Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəlikləri olmamalıdır;
- Son bir ildəki maliyyə dövriyyəsini əks etdirən və vergi orqanları tərəfindən təsdiq olunmuş vergi bəyannaməsi;
- Son bir ildəki maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış və bank rekvizitləri ;
- Məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat- Malgöndərənlərin (podratçıların) satınalma prosedurunun başlanmasından əvvəlki 5 (beş) il ərzində özlərinin, habelə işlərini idarə edənlərin və ya qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yalnış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olmamalı, onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmaları məhkəmə qaydasında qadağan edilməməli, müflis elan olunmamalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödənişə yönəlmiş girovu olmamalıdır;
- İcraçı submüqavilələrin icrasına görə satınalan təşkilat qarşısında məsuliyyət daşıyır. İşin yerinə yetirilməsi ilə bağlı submüqavilələrin ümumi məbləği müqavilənin dəyərinin 50 (əlli) %-dən çox ola bilməz. Submüqavilələrin bağlanması İcraçını satınalma müqaviləsi üzrə öhdəliklərdən azad etmir.
- İşin icrası ilə bağlı subpodratçı qismində başqa müəssisələrdən istifadə olunub-olunmayacağı barədə məlumat - Əgər istifadə olunacaqsa, həmin müəsisisə ilə tender iştirakçısı arasında bağlanmış niyyət protokolunun (və ya digər hüquqi sənədin) surəti, subpodratçının ixtisas uyğunluğu barədə geniş məlumat (İştirakçıdan tələb olunan qaydada) sənədlərə əlavə olunmalıdır. Submüqavilələrin bağlanması və onlarda hər hansı dəyişikliklərin aparılması yalnız satınalan təşkilatın yazılı razılığı ilə olmalıdır;
- Analoji işlər üzrə təcrübəsi barədə geniş məlumat - Son üç il ərzində dərsliklərin çapı işləri üzrə uğurla icra edilmiş müqavilələrin əslinin surətləri - Malgöndərənin (podratçının) son 3 (üç) il ərzində dərsliklərin çapı sahəsində uğurla yerinə yetirilmiş müqavilələrinin məbləğləri hər bir lot üzrə aşağıdakı cədvəldə göstərilən minimal məbləğdən az olmamalıdır;
Lot nömrəsi Minimal müqavilə məbləği, manatla
Lot 1 900.000,00
Lot 2 1.400.000,00
Lot 3 4.100.000,00
Lot 4 1.100.000,00
Lot 5 1.000.000,00
Lot 6 2.200.000,00
Lot 7 3.800.000,00
Lot 8 1.300.000,00
- Müəssisənin texniki imkanları haqqında məlumat - Malgöndərənin (podratçının) yerli istehsal gücü (çap, qatlama, ipli tikiş, yığma və cildləmə avadanlıqlarının istehsal gücü) hər bir lot üzrə aşağıdakı cədvəldə göstərilən aylıq istehsal gücündən az olmamalıdır:
Lot nömrəsi Aylıq minimal istehsal gücü, çap vərəqi ilə
Lot 1 1.400.000,00
Lot 2 2.200.000,00
Lot 3 6.500.000,00
Lot 4 1.700.000,00
Lot 5 1.600.000,00
Lot 6 3.500.000,00
Lot 7 6.000.000,00
Lot 8 2.000.000,00
Malgöndərən (podratçı) təqdim etdiyi sənədlərin, o cümlədən ixtisas göstəricilərinə dair məlumatların doğruluğuna görə məsuliyyət daşıyır.
III. Satınalan təşkilat malgöndərənə (podratçıya) ixtisas uyğunluğunun müəyyənləşdirilməsinin nəticələri barədə məlumat verir, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi prosedurundan keçmiş malgöndərənlər (podratçılar) iddiaçı statusunu alır və tenderdə iştirakı davam etdirir.
IV. Tenderin əsas şərtlər toplusunun təqdim edilməsindən sonra onun izahı ilə bağlı satınalan təşkilat iştirakçılarla görüş keçirə bilər.
V. Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilir. Tenderin prosedur qaydaları, təkliflərin təqdim edilməsi və təkliflərin qiymətləndirilməsi əsas şərtlər toplusunda öz əksini tapır. Tender iştirakçısı «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanunu, əsas şərtlər toplusunun məzmunu, o cümlədən iştirakçılar üçün təlimatlar, tender sənədlərinin formaları, müqavilə şərtləri və texniki spesifikasiyalar və s. ilə tanış olmalıdır. İddiaçının bu sənədlər və tender təklifi haqqında tam təsəvvürü, məlumatı olmaması və əsas şərtlər toplusunun tələblərinə uyğun gəlməyən təklif verməsi onun tender təklifinin kənarlaşdırılması ilə nəticələnə bilər.
VI. İddiaçılar əsas şərtlər toplusunda göstərilən bütün lotlar və ya iştirak etmək istədiyi lotlar üzrə yalnız bir tender (qiymət) təklifi verə bilər.
VII. Hər bir lot üzrə azı üç təklif təqdim olunduqda tender proseduru baş tutmuş hesab edilir. Üçdən az təklif daxil olan lot üzrə tender proseduru baş tutmamış elan edilir, satınalan təşkilat həmin lot üzrə tenderin davamından imtina edir və təqdim olunan tender təklifləri açılmadan geri qaytarılır.
VIII. Tender təklifi (qiymət təklifi) hər bir lot üzrə ayrı-ayrılıqda, eyni vaxtda təqdim olunmalıdır.
- Tender təklifi zərflər açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə qalır. Tender təklifinin təminatı təklifin qüvvədə olma müddətindən 30 (otuz) bank günü çox olmalıdır (Konkret tarixlər göstərilməklə).
- İddiaçı iştirak etdiyi hər bir lot üzrə qiymət təklifini (maliyyə təklifini), təklifin təqdimat vərəqəsini, təklifin dəyərinin 1 (bir) faizi həcmində olan bank təminatını “Dövlət satınalmaları haqqında” Qanunun və əsas şərtlər toplusunun tələblərinə uyğun hazırlayaraq bir ədəd əsli və bir ədəd surəti olmaqla, ayrı-ayrı zərflərdə olmaqla ümumi bir zərfin içində təqdim edir. Hər bir zərf üzərində satınalan təşkilatın və iddiaçının adı, ünvanı, lotun nömrəsi qeyd olunmaqla iddiaçı tərəfindən imzalanmalı, möhürlənməlidir. İddiaçılar tender təkliflərinin zərflərini 3 may 2017-ci il saat 18.00-dək tender komissiyasına təqdim etməlidirlər. Tender (qiymət) təklifləri olan zərflərin açılışı 4 may 2017-ci il tarixdə, saat 15.00-da Təhsil Nazirliyində keçirilir (İddiaçıların nümayəndələri tender iclasında iştirak edə bilərlər).
IX. İxtisas göstəricilərinə və əsas şərtlər toplusunun tələblərinə cavab verən, ən sərfəli (aşağı) qiymət təklif etmış iddiaçı(lar) tenderin qalibi olur.
X. Satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların (dərslik və müəllim üçün metodik vəsaitlərin) təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edir.
XI. Tenderin bütün sənədləri Azərbaycan dilində tərtib olunmalıdır. Qiymət təklifləri Azərbaycan manatı ilə verilməlidir.
İşin icrasının başlanması tarixi – satınalma müqaviləsi imzalandığı gün.
İşin yerinə yetirilməsi müddəti – satınalma müqaviləsi imzalandığı gündən 60 təqvim günü.
Əlavə məlumat üçün bu ünvana müraciət etmək olar:
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri, Xətai prospekti, 49,
II mərtəbə, 203-ci otaq, tender üzrə əlaqələndirici şəxs Aynurə Novruz qızı Həsənova
Əlaqə telefonları: İş: 599-11-55 (əlavə 5219)
599-11-55 (əlavə 5126)
Faks: 496-06-47
e-mail: [email protected]
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.