Şəki Şəhər İcra Hakimiyyəti Şəki şəhərində 2017-ci il ərzində “İpək yolu” VIII Beynəlxalq musiqi festivalının və IV Beynəlxalq şirniyyat festivalının keçirilməsi üçün

AÇIQ  TENDER  ELAN EDİR

 

Tender 1 lot üzrə keçirilir.

Lot-1. Mehmanxana və restoran xidmətlərinin satınalınması.

Tenderdə iştirak etmək istəyənlər 50 manat məbləğdə pul vəsaitini aşağıdakı hesaba köçürdükdən sonra əsas şərtlər toplusunu tender komissiyasından ala bilərlər. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanır.

Təşkilat:  Şəki Y.X.O

Hesab:    AZ03AIIB32051019447000201170

VÖEN:    3000104011

VÖEN:    3000072051-İcra Hakimiyyəti

Bank:      “Kapital Bank”ın Şəki filialı

Kod:      200703

VÖEN:    9900003611

Müxbir hesab: AZ37NABZ01350100000000001944

S.W.İ.F.T.BİK-AIIBAZ2x

   İştirak haqqı heç bir halda geri qaytarılmır.

   Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: mövcud qanunvericiliyə uyğun olaraq ən sərfəli tender təklifinə, yüksək keyfiyyətə, analoji işlər üzrə təcrübəyə,  maliyyə və texniki imkanlarına.

İddiaçılar tenderdə iştirak etmək üçün 10 may 2017-ci il saat 17.00-a qədər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat;

- iddiaçıların tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır.

Tender təklifi 2 nüsxədə (əsli və surəti) tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı ilə birlikdə 22 may 2017-ci il saat 17.00-a qədər ikiqat zərflərdə bağlanmış və möhürlənmiş şəkildə Şəki Şəhər İcra Hakimiyyətinə (2-ci mərtəbə, 3-cü otaq) təqdim edilməlidir.

Tender təklifi tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır.

Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim edilir. Bank təminatını tender təklifi zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirilməyə buraxılmır.

İddiaçıların tender zərfləri 23 may 2017-ci il saat 11.00-da Şəki Şəhər İcra Hakimiyyətində (3-cü mərtəbə, 1-ci otaq) açılacaqdır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Bu barədə məlumat www.tender.gov.az internet saytında yerləşdirilmişdir.

Tender haqqında məlumatları aşağıdakı ünvandan almaq olar:

Şəki Şəhər İcra Hakimiyyətinin tender komissiyası. (Şəki şəhəri, 20 Yanvar küçəsi, 8) əlaqələndirici şəxs: Abbasov Qalib Nizami oğlu.

Telefon: 244-37-22.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında