AÇIQ TENDER ELAN EDİR
Lot -1: Azərbaycan Respublikası Mərkəzi Bankının xəzinə infrastrukturunda və pul nişanlarının emalı sahəsində istifadə olunan çeşidləyici və qablaşdırıcı sistemlərin istismarını və informasiya sistemlərinin fəaliyyətini təmin etmək üçün mal-materialların satın alınması:
– termoyapışqanlı kağız lent (ağ);
– termoyapışqanlı kağız lent (rəngli haşiyəli);
– termoyapışan selofan lent;
– qablaşdırıcı maşın üçün CRYOVAC tipli termoyığışan selofan lent və sairə.
Lot -2: Azərbaycan Respublikası Mərkəzi Bankının tələbatına uyğun metal pul nişanlarının emalı üçün qəpiksayan sistemin satınalınması.
1. Tender proseduru 25 aprel 2017-ci il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı, R.Behbudov küçəsi, 90) keçiriləcəkdir.
2. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
– tenderdə iştirak üçün yazılı müraciət (ərizə);
– iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış) notarial qaydada təsdiq edilmiş surətləri;
– tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
– tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;
– iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq dövlət orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat);
– iddiaçının müvafiq sahədə iş təcrübəsini (korporativ müştərilərin adı, ünvanı, əlaqə telefonu daxil olmaqla) əks etdirən məlumatlar;
– Azərbaycan dilində iki nüsxədə tender təklifi (tender təklifi 8 iyun 2017-ci ilədək qüvvədə olmalıdır);
– tender təklifinin qiymətinin 1 faizi məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən formada);
– tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumatlar.
3. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 24 aprel 2017-ci il saat 18.00-a qədər ikiqat zərfdə möhürlənmiş, imzalanmış, digər tələb olunan sənədləri isə ən geci 13 aprel 2017-ci il saat 18.00-a qədər bağlı zərfdə möhürlənmiş, imzalanmış formada Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 nömrəli ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.
4. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına hər bir lot üçün 150 (bir yüz əlli) manat məbləğdə vəsait köçürməlidirlər:
Azərbaycan Respublikasının Mərkəzi Bankı
H/h: AZ25NABZ01701190000000001944
Kod: 501004
M/h: AZ74NABZ 01451700000000001944
VÖEN: 9900071001
5. Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıda göstərilmiş hesaba ödəyə bilərlər:
Central Bank of the Republic of Azerbaijan.
Central Bank of the Republic of Azerbaijan
USD correspondent bank: BKTRUS33,
Deutsche Bank Trust Company Americas, New York
Beneficiary bank: NABZAZ2X,
Central Bank of the Republic of Azerbaijan, Acc. number: 04419124
Beneficiary: Internal account for tender incomings
Acc. number: AZ25NABZ01701190000000001944
6. Malların təqdim edilməsi müddəti: satınalma müqaviləsinin imzalandığı gündən ən geci 60 (altmış) təqvim günü ərzində.
7. Qiymətləndirmə meyarları: qiymət amili, texniki amil (malların keyfiyyəti və zəmanət şərtləri).
8. Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu əldə edə bilər. Tender üzrə əlaqələndirici şəxs: Nəbi Nəbiyev, telefon: 493 11 22 (495), faks: 493 73 74, elektron poçt ünvanı: [email protected]
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.