2017-ci ildə İçərişəhər ərazisində yolların əsaslı təmiri, fasad və eyvanların təmiri və Qala kəndində küçələrin işıqlandırılması işlərinin və elektrik mallarının satınalınması üçün
AÇIQ TENDER ELAN EDİR
Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Lot-1. 2017-ci ildə İçərişəhər ərazisində yerləşən Kiçik Qala küçəsi, 102 nömrəli ünvandan 108 nömrəli ünvanların, Kiçik Qala küçəsi, 118 nömrəli ünvandan Böyük Qala küçəsi, 53 nömrəli ünvanların və Səftər Quliyev küçəsi, 1 nömrəli ünvandan 11 nömrəli ünvanların qarşısındakı yollarda yeraltı kommunikasiya (su, kanalizasiya) xətlərinin və yol örtüyünün təmiri işlərinin satınalınması;
Lot-2. 2017-ci ildə İçərişəhər ərazisində binaların fasad və eyvanların təmiri işlərinin satınalınması.
Lot-3. Qala kəndində küçələrin işıqlandırılması işlərinin və elektrik mallarının satınalınması.
Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 150 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidmətinin Bakı şəhəri, İçərişəhər, 9-cu Maqomayev döngəsi, 6 nömrəli (əlaqələndirici şəxs: Mahir Əhmədov, telefon: (012) 492-24-27) ünvandan ala bilərlər.
VÖEN: 1700774621
Hesab: AZ03AİİB 33050019443600287106
Bank: “Kapital Bank”ASC-nin
2 saylı Səbail filialı
Kod: 200060
VÖEN (bank): 9900003611
M/h: AZ37NABZ01350100000000001944
S.W.İ.F.T. AİİBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- digər sənədlər: analoji işlərin yerinə yetirilməsinə dair iddiaçının potensial imkanları haqqında məlumat və Dövlət Sosial Müdafiə Fonduna borcun olub-olmamasına dair arayış.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 18 aprel 2017-ci il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 26 aprel 2017-ci il saat 17.00-a qədər Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidmətinin Bakı şəhəri, İçərişəhər, 9-cu Maqomayev döngəsi, 6 nömrəli ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri lot-1 üçün 28 aprel 2017-ci il saat 11.00-da, lot-2 üçün 2 may 2017-ci il saat 11.00-da və lot-3 üçün isə 4 may 2017-ci il saat 11.00-da Mənzil-Kommunal və Təmir Xidmətinin Bakı şəhəri, İçərişəhər, 9-cu Maqomayev döngəsi, 6 nömrəli ünvanda açılacaqdır.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.