Şəki İşıqlanma İdarəsi 2011-ci ildə mal və materialların alınması ilə əlaqədar açıq tender elan edir

Tender 1 (bir) Lot üzrə keçirilir.
Lot 1, Mal-materialların satınalınması. Malların təchizat müddəti aylar üzrə ilin sonuna kimidir. Tenderdə iştirak etmək üçün iddiaçılar 50 (əlli) manat məbləğində pul vəsaitini aşağıdakı hesaba köçürdükdən sonra əsas şərtlər toplusunu tender komissiyasından ala bilərlər. Tenderin əsas şərtlər toplusu Azərbacan dilində hazırlanmışdır. İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.
Təşkilat: Şəki İşıqlanma İdarəsi
Hesab: 33302019449071502266
VÖEN: 3000100571
Bank: Azərbaycan Beynəlxalq Bankı Şəki filialı
Kod: 805410
VÖEN: 9900001881
Müxbir hesab: 0137010002944
S.W.İ.F.T. İBAZAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: mövcud qanunvericiliyə uyğun olaraq ən sərfəli tender təklifinə, yüksək keyfiyyətə, analoji işlər üzrə təcrübəsinə, kadr potensialına, maliyyə və texniki imkanlarına.
İddiaçılar tenderdə iştirak etmək üçün 7 fevral 2011-ci il saat 17.00-a qədər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (forma-1 və forma-2);
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- analoji işlərdə təcrübəsi, iddiaçıların potensial, texniki və kadr imkanları haqqında rəsmi məlumat;
- iddiaçıların tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır.
Tender təklifi 2 (iki) nüsxədə (əsli və surəti) 14 fevral 2011-ci il saat 17.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə Şəki İşıqlanma İdarəsinə təqdim edilməlidir.
Tender təklifi açıldığı gündən ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır.
Tender təklifi dəyərinin 1 %-i dəyərində bank təminatı tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim olunmalıdır. Bank təminatını tender təklifi zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır, qiymətləndirilməyə buraxılmır.
İddiaçıların tender zərfləri 15 fevral 2011-ci il saat 11.00-da Şəki İşıqlanma İdarəsində açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Tender haqqında məlumatları aşağıdakı ünvandan almaq olar:
Şəki İşıqlanma İdarəsinin Tender komissiyası.
Əlaqələndirici şəxs: Əhmədov Tərlan Nadir oğlu.
Telefon: 0177-4-45-17

{nl}

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında