“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti MƏSLƏHƏT XİDMƏTLƏRİ ÜZRƏ SATINALMALARA DAİR XÜSUSİ BİLDİRİŞ

Maraqların ifadə edilməsi üçün dəvət

“Magistral Yolların İstismarı” MMC-lər üçün təfərrüatlı layihələrin və tender
sənədlərinin hazırlanması məqsədilə məsləhət xidmətləri

 “Azərbaycan Magistral Avtomobil Yolu 3” layihəsi

BYİB Borc sazişi - 7889 AZ və 8602 AZ, BİA Krediti - 4723AZ

Azərbaycan Respublikası Hökuməti “Azərbaycan Magistral Avtomobil Yolu 3” layihəsi üzrə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından borc (BYİB), Beynəlxalq İnkişaf Assosiasiyasından (BİA) kredit vəsaiti əldə etmişdir və həmin vəsaitin bir hissəsini bu layihə üzrə məsləhət xidmətlərinin maliyyələşdirilməsi üçün istifadə etməyi planlaşdırır.                                                                                                                                        “Azəravtoyol” ASC, Azərbaycan Respublikası dövlət avtomobil yolları üzrə icraçı qurum kimi ölkənin avtomobil yolları şəbəkəsinin idarə olunması üzrə səlahiyyətlərə malikdir. Eyni zamanda əsas benefisiar kimi “Azərbaycan Magistral Avtomobil Yolu 3” layihəsinin idarə olunması məsələləri üzrə məsul qurumdur.

Hökumət magistral yol (M indeksli yollar) şəbəkəsinin təyin olunmuş hissələrində istismar fəaliyyətinin təşkili öhdəliyini daşıyacaq yeddi regional istismar idarəsinin təsis edilməsi barədə sərəncam vermişdir. Bu idarələr “Magistral Yolların İstismarı” MMC-lər (“MYİ” MMC-lər) adlandırılmış və onlardan hər biri M-yolların təqribən  250 – 300 kilometrinə görə məsuliyyət daşıyır. “Azərbaycan Magistral Avtomobil Yolu 3” layihəsi çərçivəsində onlardan üçü əsas prioritet kimi seçilmiş və həmin idarələrin texnika, avadanlıq və tikililərlə təmin edilməsi planlaşdırılır. 2, 3 və 4 nömrəli “MYİ” MMC-lər üçün ofis və tikililərin təmin ediləcəyi doqquz ayrıca sahə müəyyənləşdirilmişdir. Bu ərazilər baş ofis və depolar kimi təsnifatlaşdırılmışdır. Bir ərazidə baş ofis və depo eyni sahədə yerləşdirilmişdir. Bir neçə ərazidə isə mövcud tikililər və təmir-bərpa işlərindən sonra istifadə üçün yararlı binalar mövcuddur.

        “Azəravtoyol” ASC “MYİ” MMC-lər üçün ofis və depoların layihələndirilməsi məqsədilə məsləhətçi şirkətlə müqavilə imzalamaq niyyətindədir və məsləhətçiləri öz maraqlarını ifadə etməyə dəvət edir. 

Məsləhətçi şirkətlər maraqlarını ifadə edərkən ən azı aşağıdakı məlumatları təqdim etməlidirlər:

• şirkətin profili;

• daha əvvəlki təcrübələrə dair məlumat;

• təklif olunan aparıcı mütəxəssislərin tərcümeyi-halı.

İxtisas tələbləri də daxil olmaqla daha ətraflı məlumat üçün www.azeravtoyol.gov.az/az/news/827 səhifəsinə baxmaq xahiş edilir.

Məsləhətçilər Dünya Bankının “BYİB borc və BİA kreditləri və ya qrantları çərçivəsində borcalan tərəfindən məsləhətçilərin seçilməsi və işə cəlb olunması üzrə təlimat”ında (may, 2011) Dünya Bankının maraqların ziddiyyəti ilə bağlı siyasətini əks etdirən 1.9-cu bəndinə diqqət yetirməlidirlər. 

Məsləhətçilər ixtisas meyarlarının uyğunlaşdırılması məqsədilə bu və ya digər şirkətlə birgə müəssisə şəklində, yaxud sub-məsləhətçi kimi iştirak edə bilərlər. 

Məsləhətçi şirkət təlimatda qeyd olunan məsləhətçinin ixtisasına əsaslanan seçim üsulu ilə seçiləcəkdir.  

Əlavə məlumatları qeyd edilən ünvandan, iş günləri saat 9.00-dan 18.00-dək əldə etmək olar. 

Maraqların ifadəsi sorğusu aşağıdakı ünvanlara 2017-ci il aprelin 21-dək rəsmi qaydada (kuryer və ya poçt vasitəsilə və ya elektron məktub formasında) təqdim edilməlidir.

“Azəravtoyol” ASC

Əlaqələndirici şəxs – Mehman Babaxanov, LİQ direktoru

Ünvan: AZ1117 Bakı, Azərbaycan, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, 2025-ci məhəllə.

Telefon: +994 12 499 79 02.

Elektron ünvanı: [email protected] 

Surəti: [email protected]


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında