Bakı Şəhər Baş Səhiyyə İdarəsi tabeliyindəki xəstəxanalarda 2017-ci ilə tələb olunan malların (iş və xidmətlərin) satınalınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

 Tender 8 (səkkiz) lot üzrə keçirilir.

Lot - 1. Dəftərxana mallarının satınalınması.

Lot - 2. Təsərrüfat mallarının satınalınması.

Lot – 3. Mətbəə xərclərinin satınalınması.

Lot – 4. Yuyucu vasitələrin satınalınması.

Lot – 5. Elektrik mallarının satınalınması.

Lot – 6. Sair xərclərin satınalınması.

Lot – 7. Digər alış və xidmətlərin satınalınması.

Lot – 8. Kommunikasiya və elektrik işlərinin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Malların təchizatı cədvəli hər ay müəyyən edilmişdir və 30 dekabr 2017-ci il tarixə kimi nəzərdə tutulmuşdur.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.

Tenderlə əlaqədar məlumat almaq istəyənlər əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs: Xanlar Hüseynov, telefon: 012 495-38-28. 

Ünvan:Bakı, M. Mirqasımov küçəsi,1A, Bakı Şəhər Baş Səhiyyə İdarəsi.

Maraqlananlar lotlar üzrə əsas şərtlər toplusunu aşağıdakı məbləğdə işitrak haqqı ödədikdən sonra yuxarıdakı göstərilmiş ünvandan ala bilərlər.

İştirak haqqı lot – 1, lot – 2, lot – 3, lot – 6 hər biri 250 manat,

lot – 4, lot – 5, lot – 8 hər biri 150 manat, lot – 7 isə 100 manatdır.

İştirakçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.

ADI: MNDXA – nın 8 saylı Xəzinədarlıq İdarəsi

KOD: 210005

VÖEN: 1401555071

M/h: AZ41NABZ01360100000000003944

S.W.İ.F.T BİK: CTREAZ22

Hesab: AZ54CTRE00000000000002128202

Kitab: 002736

VÖEN: 1400125591

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirakçılar tenderdə iştirak etmək üçün 21 aprel 2017-ci il saat 18.00 –a qədər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifinin təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifləri dəyərinin 1 fazi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- iddiaçının son bir illik maliyyə vəziyyəti barədə bank arayışı;

- iddiaçının hüquqi statusunu təsdiq edən sənədlər: rekvizitləri, qeydiyyat şəhadətnaməsinin, nizamnamənin və lisenziyanın surəti;

- iddiaçının potensial imkanlarının olması haqqında texniki məlumat;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin olub – olmaması haqqında arayış.

İddiaçıların tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır.

Tender təklifləri 2 nüsxədə (əsli və surəti) tender təklifi dəyərinin 1,0% -i həcmində bank təminatı ilə birlikdə 2 may 2017-ci il saat 18.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə M.Mirqasımov küçəsi 1A nömrəli ünvanda yerləşən Bakı Şəhər Baş Səhiyyə İdarəsinə təqdim olunmalıdır.

Tender təklifi tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim olunur. Bank təminatını tender təklifi zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirilməyə buraxılmır.

İddiaçıların təklif zərfləri Bakı şəhəri, M.Mirqasımov küçəsi 1A nömrəli ünvanda yerləşən Bakı Şəhər Baş Səhiyyə İdarəsinin mərkəzi mühasibatlığında 3 may 2017-ci il saat 10.00-da açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştiak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında